Kaprin turşusu (və ya dekan turşusu) CH3(CH2)8COOH – birəsaslı doymuş karbon turşusudur. Kaprin turşusunun duzları və anionları kaprinatlar adlandırılır.

Təbiətdə tapılması Kaprin turşusu inək yağının tərkibində, həmçinin bitki yağlarının: babassu yağının (7%), kokos yağının (5–10%), palma çəyirdəyi yağında (3–7%), gavalı tumunun yağında (4%), murumuru palma (Astrocarium murumuru) yağının (1,6%), tukuma palma (Astrocarium vulgare) yağının (1,6%), palma yağında (0,1% dən az), az miqdarda spermaseti piyində rast gəlinir.

Xassələri Ağ rəngli kristallik maddə olub, otaq temperaturunda demək olar ki, suda həll olmur, qaynama temperaturu 268–270 °C, ərimə temperaturu 27–32 °C, sıxlığı isə 0,893 1/ml (25oC-də)-dir.

Kateqoriya:Doymuş birəsaslı karbon turşuları