10 №-li Qayıdış qəsəbəsi — Azərbaycan Respublikasının Füzuli rayonunun 10 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsində qəsəbə.

Bu Qəsəbə "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Füzuli rayonunun Bala Bəhmənli bələdiyyəsinin ərazisinə aid edilib.

Tarixi "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" 01.09.2004-cü il tarixli 727-IIQ nömrəli Qanunun "Füzuli rayonu üzrə" hissəsinin birinci abzasına əsasən "Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 10 №-li Qayıdış... qəsəbələri rayonun ərazi vahidləri siyahısına daxil" edilmişdir.

Həmin hissənin üçüncü abzası ilə "Mərkəzi 6 №-li Qayıdış qəsəbəsi olmaqla, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış və 11 №-li Qayıdış qəsəbələrindən ibarət İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi" yaradılmışdır.

"Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" 19.06.2009-cu il tarixli 837-IIIQ nömrəli Qanunun I hissəsinin doqquzuncu abzasına əsasən "10 №-li Qayıdış qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla 10 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi" yaradılmışdır.

Əhalisi Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb.

Təhsil Qəsəbədə Uşaq bağçası fəaliyyət göstərir.

İstinadlar

Xarici keçidlər Füzuli rayon bələdiyyələrinin siyahısı Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Azərbaycan. — 2009. — 31 iyul. — S. 1. Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu

Kateqoriya:Füzuli rayonunun qəsəbələri