Aleksis de Tokvil (; ) — Fransa diplomatı, tarixçisi və politoloqu. O, ən əsas "Amerikada demokratiya" (2 cilddə, 1835 və 1840-cı il) və "Köhnə rejim və inqilab" (1856) əsərlərinə görə məşhurdur. Tokvil hər iki əsərində fərdlərin yaxşılaşdırılmış həyat standartlarını və sosial vəziyyətlərini, eləcə də onların qərb cəmiyyətlərindəki dövlət və bazarla münasibətini araşdırmışdır. Tokvilin Amerikaya səyahətlərindən sonra nəşr olunan "Amerikada demokratiya" əsəri bu gün sosiologiya və siyasi elmin ilkin əsəri hesab olunur.

Tokvil əvvəlcə İyul monarxiyası, daha sonra İkinci Respublika dövründə siyasi aktivist olmuşdur. Napoleon Bonapartın 2 dekabr 1851-ci ildə dövlət çevrilişi etməsindən sonra siyasi həyatından uzaqlaşmış, "Köhnə rejim və inqilab" əsəri üzərində işləməyə başlamışdır.Paul R.Hansen. Contesting the French Revolution. Wiley-Blackwell. p. 3. ISBN 978-1-4051-6084-1. O iddia edirdi ki, Fransa inqilabının əhəmiyyəti kral XIV Lüdovikin hakimiyyəti zamanı başlamış "Fransa dövlətini müasirləşdirmək və mərkəzləşdirmək" prosesini davam etdirmək idi. Onun fikrincə, inqilabın uğursuzluğu abstrakt maarifçilik ideallarına həddən artıq bağlı olan deputatların təcrübəsizliyindən irəli gəlirdi.

Erkən həyatı Cloître sainte Constance (lycée Fabert de Metz)|thumb|left|300px|Tokvilin 1817–1823-cü illərdə təhsil aldığı Fabert məktəbi, Metz Aleksis de Tokvil 1805-ci ildə norman aristokrat ailəsində dünyaya gəlmişdir. Ailənin kökləri Hastinqs döyüşünə qədər gedib çıxır. O, Fransa inqilabının qurbanlarından olan liberal aristokrat, siyasi xadim Kretian Maleşebesin nəticəsi idi. Aleksis cılız, həddən artıq həssas uşaq idi, kəskin təşviş tutmalarından əziyyət çəkirdi. Ailəsi inqilabi çevrilişlər zamanı sarsıldı, atası və anası hər ikisi həbs olundu. Atası Burbon restavrasiyası dövründə prefekt oldu, 1827-ci ildə X Çarlz tərəfindən per tituluna layiq görüldü. Tokvil məktəbi Metzdə bitirdikdən sonra Parisdə hüquq təhsili aldı. Daha sonra Versalda polis məmuru vəzifəsinə təyin olundu, özünü bir növ siyasi həyata hazırladı, eyni zamanda, mühafizəkarlarla liberallar arasında olan qarşıdurmanı müşahidə etdi. Gələcək həyat yoldaşı ilə burada tanış olan Aleksis Qustav de Bomon adlı hüquqşünasla dostlaşdı. O, aristokratların imtiyazının azalmasının tarixi cəhətdən qaçılmaz olduğunu bəyan edən tarixçi və siyasi xadim Fransua Quidonun mühazirələrindən güclü şəkildə təsirlənmişdi.

Liberalların Burbon krallarının aristokratik rejimi altında sərgilədikləri davranışlardan sonra Tokvil siyasi inkişafın modeli kimi ingilis tarixini öyrənməyə başladı. 1830-cu il İyul inqilabından sonra Orleanlı Lui Filippin hakimiyyətə gətirilməsi Tokvil üçün dönüş nöqtəsi oldu. O daha da əmin oldu ki, Fransa sürətlə sosial bərabərliyə doğru gedir. Köhnə liberal nəsli ilə əlaqəni kəsən Tokvil Fransanı artıq ingilis konstitusiyalı monaxiyası ilə deyil, demokratik Amerika ilə müqayisə edirdi. Yeni monarxiyaya sədaqət andı içməsinə baxmayaraq, devrilmiş Burbon kralı ilə olan ailə bağı onun vəziyyətini təhlükə altında saxlayırdı. O və dostu Qustav de Bomon bu narahat vəziyyətdən yaxa qurtarmaq üçün Amerikadakı mübahisəli həbsxana islahatlarını araşdırmaq məqsədilə Amerikaya getmək üçün rəsmi icazə aldı.

Səyahətləri Tokvil və Bomon 1831–1832-ci illər ərzində Amerikada 9 ay keçirdi. Bu, onların birgə kitabı olan "Amerikadakı həbsxana sistemi və onun Fransada tətbiqi haqqında" (1833), Bomontun Amerikadakı irqçilik məsələləri ilə bağlı olan "Mari və ya Amerikada quldarlıq" (1835) və Tokvilin "Amerikada demokratiya" (1835–1840) kitabının ilk hissəsinin yazılmasına səbəb oldu. Tokvil müşahidə apararaq, amerikalıların özləri ilə danışaraq Amerika cəmiyyətinin əsas xüsusiyyətlərini anlamağa çalışıb, öz fəlsəfəsinə uyğun gələn əsas məqam olan "şəraitlərin bərabərliyi"ni vurğulamışdı. Əsərin əsas mesajı o idi ki, demokratik quruluşlu, lazımi qaydada təşkil olunmuş cəmiyyətin azadlığını qoruyub saxlamasına ümid bəsləmək olar.

Tokvil Şimali Amerikadan əlavə İngiltərəyə də səyahət edib, "Yoxsulluq haqda memuar"ını yazdı. 1841 və 1846-cı illərdə Əlcəzairə getdi. İlk səyahəti onu "Əlcəzair haqda" əsərini yazmağa ilhamlandırdı. Kitabda assimilyasiyaya əsaslanan fransız müstəmləkəçilik modelini tənqid etmiş, bunun əvəzinə fərqli əhalilərin bir-birinə qarışmasının qarşısını alan ingilis idarəetmə modelinə üstünlük vermişdir.

Tokvil 1835-ci ildə İrlandiyaya səyahət etdi. Onun müşahidələri Böyük aclıqdan (1845–1849) əvvəl İrlandiyanın vəziyyətinin necə olduğunu təsvir edir, böyüyən katolik orta sinfi və katolik icarəçi fermerlərinin dəhşətli həyat şərtləri haqda məlumat verir. Tokvil bu əsərdə həm liberalizmə rəğbətini, həm də irlandlara olan yaxınlığını açıq şəkildə ifadə edir.Aleksis de Tokvil (1990). İrlandiyaya səyahət, iyul–avqust 1835

"Amerikada demokratiya"nın ilk hissəsi ona böyük məşhurluq gətirdi. Bu vaxtlar yəqin ki, Tokvilin həyatının ən xoşbəxt və optimist dövrü idi. O, Əxlaq və Siyasi Elmlər Akademiyasının, eyni zamanda Fransa Akademiyasının "Fəxri Legion" ordeni ilə təltif edilmişdi. Bu mükafatlar və kitaba görə kral ailəsindən aldığı qonararla hətta Normandiyada ata-babadan qalma qəsri də yenidən tikdirə bildi. Bir neçə il ərzində kitabı İngiltərə, Belçika, Almaniya, İspaniya, Macarıstan, Danimarka və İsveçdə nəşr olundu. O, 1836-cı ildə Meri Moteli adlı ingilis qadınla evləndi, növbəti 4 ilini "Amerikada demokratiya"nın 1840-cı ildə çap olunmuş son hissəsi üzərində işləyərək keçirdi.

Siyasi fəaliyyəti 1848-ci il Fevral inqilabı zamanı İyul Monarxiyasının süqutundan sonra Qurucu Məclisinin üzvü seçilən Tokvil İkinci Respublikanın yeni konstitusiyasının hazırlanması tapşırılmış komissiyanın tərkibinə daxil oldu (1848–1851). O, iki palatalı parlamentin və respublika prezidentinin ümumi seçki hüququ ilə seçilməsinin tərəfdarı idi. Kənd əhalisinin Parisin işçi təbəqəsindən daha mühafizəkar olduğu düşünüldüyünə görə, ümumi seçki hüququ Paris inqilabi ruhuna qarşı bir vasitə hesab olundu.

İkinci Respublika dövründə Tokvil sosialistlərə qarşı monarxist və mühafizəkarlardan təşkil olunan "Parti de l'Ordre" adlı siyasi qrupla birlik oldu. Fevral qiyamından bir neçə gün sonra o, sosialistlər tərəfindən "Demokratik və Sosial Cümhuriyyət" uğrunda mübarizəyə təşviq olunan Paris işçi sinfi ilə aristokratiya və kənd əhalisini özündə birləşdirən mühafizəkarlar arasındakı şiddətli toqquşmanın qaçılmaz olduğunu bildirdi. Onun olacağını əvvəlcədən planladığı bu sosial gərginlik özünü 1848-ci il iyun qiyamları zamanı göstərdi.Aleksis de Tokvil. Yadigarlar (1999), 3-cü hissə, səhifə 289–290

Tokvil general Luis Yucin Kavenyak tərəfindən elan edilən mühasirə vəziyyəti "nizamlanması"nın və konstitusiya quruluşunun dayandırılmasına imkan yaradan digər tədbirlərin tərəfdarı idi. O, may-sentyabr ayları arasında yeni konstitusiyanı yazan Konstitusiya Komissiyasında iştirak etdi, prezident və onun yenidən seçilməsi ilə bağlı təkliflər irəli sürərkən Şimali Amerikadakı təcrübəsinin əhəmiyyətini vurğuladı.Kouto Arnaud, Tokvil və demokratik konstitusiya (fr. Tocqueville et la constitution democratique) (2008), səhifə 680. Həmçinin bax: "Le blog de arnaud.coutant.over-blog.com".

Xarici işlər naziri thumb|right|300px|Tokvil, Milli Assambleyada konstitusiyaya yenidən baxılması üçün təşkil olunan komissiya, 1851-ci il Luis Yucin Kavenyakın və "Parti de l'Ordre"nin tərəfdarı olan Tokvil 1849-cu il 3 iyun–31 oktyabr tarixlərində Odilon Barrot hökumətinin xarici işlər naziri olmaq təklifini qəbul etdi. 1849-cu ilin ixtişaşlı iyun günlərində daxili işlər naziri Jül Düforünü paytaxtdakı mühasirə vəziyyətini yenidən qurmağa çağırdı və nümayişçilərin həbs olunmasını təsdiqlədi. 1848-ci ilin fevralından etibarən siyasi azadlıqları məhdudlaşdıran qanunları dəstəkləyən Tokvil 1849-ci il iyun günlərindən dərhal sonra səsə qoyulan, klub və mətbuat azadlığını məhdudlaşdıran iki qanunu təsdiq etdi.Yozef Epstayn, Aleksis de Tokvil: Demokratiyanın bələdçisi (2006), səhifə 148.

Onun siyasi azadlıqları məhdudlaşdıran qanunları belə fəal şəkildə dəstəkləməsi "Amerikada demokratiya" kitabında azadlıqları müdafiə etməsi ilə təzad təşkil edir. Tokvilin sözlərinə görə, o, nizam-intizamı ciddi siyasi idarəetmənin "olmazsa olmaz"ı kimi qiymətləndirirdi. O, fransız siyasi həyatına inqilabi çaxnaşmaların təsirinə məruz qalmayan, azadlığın artmasına imkan yaradan bir stabillik gətirmək istəyirdi.

1848-ci il prezident seçkilərində Tokvil Napoleon Bonaparta qarşı Kavenyakı dəstəklədi. Bonapartın 2 dekabr 1851-ci il çevrilişinə qarşı çıxan Tokvil çevrilişə qarşı çıxmaq cəhdi ilə Parisin 10-cu bölgəsinə toplaşan və konstitusiyanı pozduğuna görə Napoleonu mühakimə edən deputatlar arasında idi. Vinsensdə saxlanılan, daha sonra sərbəst buraxılan Tokvil Napoleonun İkinci imperiyasına qarşı Burbon restavrasiyasını müdafiə etdi və siyasi həyatına son verib qəsrinə çəkildi.Yozef Epstayn, Aleksis de Tokvil: Demokratiyanın bələdçisi (2006), səhifə 160.

Bioqraf Yozef Epstayn Tokvil haqda belə nəticəyə gəldi: "Tokvil özünü qəsbkar və despot hesab etdiyi bir şəxsə xidmət etməyə heç vaxt məcbur edə bilməzdi. Ürəkdən inandığı siyasi azadlıq uğrunda əlindən gələni etdi, buna ömrünün on üç ilini sərf etdi [….]. Qalan günlərini də mübarizə apararaq keçirərdi, amma işlərini kitabxanalardan, arxivlərdən və öz masasından idarə etdi. Orada "Köhnə rejim və inqilab" əsərinin ilk cızma-qarasını yazmağa başladı. Kitabı ilk dəfə 1856-cı ildə nəşr etdirsə də, ikincisini yarımçıq qoydu."

Ölümü Uzun müddət vərəmdən əziyyət çəkən Tokvil 16 aprel 1859-cu ildə vəfat etmiş və Normandiyadakı Tokvil məzarlığında dəfn edilmişdir.Aleksis de Tokvil, Amerikada demokratiya (2000), səhifə 282–283.

Tokvil Roma katoliki olduğunu bəyan etmişdi.Coşua Kaplan (2005). "Siyasi nəzəriyyə: klassik mətnlər və onların davam edən əlaqəsi" (ing. Joshua Kaplan (2005), "Political Theory: The Classic Texts and their Continuing Relevance") O, dinin həm bərabərliyə, həm də individualizmə uyğun olduğunu, amma siyasətdən ayrı olarsa daha güclü olacağını düşünürdü.

Amerikada demokratiya thumb|right|200px|"Amerikada demokratiya" əsərinin orijinal əlyazmasından bir səhifə Tokvil 1835-ci ildə nəşr olunan "Amerikada demokratiya" əsərində Yeni dünya və onun çiçəklənən demokratik nizamı haqqında yazırdı. Hadisələri bitərəf bir ictimai xadim nöqteyi-nəzərindən müşahidə edən Tokvil 19-cu əsrin əvvəllərində, yəni Bazar inqilabı, Qərbə axın və Cekson demokratiyasının Amerika həyatını radikal şəkildə dəyişdirdiyi bir dövrdə ABŞ-a etdiyi səyahətlərini qeydə aldı.

Coşua Kaplanın fikrincə, "Amerikada demokratiya"nın yazılmasında qarşıya qoyulan məqsədlərdən biri yox olub gedən aristokratik nizam və yeni ortaya çıxan demokratik nizam arasında hansı mövqe tutduqlarını daha yaxşı anlamaları və çaşqınlığı aradan qaldırmaları üçün Fransa xalqına kömək etmək idi. Tokvil demokratiyanı azadlıq və bərabərliyin, eyni zamanda fərd və cəmiyyətə olan yanaşmanın tarazlaşdırıcısı kimi görürdü.

Tokvil azadlığın coşqun tərəfdarı idi. "Azadlığa, qanuna böyük sevgim, hüquqlara böyük hörmətim var" deyə yazmışdı. "Mən nə inqilabi partiyanın, nə də mühafizəkarın tərəfdarıyam. […] Mənim əsas arzum azadlıqdır". O, "Anqlo-amerikalıların sosial dövlətinin siyasi nəticələri" haqda belə yazır: "Lakin insan bəzilərinin ürəyində bərabərliyə qarşı korlanmış meylin olduğunu da görür. Bu, zəiflərdə güclüləri də öz səviyyələrinə endirmək istəyi yaradır və insanları köləlikdəki bərabərliyi azadlıqdakı bərabərsizlikdən üstün tutmağa vadar edir."Aleksis de Tokvil, "Amerikada Demokratiya". I cild, I hissə, III fəsil

Fransızca mətnin əvvəlki tərcümələri çox vaxt yuxarıda yazılanların quldarlıqla bağlı olduğu düşüncəsini yaratsa da, bu, doğru deyil. Yuxarıdakı tərcümə ən son tərcümə olub, 2004-cü ildə Artur Qoldhammer tərəfindən edilmişdir. İnternetdə çox sayda səhv yazılmış sitatlar mövcuddur,Köləlik haqda sitatlar amma onların heç birində "Amerikalıların bərabərlik vurğunu olduğu" yazılmamışdır.