Oktay Mehtiyev () — cərrah, Azərbaycan Kikboksinq Federasiyasının Vitse-Prezidenti və İdarə Heyəti sədrinin birinci müavini, Beynəlxalq dərəcəli hakim, Azərbaycan Tibb Universitetinin ağız və üz-çənə cərrahiyyə kafedrası assistent.

Həyatı Oktay Mehtiyev 5 avqust 1970-ci il Saatlı rayonunda anadan olmuşdur. 1976–1983-cü illərdə Saatlı rayonunda Qara Nuru tam orta məktəbində təhsil alıb. 1983–1987-ci illərdə Respublika İdman Təmayüllü İnternat məktəbini qızıl medalla bitirib. 1987-ci ildə Azərbaycan Tibb İnstitutuna stomatologiya fakültəsinə daxil olmuşdur və 1992-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.

Ailəsi Ailəlidir, 3 uşağı var.

Fəaliyyəti 1992–1999 – Azərbaycan Tibb Universiteti – baş laborant. 1999–2017 – Azərbaycan Tibb Universitetinin ağız və üz-çənə cərrahiyyə kafedrasında – assistent. 1998-h.h. – Azərbaycan Kikboksinq Federasiyasının 1-ci Vitse Prezidenti.

Elmi fəaliyyəti 2 ixtiranın müəllifi, 30-dan çap olunmuş elmi məqalələri mövcuddur.

1. Üz-çənə nahiyyəsinin travmatik zədələn-mələri — Cərrahi stomatologiya praktik kurs üzrə meto-dik işləmələr Bakı 2004 Yusubov Y. Ə. Quliyev A. Q.

2. Hemangiomalı xəstələrdə ağırlaşma halları və onların qarşısının alınması yolları — Cərrahiyyə jurnalı Bilalzadə S. Y.

3. Тактика лечения гемангиомчелюстно – лицевой области и профилактики их осложнений 14 Всейская научно – практическая конференсия. Вражденная и наследственная патология головы, лица и шеи у детей: актуальные вопросы комплексного лечения — Moskva, 2009. səh 361 – 363; Yusubov Y. Ə. Bilalzadə S. Y.

4. Artrozların patogenik müalicəsi ATU-nun 80 illiyinə həsr olunmuş elmi konfransı 2010 Əhmədov E. T. Quliyev A. Q.

5. Hemangiomaların yumşaq toxuma və sümükdaxili formasının müalicəsi ATU-nun 80 illiyinə həsr olunmuş elmi konfransı 2010 Yusubov Y. Ə Bilalzadə S. Y

6. "Çənə oynaq çıxıntısı sınıqlarının yeni cərrahı müalicəsi" — Türkiyə. Üz –çənə cər-rahlarının VI Beynəlxalq konqresini materialları. Antaliya 2012 səh. 85 Yusubov Y. Ə

7. Çiyin qurşağı və ürək nahiyyəsinin az təsadüf edən fleqmonası — Sağlamlıq −2009 N-10 səh.189–190 Hüseynov Ə. H Quliyev S. B.

8."Çənə oynaq çıxıntısı sınıqlarının fiksasiyası üçün aparat." — İxtira patent: 20110171. 2012 Yusubov Y. Ə. Cəfərov M. Ə. Bilalzadə S. Y.

Vətən müharibəsində xidməti Vətən müharibəsində könüllü sürətdə həkimləri təşkilatlandıraraq onun rəhbərliyi altında yaralı zabit və əsgərlərimizə tibbi köməklik göstərmişdilər.

Mükafatları Oktay Mehtiyev 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən idmanın inkişafında xidmətlərinə görə "Fəxri Fərman"la təltif olunub.

İstinadlar