Skyland İstanbul — Türkiyənin İstanbul şəhərində yerləşən əkiz göydələnlər. Şişlinin Seyrantəpə məhəlləsində yerləşir. 285 metr hündürlüyündə olub 65 mərtəbədən ibarətdir. Bina hündürlüyünə görə Türkiyədə 1-ci, Avropada isə səkkizincidir.

Skyland İstanbulda 830 iqamətgah, 504 ofis sahəsi və 300 otaq və 550 nəfərlik konfrans salonu olan beşulduzlu beynəlxalq hotelə ev sahibliyi edir.

Tikili Broadway Malyan şirkətinin baş memarı olan Peter Vaquan tərəfindən dizayn edilmişdir. Sahibi Eroğlu Gayrimenkuldur.

Tikilidə mənzillərin qiyməti 940,000–6,300,000 TL arasıdır.

İstinadlar

Həmçinin bax Tikilinin rəsmi veb-səhifəsi

Kateqoriya:İstanbul tikililəri Kateqoriya:Türkiyədəki göydələnlər