Magik realizm — magik elementlərin dünyanın realist mənzərəsinə daxil edildiyi bədii metod.
Tarixi XX əsrin 1930-1960-cı illərində Cənubi Amerikada realizmin növbəti milli forması – şərti olaraq magik realizm adlandırılan hadisə meydana çıxmışdır. Cənubi Amerikada ispanlarla yerli xalqların birləşib qarışmasından ispan dilində yeni bir ədəbi mədəniyyət yaranmış və tarixi tərəqqinin nisbətən aşağı səviyyəsindən müasir sivilizasiyaya qoşulmuş bu xalqların miflərini də realist nəsrə gətirmişdir. Miflərdən bədii vasitə kimi istifadə gerçəkliyi realist təsvirin imkanlarını artırır və Avropa ədəbi tənqidinə də maraqlı təsir buraxırdı. Əslində mifdən, rəmzdən, alleqorik obrazdan realist əsərlərdə, xüsusilə poeziyada istifadə həmişə olmuşdur, ona görə Cənubi Amerikada Jorji Amadu, Qabriel Qarsiya Markes kimi yazıçıların əsərlərində özünü göstərən magik realizmi simvolizm elementlərindən istifadənin milli bir ədəbiyyatda üzə çıxması kimi qiymətləndirmək olar. Mistik və ya fantasmaqorik realizm Qərbi Avropada macara nəsrinin bir forması kimi yaranmışdır. Bədii kino biznesinin inkişafı tamaşaçı cəlb etmək üçün yeni-yeni süjetlər tapmalı idi. Bu süjetlərin bir qismi qədim dini-mistik ədəbiyyatlarda və magiyaya dair kitablarda tapılmağa başladı. Qədim magiya və mistika bir qayda olaraq müasir həyata köçürülür. Lakin ciddi sosial-fəlsəfi realist nəsrdə mistik ümumiləşmələrə meyli daha artıq rus ədəbiyyatı, xüsusilə Nikolay Qoqol, Fyodor Dostoyevski və Anton Çexovun ədəbi təcrübəsi ilə bağlamaq daha düzgün olar. Sonralar Frans Kafka kimi yazıcıların yaradıcılığında simvolizmin ifrat bir bədii şərtilik şəklini alması, ədəbi obrazın öz konkretliyini itirməsi həm də onların təsiri ilə bağlı idi. Əlbəttə, Kafkada xalis alman mistikası da vardır, lakin dünyanın fundamental fəlsəfi həqiqətlərini tapmaq və bədii şəkildə göstərmək meylində o, rus klassikasının təsirindədir. Belə təsir Herman Hessenin nəsrində də özünü göstərirdi.
Şübhəsiz ki, F.M.Dostoyevskidən və Avropa macara ədəbiyyatından gələn iki müxtəlif realizm forması fərqlidir. Macəralı, mistik realizmi rus ədəbiyyatında da müstəqil xətt kimi olmuşdur. Rus yazıçısı Mixail Bulqakovun "Master və Marqarita" romanı buna gözəl misal ola bilər. Realizmin bu şəklində artıq fəlsəfi-sosial ümumiləşdirmə aparıcı deyil, həyatın realist macəralı təsviri lövhələrinə fantastik elementlər qarışır. Bu fantastikanın məzmununa görə sözü gedən realizm formaları müxtəlif və mənaca yaxın terminlərlə adlandırıla bilir. Məsələn, xalis fantastika elmi mistikadır. Eyni zamanda, din və təriqətlərlə bağlı, tibb elmi ilə bağlı, kitab falı ilə bağlı, cadugərliklə bağlı çoxlu əsərlər yazılmış və onların əsasında da bədii filmlər çəkilmişdir.
XX əsrin sonlarında mistik realizmə geniş meyl müşahidə olunmuşdur. Bu daha çox kinoda belə süjetlərin işlənməsi və maddi uğur qazanması ilə də bağlıdır. Məsələn, Amerikada cadulanmış mənzillər mövzusu ilə bağlı xüsusi mistik realist film janrı formalaşmışdır. Bundan əlavə, Antik dövrdən məlum olan insan – heyvan metamorfozları mövzusu da geniş işlənən magik süjetlərdir. Bədii film uğur qazandıqdan sonra onun nəsr variantı da bəzən bestseller şəklində yayılar.
Realizmin mistik formasının geniş inkişafı kinonun ədəbi zövqlərə və ədəbi axtarışlara təsirinin çox yeni bir hadisəsidir. Bəlkə kino vasitəsi ilə ədəbi təsir barədə danışmaq daha doğru olar. Bu halda vahid mətn mədəniyyəti ilə kino obrazı mədəniyyətinin qaynayıb qarışması baş verir. Bədii fikrin inkişafı tarixində yaranan hər bir yeni mərhələ dövrün mənəvi məzmunda yenilənməsinə və dəyişilməsinə reaksiya kimi qiymətləndirilə bilər. Bu isə öz növbəsində zamanla XX əsr dünya mədəni paradiqmasının radikal şəkildə dəyişməsinə, fəlsəfi və ədəbi-bədii fikir tarixində yeni anlayışların təzahür etməsinə gətirib çıxardı. XX əsr humanitar fikrindəmilli-mədəni və multikultural dəyərlərin bir araya cəmlənməsi, sinfi fərqliliyin – kütlə və elitar mədəniyyətin culğalaşması, qaynayıb-qarışması yaradıcılıqprinsip və xüsusiyyətlərinin inkişafına sirayət etdi. Bu cəhətdən digər siyasi,ideoloji və mədəni-sosial hadisələr kimi, bədii ədəbiyyat da dövrün qlobalproblemlərini xüsusi orijinal bədii prinsiplərlə təsvir edərək yalnız müəyyənxalqın milli mədəniyyəti, dəyərləri üçün deyil, eləcə də dünya bədii fikrində yeni yaradıcılıq prinsiplərinin əsasını qoydu. İncəsənətin digər sahələrində dəfərqli təsəvvürlər sistemində təcəssüm olunan və tamamilə yeni məna kəsb edənbir dünya modeli yarandı. Dövrün sənətkarları modernist və realist estetikanın prinsipləri fonunda təsvir edilən reallığa tamamilə fərqli baxış bucağından diqqət etməyə başladılar. Maqik elementlərin dünyanın realistik mənzərəsinə daxil edilməsi, realizmin fərqli tərzdə, bədii-estetik fikirə yeni üslubun sirayət etməsi kimi başa düşüldü. Zamanla universal yaradıcılıq metoduna çevrilən bu üslub həm incəsənətdə, həm də bədii ədəbiyyatda böyük potensial imkanlara malik olduğunu göstərdi. Bu metodun “magik realizm” kimi müəyyən olunması, araşdırmaçıları bu fenomenin genezisini araşdırmağa sövq etdi.[1, s.97) Maqik realizm, sehrli realizm və ya ecazkar realizm terminləri ümumi olaraq eyni mənaya malik hesab olunur, lakin bu terminlər arasında bəzi fərqlər var. Ecazkar realizm, Latın Amerikasının inanclarını, tarixini və ənənələrini ehtiva etdiyi üçün digərlərindən fərqlənir. Maqik realizm “təmsil olunan dünyaya enməyən, əksinə gizlənən və ürəkləri döyündürən bir sirrdir” ; [3, s.15) və Salman Rüşdinin nəzərdə tutduğu kimi, maqik realizm “inanılmaz və dünyəvi ünsürlərin qarşılaşmasıdır”. [4, s.30) Maqik realizm həyatımızda mövcud olan fəqlilikləri tapıb ortaya çıxaran , adi və qeyri-adi qəbul edilən məhfumları çaşqınlıq yaratmadan təqdim edən bir ədəbi janrdır. Bəzi tənqidçilər maqik realizmi digər ədəbi cərəyanlarla ortaq xüsusiyyətlərinə görə janr olaraq xüsusi kateqoriyaya aid etməsələr də, ədəbi tənqidçi Qreqori Rubinson “ Ruşdi, Barns, Vinterson və Karterin Fantastikası” (“The Fiction of Rushdie, Barnes, Winterson and Carter”) adlı kitabında təsdiq edir ki, görkəmli ədəbiyyatşünas Ralf Koenin müəyyənləşdirdiyi, müxtəlif ədəbi janrların tarixi, sosial, mədəni cəhətdən əlaqələrinin tədqiq edilməsi prinsipinə ən yaxşı nümunə olan maqik realizm janr kateqoriyasına aid edilməsi müzakirə oluna bilər. [5, s.35) Müxtəlif əsərlərdə müxtəlif yollarla istifadə olunan və müxtəlif mənalar daşıyan bu terminin dəqiq tərifini vermək mümkün deyil. Maqik realizmin ilk təzahürləri 1920-ci illərdə Almaniyada Veymar Cumhuriyyəti dövründə post-ekspressionizm hərəkatı çərçivəsində formalaşmışdır. Ekspressionizmin davamı olan Post-ekspressionizm 1910-cu illərdə rəssamlıq sahəsində meydana gəlmiş və empresyonizmdən fərqli olaraq reallığı olduğu kimi deyil, rəssamda doğurduğu hislər vasitəsilə təcəssüm edirdi. Ancaq post-ekspressionizm mücərrədlikdən uzaq , daha konkret və sentimentalizmdən uzaq idi. Post-ekspressionizmin ilk olarq rəssamlıqda meydana gəlməsi, həm də sentimentalizmdən uzaq və fərqli olması maqik realizmlə ortaq cəhəti hesab oluna bilər. Maqik realizmin formalaşmasının dəqiq tarixi haqqında müxtəlif fərziyyələr olsa da, bir çox tənqidçi bunun 1923-ci il olduğunu qəbul edir. Maqik realizm terminini, ilk dəfə 1923-cü ildə Karl Haiderin rəsmləri haqqında yazdığı “Maqik realizm” adlı məqaləsində alman tənqidçisi Frans Roh işlətmişdir. Frans Rohun maqik realizmini Alman muzeyinin meneceri olan Gustav Hartlaub “neue sachlichkeit” (yeni obyektivlik) adlandırırdı. Hartlaub 1925-ci ildə təşkil etdiyi rəsm sərgisini “Neue Sachlichkeit” adlandırmaqla Rohun maqik realizmini qismən də olsa sənət dünyasında öz obyektivliyi ilə bir pillə geridə buraxdı; lakin 1960-cı illərin əvvəllərində Roh’un termini daha çox maraq doğurdu və o zamanlardan bəri əsasən rəssamlıqla bağlı olan bu termin ədəbi bir konsepsiya kimi məşhurlaşmağa başladı. [6, s.33-34) XX əsrin əvvəllərində Avropa ədəbiyyatı və incəsənətində formalaşan Ekspressionizm ədəbi cərəyanın tərəfdarları reallığa yeni bir baxış bucağından yanaşmaq zərurətini yaratdı. [7, s.13) Birinci dünya müharibəsinin əvvəli və Ekspressionizm ideyalarının süqutu dövründə sənətkarlar mücərrəd ideya və düşüncələrdən uzaqlaşaraq dünyanın daha çox “konkret” tərəfləri ilə maraqlanmağa başladı. Əslində bu yeni axtarışın səbəbi ekspressionizm və impressionizm kimi ədəbi cərəyanların müasir dünyanı izah etmək üçün kifayət etməməsindən qaynaqlanırdı. [6, s.33) Bu, rəssamlıqda yeni bir gerçəkliyi təqdim etməklə yeni bir obyektivliyi qəbul etməni asanlaşdırdı. İtalyan rəssam Giorgio de Kirikonun fövqəltəbii yaradıcılığı yeni obyektivliyi qəbul edən sənətkarlarda fərqli təəssürat yaratdı. Frans Roh məqaləsində De Kirikonun “Nach Expressionismus”, “Magischer Realismus” adlı əsərlərini nümunə göstərək "obyektlərin tənha və sirli görünüşləri ilə rəssamın yeni qaranlıq dünyasını, onun müasir insanın yadlaşması və yönünü dəyişməsini rəsmlə ifadə etməsini " maqik realizmin inkişafında əhəmiyyətli hesab edirdi.[6,s.38) Frans Roh Birinci Dünya Müharibəsindən sonra Almaniyada təşkil olunan sərgilərdə təqdim olunan rəsmlərdə bir fərq olduğunu anladı. Rohun “Magischer Realismus” kitabı Hartlaubun “Neue Sachlichkeit” sərgisinin təşkil edildiyi dövrdə nəşr olunmuşdu.Frans Rohun ideyalarından təsirlənən və maqik realizmə maraq göstərməyə başlayan Ernst Jünger, ilk dəfə bu termini 1927-ci ildə nəşr olunan “Nationalismus und modernes Leben” (“Milliyyətçilik və Müasir Həyat”) adlı bir məqalədə istifadə etdi. Onun sözlərinə görə, “maqik realizm ifadə olunan rəsmlərdə sanki sehrli bir şəkildə xarici aləmin hər bir xətti riyazi düsturun dəqiqliyi ilə birləşir, solğunluğu müəmmalı bir şəkildə işıqlandırılır”. [8, s.4-36) Frans Roh maqik realizmin ekspressionizmdən fərqli olduğunu iddia edirdi . Roh maqik realizmin iyirmi iki fərqli xüsusiyyətini təsvir etmişdir, lakin Rohun təsvir etdiyi bu xüsusiyyətlər daha çox rəssamlıqla bağlı idi.“Yeni obyektivizm” adı altında sıralanan bu xüsusiyyətlər belədir:
EXPRESSIONISM (EKSPRESSİONİZM) NEW OBJECTIVITY (YENİ OBYEKTİVLİK) Ecstatic subjects(Ecazkar mövzular) Sober subjects (Ciddi mövzular) Suppression of the subject(Mövzunun hüdudlanması) The object clarified (Aydınlaşdırılan obyekt) Rhtythmical(Ahəngdar) Representational (Təsviri) Warm (Hərarətli) Cold (Soyuq) Rough(Nahamar) Smooth (Axıcı) Dynamic (Dinamik) Static (Sabit) Loud (Uca) Quiet (Ahəstə) [9, s.35-36)
Roh maqik realizmi mövcud gerçəkliyi ifadə etməyin başqa bir yolu kimi göstərsə də, maqik realizmin dövrümüzdə qəbul edilən hal-hazırkı tərifi reallıqdan əks bir mənanı özündə ehtiva edir. Vilyam Spindlerin iddiasına görə, maqik realizmin ilk tərifindən uzaqlaşması “əslində, orijinal terminin ifadə etdiyi mənanın tam əksini” ifadə edir . [10, s.77) Maqik realizm termini ilk dəfə Frans Roh tərəfindən istifadə edildikdən sonra ədəbi dairələr tərəfindən qəbul edilməyə başladı. Massimo Bontempelli, " maqik realizmi həm incəsənətə, həm də ədəbiyyata tətbiq edən" ilk yazıçı olduğu üçün bu terminin ədəbiyyata gətirilməsində mühüm rol oynamışdır. [11, s.2)