Yazılı dil yazılı ifadələr üçün bir ölkədə danışıq ləhcələrindən birinin qəbul edilmiş formasıdır. Standart dil ölçülü dil kimi də göstərilə bilər. Dünyada danışılan bəzi dillər tarixdən müasir dövrə kimi yazılı şəkildə istifadə olunmuş və zaman keçdikcə yazılı bir dil halına da gəlmişdir. Sözügedən yazılı dildən başqa, dünya dillərinin dialektləri və danışıq dilləri də vardır.

Tarix thumb|Kiş şəhərindən lövhə proto-yazı və yazı arasında keçid formasının nümunəsi sayılırPeter N. Stearns, The Encyclopedia of World History (2001), ISBN 978-0395652374. p. 25 Yazının ən erkən nümunələri Neolit dövrünə aiddir. O zaman, gil lövhələri əmtəənin sayını izləmək üçün işlənilirdi. Ən erkən yazılı dil isə e.ə. IV minilliyə, Uruk şəhərinə aiddir. Tarixçilər yazının ixtirasını ibtidai icma quruluşu ilə tarix arasındaki sərhəd olaraq sayırlar. Beləliklə, proto-yazı ilə yazı arasındaki fərq qavrayış məsələsi olduğuna görə bu sərhəd dəqiq deyil.

Fərqlənməsi

Yazılı, danışıq və işarə dilləri ünsiyyətin üç fərqli modallıqlarıdır və onların hər birinin özünəməhsus xüsusiyyətləri var.

Danışıq dili

Danışıq və yazılı dillərin əlaqələri mürəkkəb bir məsələdir. Hazırda dilçilər arasında mövcud olan konsensusa görə, nitq insanların fitri qabiliyyətidir, yazılı dil isə mədəni ixtiradır.

Yazı sistemləri

Dünyada mövcud olan yazı sistemləri dörd əsas növə bölmək olar: loqoqram, heca, əlifba və xarakterik. Bunlardan başqa, texniki tətbiqlər üçün fonetik transkripsiya sistemləri mövcuddur. Və həmçinin, jest dilləri üçün yaradılan yazılar var, halbuki onlardan ancaq SignWriting istifadə olunur.

İstinadlar

Kateqoriya:Yazı Kateqoriya:Dil