Rafailov Anatoliy Xaimoviç () — Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı.
Həyatı 1953-cü il fevralın 5-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Tibb İnstitutunun Müalicə işi fakültəsini bitirmişdir. Rus, ingilis və fars dillərini bilir. 1972–1974-cü illərdə hərbi xidmət keçmiş, 1974–1981-ci illərdə ali məktəbdə təhsil almışdır. 1981–1982-ci illərdə Bakı şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının internaturasında çalışmış, 1982–2001-ci illərdə Sumqayıt şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının həkim-travmatoloqu, 2001– 2010-cu illərdə "Hesed Qerson" Yəhudi Xeyriyyə Cəmiyyətinin Tibb Mərkəzinin direktoru olmuşdur. 2015-ci ildən "Sağlam ailə" MMC-nin səyyar tibbi xidmət üzrə müdiridir.
4 fevral 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.
2024-cü il oktyabrın 8-də Azərbaycan - İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
İstinadlar
Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan yəhudiləri Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları