Xayrpur (dairə) (urdu dilindəː ضلع خیرپور‎, ingilis dilindəː Khairpur District) — Pakistanın Sind əyalətinin 23 dairəsindən biri. İnzibati mərkəzi - Xayrpur şəhəri.

Coğrafiyası Xayrpur dairəsi mərkəzi və şimali Sind arasında yerləşir. Ərazisi 15 910 km²-dir. Şimalda Şikarpur və Sukkur dairələri ilə, qərbdə Larkan və Nouşəhre Feruz, cənubda Nəvvabşah və Sanqxar, şimalda isə Hindistan hüdudları ilə həmsərhəddir. Dairənin mərkəzi Xayrpur sənaye şəhəridir. Bu şəhərdə pambıq, ipək və qida məhsullarının istehsalında müəyyən inkişafa nail olunmuşdu. Şəhərdə həmçinin dəridən müxtəlif məhsullar, ipəkdən geyimlər, kibritlər, sabun, ayaqqabı, siqaretlər və xalçalar istehsal edilir. Bu şəhər Pakistanın cənubi mərkəzi hissəsində, Hind çayından 11 mil aralıda, 18 km cənub istiqamətdə yerləşir. Xayrpur şəhəri Peşəvər, Kəraçi və Sukkurla dəmiryolu xətti ilə bağlıdır. Şəhərin əsası 1783-cü ildə Mir Söhrab Xan tərəfindən qoyulub. O Talpur ailəsinin Xaypur qolunun əsasını qoymuşdur. 1947-ci ildə Pakistanın yaranmasından sonra şəhər sənaye üzrə inkişaf yoluna qədəm qoymuşdur. Şəhərdə parklar, mir sarayı, xəstəxana, kitabxana və stadion mövcuddur.

Demoqrafiyası 2017-ci il əhali siyahıyaalnmasının məlumatlarına görə, Xayrpur əyaləti Kəraçi şəhərinin 4 dairəsindən sonra əhali sayının çoxluğuna görə əyalətdə 5-ci yeri tutur. Əhali sayı 2.4 milyon nəfərdir. Bu əhalinin 32.3̬%-i şəhər əhalisidir.

Dillərː Xayrpur dairəsində əsasən sind dili, qismən də pəncab, urdu, bəluc və digər dillər yayılmışdır. dairə üzrə istifadə edilən dillərin faiz nisbəti aşağıdakı kimidirː

Sind dili: 93.9%

Pəncab dili: 3.2%

Urdu dili: 1.4%

Bəluc dili: 0.70%

Digər dillər: 0.92%1998 District census report of Khairpur. Census publication. 86. Islamabad: Population Census Organization, Statistics Division, Government of Pakistan. 2000.

Dinlərː Xayrpur dairəsində əsasən İslam dini geniş yayılmışdır. Bununla belə İslam dini ilə yanaşı Hinduizm, xirsitanlıq dinləri, əhmədiyyə dinləri də yayılmışdır. Qeyd etmək lazımdır ki, Əhmədiyyə bəzilərinə görə təriqət, bəzilərinə görə də müstəqil din hesab edilir. Müxtəlif dinlər üzrə Xayrpur dairəsində faiz nisbəti aşağıdakı kimidirː

İslam: 96.86%

Hinduizm: 2.93%

Xristianlıq: 0.09%

Əhmədiyyə: 0.07%

Digər dillər: 0.04%

Savadlılıq səviyyəsiː 2000-2001-ci illərdə Xayrpur dairəsində 3040 ibtidai və məscid məktəbləri qeydə alınmışdır. Bu məktəblərin 1085-i oğlanlar üçün hökumət ibtidai məktəbi, 310-u qızlar üçün, 670-i isə birgə təhsil almaq üçün nəzərdə tutulmuş təhsil müəssisləri idi.

savadlı: 90%

savadsız: 10%

İnzibati quruluşu Dairənin mərkəzi Xayrpur şəhəridir. Xayrpur 8 taluka, 76 birlik şurası, 11 şəhər, 6800 kənddən ibarət olub 1998-ci ilin siyahıyaalınmasına görə 810448 nəfəri kişi, 736139 nəfəri qadın olmaqla 1546587 nəfər əhalisi var idi.

8 taluka və yaxud da təhsil aşağıdakılardırː

Faiz Qunj talukası Qambat talukası Xayrpur talukası Kinqri talukası Kot Dici talukası Nara talukası Sobho Dero talukası Tari Mir Va talukası

Birlik şuralarıː

BŞ №1 Tandu Masti BŞ №2 Çan pur BŞ №3 Maçyun BŞ №4 Hacna Şah BŞ №5 Şadi Şaheed BŞ №6 Buqro BŞ №7 Qujo BŞ №8 Şah Ladani BŞ №9 Mehr Ali BŞ №10 Peer Manqion BŞ №11 Şah Bhanqio BŞ №12 Ubhri BŞ №13 Nur Pur BŞ №14 Peer Badal BŞ №15 Hadal Şah BŞ №16 SadarJi Bhatyoon]] BŞ №17 Manghanwari BŞ №18 Rahooja Meer BŞ №19 Mohial BŞ №20 Kot Meer Muhammad BŞ №21 Ulra BŞ №22 Wada Mahesar BŞ №23 Drib Mehar Şah BŞ №24 Kolab Jial BŞ №25 Laal Bəxş Kandhro BŞ №26 Bhonbhatpur BŞ №27 Peer Hayat Şah BŞ №28 Sami BŞ №29 Mera BŞ №30 Madd BŞ №31 Sagyoon BŞ №32 Haji Abdul Kareem Xaral BŞ №33 Sitharja Bala BŞ №34 Gadeji BŞ №35 Rasool Abad BŞ №36 Daraza Sharif BŞ №37 Kamal Dero BŞ №38 Xemtia BŞ №39 Jado wahan BŞ №40 Belharo BŞ №41 Ali Muhammad Xan Sarohi abad / Village Ali Baxş Sarohi BŞ №42 Razi Dero Kacho BŞ №43 Munawarabad BŞ №44 Ripri BŞ №45 Şaheed Naseem Ahmed Xaral / Xaralabad BŞ №46 Raheem Bəxş BŞ №47 Jiskani BŞ №48 Fateh Pur BŞ №49 Jhando Maşaix BŞ №50 Ali Muhammad Maçi BŞ №51 Talpur Wada BŞ №52 Baphu BŞ №53 Nasir Fakir BŞ №54 Ustad Atta Muhammad Hami BŞ №55 Muhabat wah BŞ №56 Layari (HussainAbad) BŞ №57 Goondariro BŞ №58 Sohu BŞ №59 Hindyari BŞ №60 Jaffar Xan Jalalani BŞ №61 Saniso BŞ №62 Mandan BŞ №63 Tarko BŞ №64 Xarirah BŞ №65 Baqi Xan BŞ №66 Mehar Veesar BŞ №67 Deparja BŞ №68 Talee BŞ №69 Sabar Rind BŞ №70 Moosan Şah BŞ №71 Peer Budhro BŞ №72 Akri BŞ №73 Xuşxail BŞ №74 Kandiyari BŞ №75 Karam Xan Kubar / Rajper BŞ №76 Bhangu Behan BŞ №77 Razaabad BŞ №78 Kot Lalu BŞ №79 Punhal Rajper BŞ №80 Umman Rajper BŞ №81 Peer Abdul Qadir Şah BŞ №82 Kot Jubo BŞ №83 Dodo Faqeer Aradin BŞ №84 Xenvari BŞ №85 Tajjal Şareef BŞ №86 Sikandarabad

Xayrpur dairəsindən olanlar

Pir Pagaro - Pakistan Müsəlman Liqasının rəhbəri Saçal Sarmast - XVIII əsr sufi şairi Qaim Ali Şah - Sind əyalətinin sabiq baş naziri Qous Ali Şah - Pakistanın sabiq müdafiə naziri və Sind əyalətinin sabiq baş naziri

İstinadlar

Kateqoriya:Pakistan coğrafiyası