Curculeşti () — Moldovanın Kaqul rayonunda kənd. Kommuna formalaşdırmayan kəndlər qrupuna daxildir.

Tarixi Curculeşti kəndi 1806-cı ildə Nekrasov kazakları tərəfindən salınmışdır. Onlar Osmanlı imperiyasının ərazisinə daxil olan Curcu qalasından bu bölgəyə köç etmişdilər.А. А. Скальковский. Болгарские колонии в Бессарабии и Новороссийской крае. — Одесса: Типография Т. Неймана и К°, 1848. — С. 71. — 156 с.

XIX əsrin əvvəllərində Curculeşti Kaqul-Prut koloniya dairəsinin bolqar koloniyası idi. Yaşayış məntəqəsinin statusundan fərqli olaraq moldovanlar bolqarlardan sayca çox idilər. Ərazidə bir daş kilsə, 126 ev var idi. Koloniya əhalisinin ümüm sayı 619 nəfər idi (116 ailə). Onlardan 471 nəfəri moldovan (81 ailə), 148 nəfəri (35 ailə) isə bolqar idi.

Coğrafiyası Kənd Moldovanın cənub-qərb hissəsində, Rumıniya və Ukrayna sərhəddində yerləşir. Curculeşti Prut çayının Dunaya birləşdiyi yerin yaxınlığındadır. Kənd dəniz səviyyəsindən 54 metr hündürlükdə yerləşir.

Curculeşti yaxınlığında Moldovanın ən ucqar cənub nöqtəsi yerləşir. Curculeşti — ölkənin Dunay çayında olan yeganə limanıdır. Moldovaya 480 metrlik sahil məxsusdur. Bu sahil xətti Odessa vilayəti ilə Palanka kəndini birləşdirən avtomobil yolunun Ukrayna ilə dəyişdirilməsi nəticəsində əldə edilmişdir.

Əhalisi 2004-cü ilin əhalinin siyahıyaalınmasına görə Curculeşti kəndində 2995 nəfər yaşayır. Onlardan 1485 nəfəri kişi, 1510 nəfəri isə qadındır. Etnik tərkibi aşağıdakı kimidir: Etnik tərkibi Əhali sayı %-lə tərkibi moldovanlar 2897 96.73 rumınlar 39 1.3 ukraynalılar 15 0.5 qaqauzlar 15 0.5 ruslar 10 0.33 bolqarlar 5 0.17 polyaklar 2 0.07 qaraçılar 1 0.03 digərləri 11 0.37 Cəmi 2995 100 %

Liman thumb|left|Neft terminalının tikintisini göstərən lövhə 1996-cı ildə kənd yaxınlığında neft qəbul edən terminalın tikintisinə start verildi. Tikinti 2006-cı ilə yekunlaşdı. Terminal daxilində neft tankerlərini qəbul edən lövbər yeri mövcuddur. Terminalda 52 min ton tutumluq 8 rezervuar var. Xüsusi neft məhsullarını çənlərə göndərən kompleks sistemlər fəaliyyət göstərir. Neft tankerlərlə terminala gəlir, daha sonra isə avtomobil və dəmir yolları ilə istehlakçılara çatdırılır. 2007-ci ildə ərazidə yük və sərnişin limanı inşa olunmağa başlanılmış və 2009-cu ildə istifadəyə verilmişdir.В Молдавии открыт нефтеналивной терминал Джюрджюлешть

İstinadlar

Kateqoriya:Kaqul rayonunun yaşayış məntəqələri Kateqoriya:Dunay çayı ətrafında yaşayış məntəqələri