Alessandro Heinrich Rütten ( 4 oktyabr 1996, Haynsberq, Şimali Reyn-Vestfaliya, Almaniya) və ya səhnə adı ilə Sandro Nikolas — Amerikan-Yunan əsilli Almaniya müğənnisi. O, Kipri Rotterdamda keçirilən 2020 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək.

Həyatı və musiqi karyerası Sandro Nikolas 1996-cı ilin oktyabr ayında Almaniyada dünyaya gəlmişdir. Onun atası milliyətcə amerikan, anası isə yunandır. O, alman, ingilis və yunan dilində səlis danışa bilir. Kiçik yaşlarından gitarada ifa etməyi öyrənən Sandro 15 yaşından mahnı bəstələməyə başlamışdır.

2018-ci ildə gənc ifaçı Almaniyanın The Voice səs yarışmasında iştirak edərək, yarımfinal mərhələsinədək yüksələ bilmişdir. 2019-cu ildə isə o Soçidə keçirilən Yeni Dalğa musiqi festivalında Amerika Birləşmiş Ştatlarını təmsil etmişdir. İfaçı Sandro Nikolas psevdonimi ilə ilk dəfə həmin festivalda çıxış etmişdir.

2019-cu ilin noyabr ayında Kiprin CyBC telekanalı Sandronun Kipri Niderlandın Rotterdam şəhərində keçirilən 2020 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini təsdiqləmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Almaniyada doğulanlar Kateqoriya:Yunanıstan müğənniləri Kateqoriya:Almaniya müğənniləri Kateqoriya:Kipr müğənniləri Kateqoriya:2020 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Kiprin "Avroviziya" təmsilçiləri