() — aləminin dəstəsinin fəsiləsinin cinsinin növünə aid bitki yarımnövü.
Botaniki xarakteristikası Çoxillik, hündürlüyü 25–30 sm, gövdəsi düz, tüklü bitkidir. Yarpaqları üç dar xəttvari hissəyə bolünmüşdür. Aşağı yarpaqlar daha çox bütöv, çəlovvarixəttvari, yuxarısı üçdilimli, daralaraq uzun saplağa çevrilir. Çiçəkləri oturaq, tək-təkdir, yarpaqların qoltuğunda yalançı sünbülvari çiçək qrupunda yığılmışdır. Kasacıq 4–6 mm uzunluqda, zınqırovvari, yuxarı hissədə nisbətən uzuntüklü, altdan çılpaqdır. Tacı 16–20 mm uzunluqda, limonu və ya açıq sarı rəngdə, aşağı dodaqcığı al qırmızı zolaqlı və ya ləkəlidir. Fındıqçalar 3 mm, uzunsov, büzüşmüş formada, tünd rəngdədir.Validə M. Əlizadə, Naibə P. Mehdiyeva, Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
Yayılması BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Alaq bitkisidir, çöllərdə, əkinlərdə, bağlarda, kollüqlarda, çay vadilərində, quru gilli, daşlı yamaclarda bitir.Флора Азербайджана. Баку: Изд. АН Азерб.ССР, 1950–1961, Т. I–VIII.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Avrasiya florası