Bayatı () — Azərbaycan bəstəkarı Eldar Mansurovun 7 mahnıdan ibarət albomu. Albom SSRİ-nin "Melodiya" ümumittifaq musiqi şirkəti tərəfindən yayımlanmışdır.
Hazırlanması Alboma yalnız Eldar Mansurovun Vahid Əzizin sözlərinə yazdığı mahnılar daxildir. Mahnıları Rafiq Babayevin bədii rəhbərlik etdiyi Azərbaycan SSR Dövlət Teleradio Şirkətinin Estrada-Simfonik Orkestrinin solist ansamblının üzvləri Brilliant Dadaşova, Cəfər Behbudov, Aygün Kazımova və Firəngiz Rəhimbəyova ifa etmişdir.
Mahnıların siyahısı
Heyət Səs rejissorları: Eldar Mansurov, Georgi Qvişiani Redaktor: Y. Gevorkov Rəssamlar: Azad Şıxəliyev, V. Podruşnyak
Albomdan çıxan videolar Bayatılar Bəhanə kimiyəm Uzaqlıq Bu Sevgi Səhra Sevgi nəğməsi İnanıram sevgiyə
İstinadlar
Həmçinin bax Azərbaycan bəstəkarlarının mahnıları Komsomol, məhəbbət və bahar
Kateqoriya:Eldar Mansurovun əsərləri Kateqoriya:1991-ci ilin musiqi albomları