Mirzə Həbibulla Qaani Şirazi (Farsca: ; 20 oktyabr 1808, Şiraz - 3 may 1854, Tehran) — İran şairi.
Həyatı Mirzə Həbibulla 1808-ci ildə Fars əyalətinin mərkəzi Şiraz şəhərində anadan olmuşdu. Əslləri Kirmanşahlıdır və Zəngənə elindəndir. Atası Mirzə Məhəmmədəli Gülşən təxəllüsü ilə şeir yazırdı. Vaxtsız vəfat edən Gülşən Həbibullaha istedad miras qoymuşdu. Yetim böyüyən Həbibullah Fars əyalət valisinin yaxın yardımı ilə mədrəsə təhsili aldıYəḥyā Āryanpur, Əz Ṣəba ta Nimā, 2 cild., Tehran, 1975.s.94.
Fətəli şah Qacar oğlu Həsənəli mirzənin vasitəsilə onu Tehrana dəvət etdi. Sarayda şöhrət qazandı. Şah ona "Müctəhidəlşüəra" ləqəbini əta etdi.
Qaani Şirazi divan müəllifidirIdem, Divān-e Ḥakim Qāʾāni Širāzi, ed. Moḥammadcəʿfər Məḥcub, Tehran, 1957..
Mirzə Həbibulla Qaani Şirazi 3 may 1854-cü ildə Tehran şəhərində vəfat etdi.Şah Əbdüləzim gorgahında dəfn edildi.
Mənbə Ənvər Çingizoğlu. Zəngənə eli və məşhur şəxsiyyətləri. Bakı, "Soy" dərgisi, 2010.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İran şairləri Kateqoriya:Şirazda doğulanlar Kateqoriya:Tehranda vəfat edənlər Kateqoriya:Zəngənələr Kateqoriya:Orta Şərq şairlərinin qaralamaları
