Şərif — Azərbaycan Respublikasının Balakən rayonunun Şərif kənd inzibati ərazi dairəsində kənd.

Mədəniyyəti Şərif 1 saylı orta məktəbi rayonun seçilən məktəblərindəndir. Bu məktəb bir kənddə bir çox ziyalıları yetişdirib. AMEA-nın üzvü İqtisad elmləri doktoru, professor Əli Hüseynov da bu məktəbin məzunu olmuşdur.

Bütün avarlarda olduğu kimi Şərifin əhalisində də yüksək rəqs mədəniyyəti var. Oynamaq – rəqs mədəniyyəti daha çox cavanlar arasında yayılıb.

Coğrafiyası və iqlimi Qabaqçölün 6 kəndindən biridir. Şərqdən Xalatala, qərbdən Yeni Şərif, cənubdan Qabaqçöl qəsəbəsi, şimaldan isə Gürcüstan respublikasının Laqodexi rayonu ilə həmsərhəddir.

Şərif Azərbaycanın nisbətən kontinental ərazisində yerləşdiyinə görə burada iqlim bir qədər sərtdir. Qışda nisbətən çox soyuq, yayda isə nisbətən çox isti. Yağıntı əsasən yaz aylarında aprel – iyun arası düşür.

Əhalisi +Şərif kəndi əhalisinin milli tərkibi Etnik qrup Sayı, 1970 sa.Ethno-Caucasus, Этнодемография Кавказа: Белоканский район (перепись 1970 года) Nisbəti, 1970 sa. cəmi3 961100 % avar3 67192.7 % azərbaycanlı1333.4 % ləzgi1293.3 % rus və ukraynalı210.5 % gürcü30.1 % tatar10.1 %

Əhalisi əsasən Avarlardan ibarətdir. Şərifin əhalisinin böyük əksəriyyəti avar dilində danışır. Kənddə azərbaycanlılar (Tərəkəmələr – Gürcüstandan köçmüş azərbaycanlılar) da yaşayırlar. Əhalinin məşğuliyyəti əsasən əkinçilik və maldarlıqdır. Şərifdə oxumuş, ali təhsilli adamlar da az deyil. Şərif kənd orta məktəbinin bir çox məzunu son beş ildə Azərbaycan və Rusiyanın Ali müxtəlif Ali məktəblərinə qəbul olunmuşdur.

İstinadlar

Kateqoriya:Balakən rayonunun kəndləri