250px|thumb|right|Londonda təşviş içərisində olan insanlar çoxlu sayda konservləşdirilmiş qida məhsulları və tualet kağızı alırlar. 18 mart 2020 250px|thumb|right|Dakazonun təsiri ilə boşalan marketlər. Venesuela. Bazarlıq təşvişi — fövqəladə hal baş verdikdə və ya baş verməsi gözlənildikdə; və ya yüksək qiymət artımı və ya defisit əvvəlcədən hiss edildikdə istehlakçıların eyni bir məhsulu tələbatdan artıq sayda, çox miqdarda alması.
Bazar çaxnaşması sürü psixologiyasının bir növüdür.Bruce Jones & David Steven, The New Politics of Strategic Resources: Energy and Food Security Challenges in the 21st Century (eds. David Steven, Emily O'Brien & Bruce D. Jone: Brookings Institution Press, 2015), p. 12. "Moda, keçici həvəs, səhm bazarında atılan addımlar, istehlak mallarının əldə edilməsi, alış-veriş xəstəliyi, məhsul ehtiyatlarının toplanması və bank çaxnaşması kimi kollektiv hərəkətlər"i araşdıran iqtisadi tədqiqatların geniş bir sahəsi olan istehlakçı davranışı nəzəriyyəsində maraq kəsb edən sahələrdən biridir.William M. Strahle & E. H. Bonfield. Understanding Consumer Panic: a Sociological Perspective , Advances in Consumer Research, Volume 16, 1989, eds. Thomas K. Srull, Provo, UT: Association for Consumer Research, pp. 567-573.
Bazar çaxnaşması qıtlıq riskinin real olub-olmamasından asılı olmayaraq əsl qıtlıqla nəticələnə bilər; axırıncı ssenari gözlənti effektinə nümunədir. Nümunələr 250px|thumb|right|Tokioda koronavirusun yaratdığı qıtlıq. Tualet kağızları və salfetlərin satıldığı rəflər artıq boşdur. Bazar çaxnaşması aşağıdakı hadisələrdən əvvəl, hadisələrin gedişində və ya bitdikdən sonra baş vermişdir: Veymar Respublikasında hiperinflyasiya Benqaliyada kütləvi aclıq (1943) 1962-ci il Karib böhranı — ABŞ-da konservləşdirilmiş qidaların alınmasında çaxnaşmaya səbəb oldu. 1979-cu il neft böhranı — Neftin alınmasında Yaponiyanın başlatdığı çaxnaşmaya səbəb oldu.Mamdouch G. Salameh, "Oil Crises, Historical Perspective" in Concise Encyclopedia of the History of Energy (ed. Cutler J. Cleveland: Elsevier, 2009), p. 196. 2000-ci il problemi — ərzaq. 2001 — 11 sentyabr terror aktlarının ardınca beynəlxalq əmtəə bazarlarında metal, qızıl və neft alışında çaxnaşma. 2003-cü ilin yanvar-fevral aylarında SARS infeksiyasının yayıldığı dövrdə Çinin Quandun əyalətində və qonşu Haynan və Honkonqda duz, düyü, sirkə, bitki yağı, antibiotiklər, maska və Çin xalq təbabəti vasitələri kimi bir sıra məhsulların alışında çaxnaşma baş vermişdi.Huiling Ding, Rhetoric of a Global Epidemic: Transcultural Communication about SARS (Southern Illinois University Press, 2014), pp. 70, 72, 83, 103, 111. 2000 və 2005-ci illərdə Böyük Britaniyada dizel yanacağı ilə bağlı etiraz aksiyaları keçirilmişdir. 2005-ci ildə Cilin kimya zavodunda partlayışlar — su, ərzaq 2008–13-cü illərdə Amerika Birləşmiş Ştatlarında sursat çatışmazlığı — prezident Barak Obamanın hakimiyyəti dövründə mülki silahlanma ilə bağlı qanunların sərtləşməsindən qorxan silah sahiblərinin çaxnaşması silah-sursat çatışmazlığının səbəblərindən biri idi.Danielle Kurtzleben, Here's why the ammunition shortage went on for years , Vox (1 July 2014).Stephanie Clifford, Shop Owners Report Rise in Firearm Sales as Buyers Fear Possible New Laws , New York Times (22 December 2012). 2013-cü ilin sentyabrında Venesuela iqtisadi böhranı dövründə Venesuela hökuməti aylarla tükənən tualet kağızı kimi əsas istehlak mallarının, o cümlədən düyü və yağ kimi ərzaq məhsullarının qıtlığının qarşısını almaq məqsədilə tualet kağızının "istehsalını, satışını və yayılmasını" idarə etmək üçün tualet kağızı istehsalı ilə məşğul olan Araqua Kağız İstehsalat Şirkətini müvəqqəti olaraq satın aldı. Qıtlığın səbəbi kimi hökumətin "əsas mallara qiymət nəzarəti və xarici valyutaya sərt məhdudiyyətlər" kimi düşünülməmiş siyasəti qeyd edildi. 2013-cü il Venesuela bələdiyyə seçkilərindən əvvəl dəstəyin azalması fonunda, Venesuela prezidenti Nikolas Maduro 8 noyabr 2013-cü ildə "Rəflərdə heç bir şey buraxmayın!" deyərək mağazaların hərbi işğalını elan etdi. Endirimli qiymətlərin elan edilməsi Venesuelanın bir çox şəhərində talançılığa səbəb oldu. Dakazonun sonunda bir çox Venesuela mağazaları bomboş qaldı. Bir il sonra, 2014-cü ilin noyabrında, bəzi mağazalar hələ də Dakazonun ardınca boş qalmaqda davam edirdi. 2019-20 koronavirus pandemiyası — maskalar, ərzaq, su, tualet kağızı,What everyone's getting wrong about the toilet paper shortage Medium əl üçün antiseptik vasitələr və tibbi spirt.
İstinadlar
Kateqoriya:İstehlakçı davranışı Kateqoriya:Qıtlıq Kateqoriya:İnvestisiya