Riyad Sülh (; ) — livanlı siyasətçi və dövlət xadimi, müvafiq olaraq 1943-cü ildən 1945-ci ilə qədər və 1946-cı ildən 1951-ci ilə qədər Livanın birinci və beşinci baş naziri vəzifələrində çalışmışdır. Pdf. Livanın müstəqillik uğrunda mübarizəsində ən mühüm şəxslərdən biri idi, müxtəlif dini qrupları birləşdirə bilmişdi və Livanın qurucularından biri hesab olunur.
Gənclik illəri Adı bəzən Riyad əs-Sülh və ya Riyad əl-Sülh kimi yazılan Riyad Sülh 17 avqust 1894-cü ildə Sayda şəhərində anadan olmuşdur. O, sünni müsəlman valideynlərinin ailəsində anadan olub; atası Reda Sülh Nəbatiyyə və Sidonda vitse-qubernator və aparıcı millətçi ərəb lideri idi. 1915-ci ildə Reda Sülh Osmanlı qüvvələri tərəfindən məhkum edildi və Osmanlı imperiyasının Smirna şəhərinə sürgün edildi. O, həmçinin Dəməşqdə əmir Feysəlin hökumətində Daxili İşlər Naziri vəzifəsində çalışmışdır.
Sülh Paris Universitetində hüquq və siyasi elmlər üzrə təhsil almışdır. Atası Osmanlı məclisində millət vəkili olduğu üçün gəncliyinin çox hissəsini İstanbulda keçirdi.
Karyerası Sülh iki dəfə Livanın baş naziri vəzifəsini icra etdi. Onun ilk müddəti Livan müstəqillik qazandıqdan dərhal sonra (25 sentyabr 1943 – 10 yanvar 1945) olmuşdur. Sülh prezident Bişara əl-Xuri tərəfindən ilk Baş nazir seçildi. Sülh və Xuri, 1943-cü ilin noyabr ayında Livandakı dini konfessiya fərqlərini tənzimləmək üçün rəsmi bir çərçivə təmin edən "Milli pakt" adlanan razılaşmanın əldə olunmasına nail olmuş və həyata keçirdilər. "Milli pakt" yazılmamış bir bəyəfəndi müqaviləsi idi. Paktda bildirilirdi ki, Livanda prezident, baş nazir və parlament sədri 1932-ci il əhali siyahıyaalınmasına əsasən üç əsas dini konfessiya qrupuna, yəni müvafiq olaraq maruni xristianlarına, sünni müsəlmanlara və şiə müsəlmanlarına ayrılmalıdır. Sülh ilk səlahiyyət müddətində 1943-cü ilin sentyabrından 1944-cü ilin iyuluna qədər maliyyə naziri vəzifəsində də çalışmışdır, 3 iyul 1944-cü ildən 9 yanvar 1945-ci ilə qədər isə təchizat və ehtiyatlar naziri olmuşdur.
Sülh 14 dekabr 1946-cı ildən 14 fevral 1951-ci ilə qədərKamil Dib, "Warlords and Merchants, The Lebanese Business and Political Establishment", p. 89 yenidən Bişara əl-Xurinin prezidentliyi altında baş nazir vəzifəsinə təyin edildi. Sülh kral I Abdullanı tənqid edirdi və ikinci müddətində Ərəb Liqasının siyasi komitəsinin Ümum-Fələstin hökumətinə xeyir-dua verilməsində əhəmiyyətli rol oynadı.
Sui-qəsdi Sülh 1950-ci ilin mart ayında sui-qəsd cəhdindən xəsarət almadan sağ çıxdı. Bu sui-qəsd Suriya Sosialist Milliyyətçi Partiyasının (SSNP) üzvü tərəfindən törədilmişdir.
Lakin, vəzifəsindən ayrıldıqdan bir neçə ay sonra, 17 iyul 1951-ci ildə Ammandakı Marka hava limanında SSNP üzvləri tərəfindən güllələndi. Hücumu törədən üç silahlı şəxsin məqsədi partiyanın qurucu liderlərindən biri olan Antun Saadanın edamının qisasını almaq idi.
Şəxsi həyatı O, gizlicə şiə islamını qəbul etmişdir, çünki sünni məzhəbindən fərqli olaraq, onun miras qanunlarına görə, Sülhün yeganə övladları olan qızları onun sərvətinin daha böyük bir hissəsini miras ala biləcəkdi.
Riyad Sülhün həyat yoldaşının adı Fayzə əl-Cabiri idi.The Middle East enters the twenty-first century , By Robert Owen Freedman, Baltimore University 2002, page 218. Onların beş qızı var idi: Aliyə, Lamiyə, Mona, Bahica, Fadiyə, və Leyla; onlardan başqa körpəlikdə vəfat edən Reda adlı bir oğlu da var idi.
1937-ci il təvəllüdlü Lamiyə Mərakeş kralı VI Məhəmmədin əmisi, mərhum şahzadə Mulay Abdulla ilə evli idi. Mona (1938–2025) səudiyyə şahzadəsi Talal bin Əbdüləziz ilə evli idi, amma sonra boşandılar. Mona şahzadələr Əl-Valid bin Talal, Xalid bin Talal və Rima bint Talalın anası idi. Bahica Livanın İsveçrədəki keçmiş səfiri və parlamentin keçmiş üzvü Səid əl-Əsədlə evlidir. Leyla, baş nazir Ömər Kərəminin hökumət kabinetində xidmət edən Livanın ilk iki qadın nazirindən biri təyin edilmişdir.
İrsi Patrik Silin "Ərəb müstəqilliyi uğrunda mübarizə" (2011) kitabı Osmanlı imperiyasının son illərindən 1950-ci illərə qədər Yaxın Şərqin tarixini araşdırır və Sülhun nüfuzlu karyerasına və şəxsiyyətinə fokuslanır. Beyrutun mərkəzindəki meydanlardan biri onun adını daşıyır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Livan baş nazirləri Kateqoriya:Öldürülmüş Livan siyasətçiləri Kateqoriya:XX əsr Livan siyasətçiləri Kateqoriya:Sui-qəsd qurbanları Kateqoriya:Livanlı şiə müsəlmanları