250px|thumb|right|Osmanlı ordusunda xidmət edən Afrika əsilli bir başıbozuk Afrotürklər və ya Qaradərili türklər— neqroid irqinə mənsub olan Türkiyə vətəndaşları. Zənci abxazlar kimi onların da mənşəyi Osmanlı İmperiyasında mövcud olmuş quldarlıq rejimi ilə əlaqəlidir. Belə ki, "afrotürklər" ifadəsi, əsas etibarilə, Osmanlı imperiyasının hökmranlığı dövründə qul olaraqOsmanlı İmparatorluğu’nda Köle, Türkiye Cumhuriyeti’nde Evlatlık: Afro-Türkler, Mustafa Olpak, AÜ Siyasal Bilimler Fakültesi gətirilən və ya öz istəkləri ilə Afrikadan Anadoluya və ya Kiprə gələrək məskunlaşan şəxslərin nəsillərinə verilən addır. Onların bir qismi sonradan ölkələrinə qayıtmış, qalanları isə Egey və Aralıq dənizi regionunda yerləşərək kənd təsərrüfatı ilə məşğul olmuş və kəndlər qurmuşdular. Afrotürklərin yaşlı nəsilləri özlərini ərəb adlandırsalar da, şəhərlərdə məskunlaşan gənc nəsil "Afrika əsilli" deməyə üstünlük verir.
Tarixi Osmanlı dönəmində Niger, Səudiyyə Ərəbistanı, Liviya, Keniya və Sudandan afrikalılar əsasən Zənzibar vasitəsilə Osmanlıya gətirilmiş və Dalaman, Manavqat, Çuxurova, Menderes və Gediz obalarında yerləşdirilmişdilər. Bəzi Afrika əsilli şəxslər isə 1923-cü il Türkiyə-Yunanıstan əhali mübadiləsi zamanı Kritdən gəlmiş və Egey regionunda, xüsusən də İzmirdə yerləşmişlər. Ayvalıkda yaşayan afrotürklər ata-babalarının yunanca danışdığını, türk dilini sonradan öyrəndiklərini qeyd edirlər.Yerleşim Yerleri ve Göç: Balıkesir/Ayvalık, afroturk.org, retrieved 25 January 2009
Bəzi mənbələr XIX əsrdə İzmirin Səbirdaşı, Dolapquyu, Tamaşalıq, İkiçeşməlik və Ballıquyu kimi bölgələrində yoxsul qaradərililərin yaşadığı məhəllələrdən xəbər verir. İzmirdə yaşayan afrotürklər 1960-cı illərə qədər afrikalıların milli bayramını "Dana bayramı" adı ilə qeyd edir, bahar şənlikləri təşkil edirdilər. Üç həftə davam edən şənlik zamanı qodyaların (Afrika cəmiyyətinin görkəmli nümayəndələri) yığdıqları pulla dana alınır və may ayının ilk şənbə günü qurban kəsilirdi. Hazırda bu bayram sadəcə iki gün qeyd olunur və qurban kəsilmir.
Osmanlı ordusunun sıralarında minlərlə qaradərili afrikalı xidmət edirdi. Ordu Osmanlı-Avstriya müharibəsi (1716-1718) zamanı 24,000 afrikalını Balkan yarımadasına göndərmişdi.Dieudonne Gnammankou, "African Slave Trade in Russia" , in Doudou Diene, La Chaine et le lien, Paris: Editions UNESCO, 1998. Tarixdə ilk qaradərili pilotlardan biri Əhməd Əli Çeliktən Birinci Dünya müharibəsində Osmanlı hərbi hava qüvvələrində xidmət etmişdir.
Hazırda afrotürklər Egey regionunda, xüsusən də İzmir, Aydın və Muğlada yaşamaqdadırlar. Eləcə də Antalya və Adana illərinin bəzi qəsəbələrində də Afrika əsilli şəxslər yaşayırlar. Afrika köçkünlərinin nəslindən bəziləri qalıb bu ərazilərdəki əhali ilə qarışmış, bir çoxu daha böyük şəhərlərə köç etmişdir. Bu kimi faktorlar ölkədə afrotürklərin sayının müəyyənləşdirilməsini çətinləşdirir.Afrika'nın kapıları İzmir'e açılıyor , Yeni Asır, 21 November 2008, retrieved 25 January 2009.
Məşhur afrotürklər
İncəsənət Əsməray — müğənni Tuğçe Güdər — model, aktrisa Kuzqun Acar — heykəltaraş Mənsur Ark — musiqiçi Safiye Ayla — musiqiçi Yasemin Əsmərgül — aktrisa Əhməd Kostarika — aktyor Dursunə Şirin — aktrisa İbrahim Şirin — musiqiçi Cenk Sökmən — musiqiçi Melis Sökmən — aktrisa, musiqiçi (Qvineyalı nənə) Səid Sökmən — balerino, xoreoqraf (Qvineyalı ana) Sibel Sürel — balerina Əli Tınaz — aktyor, televiziya aparıcısı Tuncay Vural — xoreoqraf Dəfnə Coy Foster — aktrisa, televiziya aparıcısı (Afroamerikalı ata) Mert Gülər — yoqa təlimçisi
İdman Fercani Şənər — futbolçu Ömər Besim Koşalay — atlet, jurnalist Vahab Özaltay — futbolçu Hadi Türkmən — Türkiyə Futbol Federasiyasının keçmiş vitse-prezidenti Sadri Usuoğlu — futbol meneceri Mustafa Yıldız — "Ərəb Mustafa" kimi məşhurdur, 1972 və 1981 Qırxpınar çempionu Nazim Sanqare — futbolçu
Ədəbiyyat Mustafa Olpak — yazıçı və aktivist Tarık Dursun K. (Kakınç) — yazıçı Minə Söyüd — yazıçı və köşə yazarı
Siyasət Zənci Musa — Təşkilat-i Məxsusanın üzvü
Hərbi xidmət Əhməd Əli Çeliktən — Osmanlı pilotu
Qalereya
Qeydlər
İstinadlar
Kateqoriya:Afrika əsilli şəxslər Kateqoriya:Türkiyədə yaşayan etnik qruplar