Naxçıvanlı (əvvəlki adı: Naxçıvanik) — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd.

Naxçıvanlı kəndi dağətəyi ərazidədir.

Oykonim "Naxçıvandan gələnlər" mənasındadır.

Tarixi Yaşayış məntəqəsini vaxtilə Naxçıvandan köçüb gəlmiş ailələr salmışdılar.

Kəndin adı XVIII əsrin ortalarına aid mənbədə Yuxarı Qarabağın Çelabert nahiyəsində Naxçıvanik kimidir.B.Budaqov, Q.Qeybullayev Yuxarı Qarabağın Toponimləri Bakı-2005

XX əsrin əvvəllərində bu kənd uğrunda erməni yaraqlıları ilə Azərbaycan Xalq Cumhuriyyətinin Silahlı Qüvvələri arasında hırbui toqquşmalar olmuşdur.

Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Naxçıvanik kəndi Naxçıvanlı kəndi adlandırılmışdır.

1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub.

İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Naxçıvanlı kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətində olub, 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.

Əhalisi 2005-ci ildə Dağlıq Qarabağda qondarma rejim tərəfindən keçirilən əhalinin siyahıyaalmasına əsasən, Naxçıvanlı kəndinin əhalisinin sayı 211 nəfər kimi göstərilib.İnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali - səh. 3

İstinadlar

Kateqoriya:Xocalı rayonunun kəndləri