Əbdürrəşid Saleh ibn Nuri əl-Bakuvi () — XV əsrdə yaşamış ərəb və fars dillərində yazmış Azərbaycan alimi.

Həyatı Səyyah, coğrafiyaşünas, iqlimşünas və kosmoqraf Əbdürrəşid Saleh ibn Nuri əl-Bakuvi XIV əsrin ikinci yarısında-XV əsrin birinci rübündə yaşamışdır. Əbdürrəşidin atası Bakıda doğulmuşdu və dövrünün yüksək təhsil görmüş adamlarından idi. Bakuvi özü yazırdı:

Bakuvi 1335–1360-cı illər arasında Bakıda doğulmuş və təqribən 1425–1430-cu illərdə Qahirədə vəfat etmişdir. Eybəli Mehrəliyev Bakuvinin səyahətlərinin marşrutunu təhlil etməklə belə bir qənaətə gəlmişdir ki, o, ömrünün çox hissəsini səfərlərdə keçiribdir. Səyyahın daimi yaşayış yeri isə Bakı və Məkkə (yaxud onun 80–100 kilometrliyindəki ətraf yerlər) olub.

Bakuvi haqqında tərcümeyi-hal səciyyəli məlumatlar, demək olar ki, qalmayıb. O, bir sıra əsərlər yazıbsa da bizim zəmanəmizə alimin yalnız bir kitabı çatıb. Onun "Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri" adlı əsəri Parisdə Milli Kitabxanada saxlanır. Əlyazma buraya 1683-cü ildə daxil olmuşdur.

Əsərləri "Abidələrin" xülasəsi və qüdrətli hökmdarların möcüzələri" ("Kitab təlxis əl-asar va acayib əl-malik əl-qəhhar") əsərini yazarkən Zəkəriyyə əl-Qəzvinin bu coğrafi əsərinə istinad etmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycan coğrafiyaşünasları Kateqoriya:Azərbaycan səyyahları