Vidadi Ramiz oğlu Qafarov () — Teatrşünas, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsinin müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti.

Həyatı Vidadi Qafarov 1961-ci il dekabrın 29-da Lənkəran şəhərində anadan olub. 1989-cu ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) "Teatrşünaslıq" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

1990–1994-cü illər ərzində N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində çalışıb, 1994–1997-ci illərdə AMEA Memarlıq və İncəsənət İnstitutunun əyani aspiranturasında təhsil alıb. 1997-ci ildən həmin İnstitutun "Teatr, kino və televiziya" şöbəsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində işləyib. 2014-cü ildən "Teatr, kino və televiziya" şöbəsinin müdiri vəzifəsində çalışır. 2015-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti kimi pedaqoji fəaliyyət göstərir.

"Azərbaycan teatrının janr xüsusiyyətləri: təşəkkül dövrü" mövzusunda fəlsəfə doktoru dissertasiyasını müdafiə edib (2009), sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosentdir (2014). 3 kitabın, yerli və xarici mətbuatda dərc edilmiş 80-dan çox elmi məqalənin, 7 tədris proqramının müəllifi, 20-dən çox kitabın tərtibçisi, tərcüməçisi və ya redaktorudur. Onlarla beynəlxalq və respublika elmi konfranslarının məruzəçisi, teatr festivallarının iştirakçısı, münsiflər heyətinin üzvü olub.

2010–2020-ci illər ərzində Respublika Sənətşünaslıq və Memarlıq Problemləri üzrə Elmi Şuranın elmi katibi vəzifəsində çalışıb. 1999-cu ildə "Azərbaycan sənətşünaslığının inkişaf konsepsiyası"nın, 2008-ci ildə "Azərbaycan Respublikasında 2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli strategiyanı və həmin strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı"nın, 2014-cü ildə "2015–2020-ci illər üçün Prioritet Elmi İstiqamətlər"in, 2016-cı ildə "Azərbaycan Elminin İnkişaf Doktrinası"nın İnstitut üzrə layihəsini hazırlayan işçi qruplarında fəaliyyət göstərib.

AR Prezidenti yanında Elmin İnkişafı Fondunun 2015-ci il üçün elan etdiyi əsas qrant müsabiqəsində qalib gəlmiş "Azərbaycanın ənənəvi musiqisi (elektron baza)" layihəsinin icracısı və məsul redaktoru olub, AMEA-nın Rəyasət Heyətinin 14 mart 2018-ci il tarixli, 7/3 №-li qərarı ilə təsdiq etdiyi "İdeya-estetik tərbiyədə ədəbiyyat və incəsənətin rolu: milli kimlik və mənəvi zənginlik" adlı elmi-tədqiqat proqramında iştirak edib.

1985-ci ildən dövri mətbuatda çap olunur. 1995–2008-ci illər ərzində elmi fəaliyyətlə yanaşı "Press Fakt", "Şəkərvillası", "Planet", "Gün səhər" qəzetlərində məsul katib, redaktor işləyib. 2011–2017-ci illərdə "Kaspi" qəzetinin həftəlik "Teatr" əlavəsinin redaktoru olub. Teatrın tarixi, nəzəriyyəsi və sosiologiyasına, mədəniyyət və incəsənətin müxtəlif problemlərinə dair çox sayda resenziya, portret, publisistik, elmi-kütləvi məqalənin müəllifidir.

"Azərbaycan teatrı-dünən, bu gün, sabah" elektron bazasının işçi qurupunun üzvü, Azərbaycan Teatr Xadimləri İttifaqının və Xalq yazıçısı Elçinin veb saytlarının yaradıcı qrupunun məsul redaktoru kimi, bu elektron resursların yaradılmasında iştirak edib.

2018-ci ilin aprel ayından fəaliyyətə başlayan teatro.az sənət portalının həmtəsisçisi (teatrşünas Elçin Cəfərovla birlikdə) və baş redaktorudur.

1990-cı ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2012-ci ildən Beynəlxalq Teatr Tənqidçıləri Assosiasiyasının üzvüdür.

Təltif və mükafatları Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri Fərmanı və Diplomu; AMEA Memarlıq və İncəsənət İnstitutunun Fəxri Fərmanı; Azərbaycan Teatr Xadimləri İttifaqının "Teatr fədaisi" medalı.

Elmi əsərləri və elmi işləri

Kitabları Azərbaycan teatrının janr poetikası. Monoqrafiya. Bakı, Qanun nəşriyyatı, 2012. 160 səh. İlyas Əfəndiyev – 100. Kitab-albom. Bakı, Musiqi dünyası, 2014. 54 səh. İslam İbrahimov — Həyat və sənət həqiqətləri. Bakı, Qanun nəşriyyatı, 2022. 88 səh. "Azərbaycan teatrşünaslığı: biblioqrafik göstərici". Tərtib edənlər: Vidadi Qafarov və Məlahət Ağayeva. Bakı: "AFPoliqrAF" nəşriyyatı, 2025, 120 səh. ISBN 978-9952-598-38-4 Azərbaycan Teatr Təqvimi. Bakı, "Çap Poliqrafiya" MMC, 2024, 550 səh. Tətribçi və məsul redaktor.

Tədris-metodiki vəsaitləri Klassisizm dövrü teatr tarixi. Tədris Proqramı. Bakı, 2018. 18 səh. Postsovet ölkələrinin teatrı. Tədris Proqramı. Bakı, 2018. 12 səh. Şekspir teatrı-Brext teatrı. Tədris Proqramı. Bakı, 2018. 22 səh. Həmmüəllif. Teatr idarəçiliyi və iqtisadiyyatı. Tədris Proqramı. Bakı. 2018. 12 səh. Həmmüəllif. Təcrübə. Tədris Proqramı. Bakı, 2018. 12 səh. Həmmüəllif. Teatrda janr və üslub məsələləri. Tədris Proqramı. Bakl, 2019. 12 səh. XXI əsr Azərbaycan teatrı. Tədris Proqramı. Bakı, 2020. 18 səh.

Redaktə və tərcümə etdiyi kitablar Hüquqlara aparan yol (orta pillə şagirdlər üçün dərs vəsaiti). Norveç Qaçqınlar Şurası. Bakı, 2004, 92 səh. Tərcümə və uyğunlaşdırma. Hüquqlara aparan yol (müəllimlər üçün metodik vəsait). Bakı, 2004, 96 səh. Redaktor. Kiçiklaşlı məktəblilərə insan hüquqlarının öyrədilməsi (müəllimlər üçün dərs vəsaiti). Bakı, 2004, 54 səh. Redaktor. İnsan hüquqları üzrə fəal dərs nümunələri (müəllimlər üçün dərs vəsaiti). Bakı, Çaşıoğlu, 2006, 56 səh. Tərcüməçi. QİÇS təhlükəsi və Gender. Gənclər üçün. Bakı, 2006, 22 səh. Redaktor. Əliqismət Lalayev. Azərbaycan-Orta Asiya teatr əlaqələri. Bakı, "Nağıl evi", 2009, 196 səh. Elmi redaktor. İlham Axundov. Bağbansayağı. Bakı, "Şərq-Qərb" 2009, 48 səh. Redaktor. Ərtegin Salamzadə. "Tofiq Rəsulov. Şəbəkə". İstanbul, 2009, 48 səh. Tərcüməçi. Memarlıq və İncəsənət üzrə Problem Şurası. Bülleten (2010–2013-cü illər). Bakı, Təknur, 2014, 40 səh. Tərtib edən. Azərbaycan ənənəvi musiqisi. Kitab-albom. Bakı, Elmin İnkişafı Fondu, 2015, 86 səh. Elmi redaktor. Əlisəfdər Hüseynov. Kinomuzda Anar fenomeni. Bakı, Elm və Təhsil, 2015, Elmi redaktor. Aydın Dadaşov. Azərbaycan kinosu: mövzu, struktur, üslub, janr. Bakı, 2015, Elmi redaktor. Aydın Dadaşov. Dünya kinosu örnəklər kontekstində. Bakı, Şərq-Qərb, 2016. 688 s. Elmi redaktor. Агаева Нармина. Диалог театральных культур Кавказа. Баку, Университет Хазар, 2016, 153 с. Elmi redaktor. "Şəhər və Teatr". Respublika Elmi Konfransının materialları. Bakı, 2016, 124 səh. Elmi redaktor. Sənətşünaslıq və Memarlıq Problemləri üzrə Elmi Şura. Bülleten (2010–2017-ci illər). Bakı, Təknur, 2018. 105 s. Tərtib edən. "Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni" mövzusunda Respublika elmi-praktiki konfransının materialları (Bakı, 28 mart 2019-cu il). Bakı, "Səda", 2019, 216 səh. Elmi redaktor. Əlisəfdər Hüseynov. Kinonun fəlsəfəsi. Bakı, Qanun nəşriyyatı, 2019, 144 səh. Elmi redaktor. Əlisəfdər Hüseynov. Sevgimizdən usanmayaq. Bakı, 2020, 204 səh. Elmi redaktor. Əlisəfdər Hüseynov. Vaqif Mustafayev: baxın…gülün…və düşünün. Bakı, 2021, Elmi redaktor. Barabaş N. A. Müasir rus teatrı: XX əsrin sonu-XXI əsrin əvvəlləri. Dərs vəsaiti. Tərcümə edən: Rəsmiyyə Mustafayeva. Bakı, ADMİU, 2019, 128 səh. Elmi redaktor. Ələkbər Qasımov. Naxçıvan Teatrında tərcümə əsərlərinin tamaşaları (1883–2013). Bakı, "Xəzər Universiteti nəşriyyatı, 2016, 176 səh. Elmi redaktor. Leman Hans-Tis. Posdramatik teatr / Tərcümə edən Fəridə Cəlilova. Bakı, ADMİU-nun nəşriyyatı, 2022, 360 səh. Elmi redaktor.

Elmi məqalələri (ixtisarla) Yazılmamış nekroloq. Qobustan incəsənət toplusu, 1986, № 1 (69), səh. 93–95. "Dağılan tifaq" faciəsi və Azərbaycan dramaturgiyasında ilk faciələr haqqında bəzi mülahizələr. İncəsənət və mədəniyyət problemləri. Bakı, 1995, səh. 35. İslam İbrahimovun tənqidi görüşləri. İncəsənət və mədəniyyət problemləri. Bakı, 1996. səh. 56. Sinkretizm — ən universal fəlsəfi-estetik nəzəriyyə kimi (komplementar komplimentlər). Azərbaycan sənətşünaslığının öncül istiqamətləri. Bakı, 1998, səh. 78–80. Azərbaycan teatrının janr başlanğıcı. AMEA Memarlıq və İncəsənət İnstitutu. İncəsənət və mədəniyyət problemləri. IX konfransın materialları. Bakı, Elm, 1998. səh. 43–44. Müasir Azərbaycan teatrının janr xüsusiyyətlərinə dair. AMEA Memarlıq və İncəsənət İnstitutu. İncəsənət və mədəniyyət problemləri. X Respublika elmi konfransının materialları. Bakı, Çaşıoğlu, 1999. səh. 151–152. Azərbaycan teatrının janr xüsusiyyətlərinə dair. Azərbaycan Elmlər Akademiyası-nın Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası. Bakı, Elm, 2000, № 3–4, səh. 163–167. Açın pərdələri… Yaxud, milli teatrımıza dair bəzi para mətləblər. AMEA Memarlıq və İncəsənət İnstitutu. İncəsənət və mədəniyyət problemləri. Bakı, Çaşıoğlu, 2001, səh. 140–144. Azərbaycan teatrının genezisinə dair. Azərbaycan Milli Elmlər Akademi-yasının Xəbərləri. Humanitar elmlər seriyası. Bakı, Elm, 2005, № 1, səh. 150–159. Azərbaycan xalq-meydan teatrının janr xüsusiyyətləri. AMEA Memarlıq və İncəsənət İnstitutu. İncəsənət və mədəniyyət problemləri. XVI buraxılış. Bakı, Səda, 2006. səh. 155–161. Azərbaycan xalq-meydan teatrının qrotesk obrazlığı. AMEA Memarlıq və İncəsənət İnstitutu. İncəsənət və mədəniyyət problemləri. Bakı, Təknur, 2007, № 1 (19). səh. 92–97. M. F. Axundovun "Mürafiə vəkillərinin hekayəti" pyesinin məkan və janr təyinatına dair. AMEA Memarlıq və İncəsənət İnstitutu. İncəsənət və mədəniyyət problemləri. Bakı, Təknur, 2008, № 3–4 (25–26), səh. 290–293. Жанровая картина Азербайджанского театра в начале XX века. Актуальные проблемы гумантарных и естественных наук. Москва, 2009, № 5, səh. 294–296. N. B. Vəzirovun "Müsibəti-Fəxrəddin" əsərinin janr təyinatına dair. Ənənə və bədii forma. Bakı, Çaşıoğlu, 2003, səh. 138–142. Ə. Haqverdiyevin "Pəri Cadu" pyesi Azərbaycan teatr tarixində ilk melodram kimi. İncəsənət və mədəniyyət problemləri. Bakı, Təknur, 2009, № 3 (29), səh. 206–209. Tamaşaçı problemi cəmiyyətin informasiya mədəniyyətinin göstəricisi kimi. İncəsənət və mədəniyyət problemləri. Bakı, Təknur, 2009, № 4 (30). Səh.191–195 Sinkretizm — ən universal fəlsəfi-estetik nəzəriyyə kimi. "Fəlsəfə və sənətşünaslıq: Fənlərarası qarşılıqlı təsirin metodologiyası", Bakı, Təknur, 2010, səh. 96–97. Yanmış budaq üstə oxuyan bülbül. Tənqid.net, Bakı, Qanun, 2010, № 1 (7), səh. 370–371. К проблеме генезиса азербайджанского театра. Известия Национальной Академии Наук Республики Казахыстан. Серия естественных наук. Алматы. НАНРК. июль-август 2010 № 4 (277), səh. 60–62. К проблеме генезиса азербайджанского театра. Простор. Алматы: 2010, № 10, səh. 83–185. İnqilab Kərimovun estetik görüşləri. İncəsənət və mədəniyyət problemləri, Bakı, Təknur, 2011, № 1 (35), səh. 179–183. Dördüncü ölçünün rəngləri və ya Tofiq Kazımov teatrına göy qurşağından baxış. "Tənqid.net" jurnalı, 2011, № 9, səh. 202–207. M. F. Axundzadə fenomeni və Azərbaycan teatrı. "Azərbaycan" jurnalı, 2012, № 9, səh.159–163. Məhsəti Gəncəvi obrazı Azərbaycan səhnəsində". İncəsənət və mədəniyyət problemləri, Bakı, Təknur, 2012, № 3 (41), səh. 44–49. M. F. Axundzadə dramaturgiyası və "Mürafiə vəkillərinin hekayəti" pyesinin məkan və janr təyininə dair. AMEA-nın Xəbərləri. Humanitar elmlər seriyası. Bakı, Elm, 2012, Xüsusi buraxılış, səh. 124–131. Üç əsrdən keçən teatr: çağdaş mənzərəsi və prioritetlər. İncəsənət və mədəniyyət problemləri, Bakı, Təknur, 2013, № 4 (46), səh. 159–163. Cəfər Cəfərov. "Qobustan" sənət toplusu, Bakı: 2014, № 3, səh. 8–9. Azərbaycan Teatrının müasir mənzərəsi — dünya teatrına inteqrasiyanın göstəricisi kimi. III Bakı Beynəlxalq Teatr Konfransının materialları. Bakı, AR Mədəniyyət və Turizm Nazirliyi, 2014, səh. 28–29. "Qara qızıl" səltənəti və Azərbaycan teatr sənəti. "Musiqi dünyası" jurnalı, Bakı, 2015, № 2 (63), səh. 59–62. "Mən, sən, o və Anar", Ə. Hüseynov. Kinomuzda Anar fenomeni. "Elm və təhsil", Bakı: 2015, səh. 3–4 Neft səltənəti və Azərbaycan teatr sənəti. AMEA-nın Xəbərləri (Humanitar Elmlər Seriyası), Bakı, 2016, № 1, səh. 278–282.