Yurqorden () — İsveç peşəkar futbol klubu. Ölkənin ən yüksək liqası olan Allsvenskanda çıxış edir.
Tarixi Yurqorden 12 mart 1894-cü ildə Stokholmda yaradılmışdır.Andersson, Torbjörn (2002) "Kung fotboll: den svenska fotbollens kulturhistoria från 1800-talets slut till 1950". Klub ilk uğrunu 1902-ci ildə qazanmışdır. Belə ki həmin mövsüm komanda yalnız İsveç çempionatının finalında məğlub olmuşdur. İlk çempionluğuna isə 1912 mövsümündə qovuşmuşdur. Komanda keçən əsrin ikinci onilliyində və 50-ci illərin ikinci yarısı və 60-cı illərində ortalarında İsveçin öndə gedən klublarından biri idi. 1981-ci il mövsümündən Yurqorden aşağı liqaya düşür və uzun müddət əvvəlki gücünü bərpa edə bilmir. Yeni əsrdə yenidən yüksək liqaya qayıdan paytaxt təmsilçisi 2002, 2003, 2005-ci illərdə ən güclü adını qazanır. 2002 və 2005-ci il mövsümlərində Yurqorden həmçinin ölkə kubokunuda əldə edərək "qızıl dubla" imza atır. 2019 sezonunda klub sayca 12-ci çempionluğunu bayram etdi.
Uğurları İsveç çempionatı/Allsvenskan: Çempion (12): 1912, 1915, 1917, 1920, 1955, 1959, 1964, 1966, 2002, 2003, 2005, 2019 İkinci yer (3): 1962, 1967, 2001, 2022 İsveç kuboku: Qalib (5): 1990, 2002, 2004, 2005, 2018. Finalçı (4): 1951, 1975, 1989, 2013. Ümumi: 17 titul
İstinadlar
Kateqoriya:İsveç futbol klubları Kateqoriya:1899-cu ildə yaradılmış futbol klubları