Qarabağhttps://www.discogs.com/release/14977281 və ya daha çox Anadır arzulara hər zaman Qarabağ adı ilə tanınan — Bəhram Nəsibovun mahnısıdır. Mahnı 1968-ci ildə yazılmışdır. İlk dəfə mahnını 1972-ci ildə Arif Babayev ifa etmişdir. Mahnı 2009-cu ildə TRT-nin təşəbbüsü ilə "Türk Dünyasında Savaşların Müzikteki İzleri" adlı alboma daxil edilmişdir. Albomdakı mahnını Ali Haydar Gül ifa etmişdir.
Mahnı haqqında Sözləri və musiqisi Bəhram Nəsibova aiddir.
Yaradıcı heyəti Vokal: Arif Babayev Söz: Bəhram Nəsibov Musiqi: Bəhram Nəsibov
Digər versiyaları Aygün Bəylər Aygün Kazımova Könül Xasıyeva Brilliant Dadaşova Tacir Şahmalıoğlu Süleyman Abdullayev Qarabağ Bülbülləri Züleyxa Rəhimova Vaqif Hüseynov Tamella Məmmədzadə Təyyar Bayramov Mənsum İbrahimov Aygün Bayramova Səbuhi İbayev Yaqut Abdullayeva Ali Haydar Gül
Mətn
Orijinal mətni Sevgilim seyrə çıxaq burda gəl ilk baharı
Sevgilim seyrə çıxaq burda gəl ilk baharı
Gül açıb ömrümüzün ən şirin arzuları
Gül açıb ömrümüzün ən şirin arzuları
Anadır arzulara hər zaman Qarabağ
Danışan dil dodağım tar, kaman Qarabağ
Qarabağ can Qarabağ ana yurdum…
Qarabağ can Qarabağ ana yurdum…
Bu çəmənlərdə gəzir Vaqifin şux gözəli
Bu çəmənlərdə gəzir Vaqifin şux gözəli
Ruhunu burdan alır Natavanın qəzəli
Ruhunu burdan alır Natavanın qəzəli
Anadır arzulara hər zaman Qarabağ
Danışan dil dodağım tar, kaman Qarabağ
Qarabağ can Qarabağ ana yurdum…
Qarabağ can Qarabağ ana yurdum…
İstinadlar
Kateqoriya:Azərbaycan dilində mahnılar Kateqoriya:1972-ci ilin mahnıları