İkinci Qala — Azərbaycan Respublikasının Bakı iqtisadi rayonunun Bakı şəhərinin Xəzər rayonunun Qala qəsəbə inzibati ərazi dairəsinin ərazisində keçmişdə mövcud olmuş qəsəbə, hal hazırda Qala qəsəbəsinin hissəsidir.
Toponimikası Yaşayış məntəqəsi Böyük Vətən müharibəsindən sonrakı illərdə Bakı-Sabuncu dəmir yolu xəttindəki stansiya əsasında yaradılmış və Qala qəsəbəsindən fərqləndirmək üçün İkinci Qala adlandırılmışdır.
Tarixi 1977-ci il üçün tərtib olunmuş Azərbaycan SSR-nin inzibati ərazi bölgüsünə görə, İkinci Qala qəsəbəsi Bakı şəhərinin Əzizbəyov (hal hazırda Xəzər) rayonunun Qala qəsəbə Sovetinin tərkibində idi.
8 fevral 2000-ci il tarixli 809-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Qala qəsəbə inzibati ərazi vahidi tərkibindəki İkinci Qala qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. Keçmiş qəsəbəsin ərazisi hal hazırda Qala qəsəbəsinin hissəsidir.
Tarixi abidələri
Coğrafiyası və iqlimi
Əhalisi
İqtisadiyyatı
Mədəniyyəti
Təhsil
Din
Səhiyyə
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Xəzər rayonunun ləğv olunmuş qəsəbələri Kateqoriya:2000-ci ildə ləğv olunan yaşayış məntəqələri