Abirjit Vinayak Banerji (Benqal dili: অভিজিৎ বিনায়ক বন্দ্যোপাধ্যায়); ) — əslən Benqaldan olan Hindistan və amerikalı iqtisadiyyatçı. O, Massaçusets Texnologiya İnstitutunda iqtisadiyyat üzrə professordur. Banerji 2019-cu ildə İqtisadiyyat üzrə Nobel mükafatını Ester Düflo və Maykl Kremerlə bölüşüb. Onlar qlobal yoxsulluğun aradan qaldırılması üzrə təcrübi yanaşmalarına görə bu mükafata layiq görülüblər. Banerji həyat yoldaşı Ester Düflo ilə birlikdə tarixdə Nobel mükafatını qazanan 6-cı cütlük olub.
Banerji iqtisadçı Ester Düflo və Sendhi Mullaynathanla birlikdə Abdul Lətif Cəmil Yoxsulluq Hərəkəti Labaratoriyasının qurucularından biridir. O, həmçinin Yosuluq Hərəkəti üçün Yeniliklərin araşdırmaçı şəriyi və Maliyyə Sistemləri və Yoxsulluq bağlı Konsorsiumun üzvüdür. Bundan əlavə, Banerji Bureau İnkişafın İqtisadi Analizində Araşdırmada prezident, Milli Bureau İqtisadi Araşdırmasının araşdırma köməkçisi, İqtisadi Siyasət Araşdırması Mərkəzinin tədqiqatçı üzvü, Kiyel İnstitutunun beynəlxalq tədqiqat üzvü, Amerika İncəsənət və Elmlər Akademiyası və Ekonometrika Cəmiyyətinin üzvü vəzifələrini icra edir. O, həmçinin Quqqenheym və Alfred P. Sloan Üzvü olmuşdur. O, Yoxsul İqtisadiyyat kitabının müəlliflərindən biridir. Bundan başqa, Banerji Hindistanın texnologiya və elmdə qabaqcıl unviversiteti sayılan Plakşa Universitetinin akademik məsləhət şurasında öz töhfələrini verir. Onun Ester Düflo ilə birlikdə yazdığı yeni kitabı Çətin Vaxtlar üçün Yaxşı İqtisadiyyat kitabı 2019-cu ilin oktyabrında Hindistanda çap edildi.
Həyatı Banerji 21 fevral 1961-ci ildə Hindistanın Mumbay bölgəsində dünyaya gəlib. Atası Dipak Banerji Qərbi Benqalın Kəlküttə bölgəsindəki Prezident Kollecində İqtisadiyyat Şöbəsinin rəhbəri, anası Nirmala Banerji Kəlküttə Humanitar Elmlər üzrə Tədqiqatlar Mərkəzində iqtisadiyyat professoru idi. Atası Dipak Banerji fəlsəfə doktoru ünvanını London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində almışdır.
Orta məktəbi Kəlküttədə bitirdikdən sonra Banerji 1981-ci ildə iqtisadiyyat üzrə bakalvr dərəcəsini tamamladığı Kəlküttə Prezident Kollecinə daxil olmuşdu. Daha sonra o, Dehlinin Cavaharlal Nehru Universitetində 1983-cü ildə iqtisadiyyat üzrə magistratura təhsili almışdır. Burada təhsil alarkən tələbə etirazlarına qoşuduğu üçün həbs edilmiş, ancaq daha sonra sərbəst buraxılmış və tələbələrə qarşı olan ittihamlar geri çəkilmişdi. Bundan sonra o, 1988-ci ildə Harvard Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru ünvanını qazanmışdır. Onun dissertasiya mövzusu "İnformasiya iqtisadiyyatında esseylər" olmuşdur.
Nobel mükafatı Abirjit Banerji 2019-cu ildə Ester Düflo və Maykl Kremerlə birlikdə "qlobal yoxsulluğun aradan qaldırılması üzrə təcrübi yanaşmalarına görə" İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.
İsveç Kral Elmlər Akademiyasındakı press-relizdə belə qeyd edilib: "Onların təcrübi araşdırma metodları indi bütün inkişaf iqtisadiyyatında üstünlük yaradıb"
Nobel komiteti öz şərhində:
Əsərləri Aqhion, Filippi; Banerji, Abirjit (2005). Dəyişkənlik və Böyümə. Oksford; Oxford University Press. Banerji, Abirjit Vinayak; Binabu, Roland; Mukhirji, Dilip, eds. (2006). Yoxsulluğu Anlamaq. Oksford; Nyu York; Oxford University Press. Banerji, Abirjit Vinayak (2005). Yardım İşi Etmək. Kembric: MIT Press. Banerji, Abirjit V.; Düflo, Ester (2011). Yoxsul İqtisadiyyat: Qlobal Yoxsulluq ilə Mübarizədə Radikal Düşüncə. Nyu York; PublicAffairs. Banerji, Abirjit Vinayak; Düflo, Ester (2017). Sahə Təcrübələrinin Kitabçası. 1-ci bölmə. North–Holland Banerji, Abirjit Vinayak; Düflo, Ester (2017). Sahə Təcrübələrinin Kitabçası. 2-ci bölmə. North–Holland Banerji, Abirjit Vinayak (2019). Yoxsulluq Düzəlişlərinin Qısa Tarixi. Juggernaut Books. Banerji, Abirjit V.; Düflo, Ester (2019). Çətin Vaxtlar üçün Yaxşı İqtisadiyyat. PublicAffairs.
Həmçinin bax Amartya Sen
İstinadlar
Xarici keçidlər Abhijit Banerjee's Home Page MIT Short Bio Poverty Action Lab New York Times article about work Innovations for Poverty Action Consortium on Financial Systems and Poverty
Kateqoriya:ABŞ iqtisadçıları Kateqoriya:İqtisadiyyat üzrə Nobel mükafatı laureatları Kateqoriya:XXI əsr ABŞ yazıçıları Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:Marathi xalqı