Tənzimat (, — "tənzimləmə", "yoluna qoyma") — İlk Osmanlı Konstitusiyasının qəbul edildiyi 1876-cı ilə qədər, 1839-cu ildən Osmanlı İmperiyasında modernləşmə islahatlarının ədəbiyyatda qəbul edilmiş adı (və onların həyata keçirilməsi dövrü)Cleveland, William L & Martin Bunton, A History of the Modern Middle East: 4th Edition, Westview Press: 2009, p. 82.. İslahatların təməl prinsipləri taxta çıxdıqdan sonra Sultan Əbdül-Məcid tərəfindən 1839-cu il noyabrın 3-də nəşr olunan "Gülxanə xətt-i Şərif"də təsbit edilmişdir. Əvvəlki islahatlardan fərqli olaraq Tanzimatda əsas yeri hərbi deyil, sosial-iqtisadi dəyişikliklər tuturdu. İslahat təşəbbüsü, "Gülxanə xətt-i Şərifin" müəllifi olan Mustafa Rəşid paşa rəhbərliyi ilə mütərəqqi bir bürokratiya qrupuna aid idi. O, bir neçə il İngiltərə və Fransada səfir, sonra isə Xarici İşlər Naziri postunu tutmuşdur. Onun rəhbərliyi ilə mərkəzi hakimiyyəti gücləndirmək, Balkanlarda azadlıq hərəkatının qarşısını almaq və mövcud sistemi Qərbi Avropa həyatının normalarına uyğunlaşdıraraq ölkənin Avropa güclərindən asılılığını zəiflətmək üçün yeni islahatlar planı hazırlanmışdırNTV Tarih history magazine, issue of July 2011. "Sultan Abdülmecid: İlklerin Padişahı", pages 46–50. (Turkish).

İslahatdan əvvəlki tarix və onu doğuran əsas şərtlər XIX əsrin I yarısında ölkədə xarici kapitalın ağalığı türk ticarət və sənaye burjuaziyasını çox pis bir vəziyyətə salmışdı. Xarici kapitalistlər öz iqtisadi üstünlüyü və kapitulyasiya hüquqlarından istifadə edərək hazır sənaye məhsullarının idxalını və kənd təsərrüfatı məhsullarının ixracını öz əllərində cəmləşdirmişdilər. Osmanlının kapitalist dövlətlərinin xammal bazasına çevrilməsi prosesi güclənirdi. Osmanlının iqtisadiyyatı getdikcə daha çox birtərəfli şəkildə inkişaf edirdi. Beləliklə, XIX əsrin 30–50-ci illərində Osmanlının həm siyasi, həm iqtisadi cəhətdən Avropanın iri dövlətlərinin, başlıca olaraq İngiltərə və Fransanın müstəmləkəsinə çevrilməsi üçün zəmin yaranmışdı. Osmanlı dövlətinin geriliyini başa düşən mütərəqqi qüvvələr islahatların keçirilməsini istəyirdilər. Onlar bu yolla Avropa dövlətlərinin Osmanlı dövlətinin daxili işlərinə qarışmasının qarşısını almaq, daxili böhranı zəiflətmək niyyətində idilər. Həmçinin Balkan və Yaxın Şərqə iddiası olan böyük dövlətlər hər an Osmanlının zəifləməsini gözləyirdilər. Üstəlik ucqarlarda olan yerli feodallarda sseparatizmə meyil edirdilər. Eyni zamanda, imperiyada siyasi böhranda davam edirdi və bu böhranın ən parlaq təzahürü XIX əsrin 20–30-cu illərində oldu. Müasir Balkanların bir hissəsini və Yunanıstan ərazilərini itirən Osmanlı Misir və kürd tayfalarının çıxışlarını güclə yatırdı. 250px|thumb|left|Xoca Mustafa Rəşid Paşa Artıq XIX əsrin birinci yarısında, xüsusən Avropadakı sənaye inqilabının başa çatmasından sonra həm Asiya, həm də Avropa ölkələrində şəhər sənətkarlığının fəaliyyət göstərməsi üçün şərait kəskin şəkildə pisləşdi. Bir çox sənətkar sex və müəssisələri bazara daha ucuz və keyfiyyətli Avropa malları girməsi səbəbindən iflasa uğradı. Anadoluda ən inkişaf etmiş istehsal sahələri — pambıq, parça, ipək, metal emal mərkəzləri — Bursa, Ankara, Diyarbəkir, Amasya, Tokat xüsusilə bunun ağır nəticələrini hiss etdi. Belə ki, XIX əsrin ilk 40 ilində Bursa və Diyarbəkirdə parça istehsalı 10 dəfə azaldı. Əsas ixrac olunan malların istehsalı kəskin şəkildə azaldı: ipək parçalar, yun, işlənməmiş dəri, yağlı bitkilər, təbii boyalar, zeytun yağı, tütün, taxıl, qoz-fındıq, həmçinin tiryək. 250px|thumb|right|Mehmet Əmin Əli Paşa Rus səyyahı M. P. Vronçenko XIX əsrin 30-cu illərində Kiçik Asiyanın iqtisadi vəziyyətini diqqətlə araşdıraraq qeyd edirdi ki, Ankaradakı yun əyirmə cihazlarının sayı 2000-dən 100-ə qədər azalmışdır. Çünki Avropanın istehsalı olan Anqora yun məhsullarının dəyəri xeyli ucuz başa gəlirdi. Bu sahələrin böhrana düşməsi kənd təsərrüfatına da təsir göstərirdi. Düzdü kənd təsərrüfatı malları rəqabətə davamlı idi, lakin əsas ixrac məhsullarının istehsalının azalması onu da böhrana sürükləyirdi. Əhalinin 90%-nin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq bunun necə acı nəticələr doğurduğunun şahidi olarıq.

Bütün bu səbəblərdən dolayı Sultan II Mahmud hakimiyyətinin son illərində islahatlar keçirməyə başladı, belə ki o, imperiyanın ciddi bir islahata ehtiyacı olduğunu yaxşı anlayırdı. Sultan Rumeli və Anadolu feodallarının separatizminə qarşı mübarizə aparırdı. 1822-ci ildə Yanin paşası Əli paşanın müqavimətini qırdıqdan sonra Avropa və Kiçik Asiyadakı ayan və dərəbəylərin özbaşınalığına son qoyuldu (Qaraosmanoğlu, Çapanoğlu). Bu islahatlar arasında hərbi-len sisteminin ləğv edilməsi mühüm yer tuturdu. 1834-cü ildə sultan hərbi-len sistemini ləğv etdi. Len sahiblərinin ixtiyarında bu vaxtadək qalmış olan timar və ziyamətlər alınıb, dövlət torpaq fonduna qatıldı. Len sahibliyi hüququ haqqında sultandan fərmanı alanlara, alınan torpaq əvəzində dövlət qiymətilə pul təyin edildi. Qalan len sahiblərinin torpaqları pulsuz alındı. Alınan torpaqlar, çoxdan bəri bu yerləri becərən kəndlilərin istifadəsində saxlanıldı. Əvvəlki hərbi-len torpaqlarında çalışan kəndlilər, torpaqdan istifadəyə görə dövlətə vergi verməli idilər. Bu halda, kəndlilər həmin torpaqların sahibkarları deyil, ömürlük istifadə üçün torpağa sahib olmuş kəndli kimi qəbul olunurdular. Müsadirə edilən boş yerlərin xeyli hissəsi isə satışa buraxıldı və şəhər varlıları, sultan məmurları tərəfindən dəyər-dəyməzinə pulla alındı. Bu islahat, feodal münasibətlərinin yarımfeodal əlaqələrlə əvəz olunmasına səbəb oldu ki, bu da kənd təsərrüfatının inkişafı üçün bəzi imkanlar yaratdı. Lakin bu islahat da axıra kimi davam etdirilmədi. Hərbi-len sistemi dövründəki yardarlıq sistemi islahatdan sonra da qalırdı. Əvvəlki kimi kapitalist inkişafına mane olan bir faktor qalmaqda idi ki, bu da şəxsi mülkiyyətin təmin olunmaması idi.

Hərbi-len sisteminin ləğv edilməsi inzibati sahədə də islahatlar keçirilməsinə səbəb oldu, çünki Osmanlı imperiyasında inzibati quruluşun əsasını da hərbi-len sistemi təşkil edirdi. 1834-cü ildə yeni inzibati islahata görə bütün ölkə ərazi əlaməti əsasında vilayətlərə və sancaqlara (mahallara) bölündü.

Başqa islahatlar içərisində, 1836-cı ildə gömrük sisteminin vahid şəklə salınmasını, taxıl və yun satın almaq sahəsində dövlət inhisarının 1838-ci ildə ləğv edilməsini, 1836–1837-ci illərdə Xarici işlər, Daxili işlər, Maliyyə Nazirliklərinin, Hərbi Nazirliyin yaradılmasını, Paris, Vyana, London və Berlində səfirliklərin açılmasını da göstərmək olar. 1826-cı ildə İstanbulda hərbi-tibb məktəbi açıldı. 1832-ci ildə isə türk dilində ilk qəzet "Təqvimi-vəqai"(Hadisələrin gündəliyi) nəşr edildihttps://turksunas.wordpress.com/2016/11/11/t%C9%99nzimatin-i-dovru-1839-1853/https://turksunas.wordpress.com/2016/11/11/t%C9%99nzimatin-i-dovru-1839-1853/.

Hətta məmurların zahiri görünüşünü müəyyən edən fərmanlar verildi. Şəhər əhalisinin xarici görünüşündə də Avropa təsiri özünü göstərməyə başlayır.

Yeni etapda islahatlar keçirilməsinin əsas təşəbbüskarı XIX əsrin I yarısında Türkiyənin böyük dövlət xadimi Mustafa Rəşid Paşa idi.1834-cü ilin iyununda o, Türkiyənin elçisi kimi Parisə göndərildi. 1836-cı ildə o, Londona səfir təyin edildi.

Baş vəzirin səlahiyyətlərinin azaldılması və onun işlərinin nazirlərə paylanılması sarayın qüvvətlənməsi ilə nəticələndi. Əhalinin siyahıya alınması aparıldı, təhsil sahəsində ciddi qərarlar qəbul olundu, hərbi məktəblər açıldı.

1837-ci ilin iyununda Mustafa Rəşid bəy xarici işlər naziri təyin olundu və paşa titulu aldı. Londondan İstanbula qayıdan Mustafa Rəşid Paşa belə fikirdə idi ki, yalnız Türkiyəni Qərbi Avropa həyat normalarına yaxınlaşdıran islahatlar, uzunsürən iqtisadi və siyasi böhranın öhdəsindən gəlməyə imkan verər, Avropa ölkələrində Türkiyənin avtoritetini qaldırar. II Mahmudun razılığını alan Rəşid paşa islahatlar haqqında fərmanın hazırlanmasına başladı. İslahatların hazırlanması ilə 1838-ci ildə yaranmış xüsusi islahatlar üzrə şura İctimai Faydalı İşlər Şurası məşğul olurdu. Lakin II Mahmud islahatlarını tamamlaya bilmədi, o, 1839-cu ildə vəfat etdi və hakimiyyətə Mahmudun böyük oğlu Əbdül-Məcid gəldi. Əbdül Məcid hakimiyyətə gəldikdən sonra islahatlar haqqında qərar yerinə yetirilmədi. Tezliklə Rəşid paşa Əbdül Məcidin razılığı ilə islahatlar layihəsi üzərində işini davam etdirdi. 4 ay sonra xətti -şərif layihəsi artıq hazır idi.

İslahatların gedişi Tarixşünaslıqda bu islahatlar şərti olaraq iki dövrə bölünür: Birinci dövr – 1839–1853-cü illər, yəni Krım müharibəsi başlamazdan əvvəl. İkinci dövr – 1856-cı ildən 1876-cı ilədək, yəni müharibənin sonundan 1876-cı ildə konstitusiyanın qəbul edilməsinə qədər.

Gülxanə xətt-i Şərifi 1839-cu ildə hakimiyyətə gələn Sultan Əbdül-Məcid Türkiyə tarixində tənzimat padşahı kimi tanınır. Belə ki, 1839-cu il noyabrın 3-də Musatafa Rəşid Paşanın komissiyası tərəfindən sultanın ali fərmanı elan edildi. Bu fərman Gülxana sarayında oxunduğu üçün "Gülxana fərmanı" adlandı. Fərmanda Osmanlı imperiyasının əhalisinin həyat, şərəf və əmlak təhlükəsizliyinin təmini elan edilirdi. "Gülxana fərmanı" xristian xalqların hüququnu daha da genişləndirdi. Tənzimat dövründə xristian təbəələr dövlətə qarşı fəaliyyətlərini daha da gücləndirdilər. İkinci ən vacib məsələ vergi məsələsi idi. Vergi hər kəsin bacarığına görə müəyyən edilməli və bundan artıq alınmamamlı idi. 1840-cı ildə vergi toplanması tamamilə qaydaya salındı. Belə ki, vergi toplama işi valilərin və mültəzimlərin əlindən alınaraq maaşlı xüsusi maliyyə məmurlarının əlinə keçdi. Valilər isə yalnız asayiş və hərbi işlərlə məşğul olmalı idilər. Toplanan pullar birbaşa xəzinəyə təhvil verilməli idi. İltizam sistemi ləğv edildi. Orduya çağırış qaydaya salınmalı idi. Hərbi xidmət müddəti azaldılmalı idi. Dini etiqadından asılı olmayaraq imperiyada yaşayan bütün zümrələr hüquq və vəzifə cəhətdən tam bərabər elan edildi. Bu islahatlar bir tərəfdən Sultan Mahmud islahatlarının davamı, digər tərəfdən isə yeni islahatların başlanğıcını qoydu. Türkiyə tarixşünaslığında buna "tənzimati xeyriyyə" deyilir. 1843-cü ildə verilən yeni islahatla ordunun yeni quruluşu müəyyən edildi. Orduda xidmət müddəti 15 ildən 5 ilə endirildi. Hüquq sahəsində də islahatlar keçirildi. 1840-cı ildə cəza qanunnaməsi çıxdı. Hüquq sahəsində aparılan islahatlarda əsasən fransız hüququndan bəhrələnmişdilər. Bütün osmanlıların qanun qarşısında bərabər olması vurğulanırdı. "Tənzimati-xeyriyyə" Mustafa Rəşid Paşa tərəfindən hazırlanmışdı. O, mütərəqqi fikirli bir şəxs idi, lakin çox təəssüf ki, fərmandan qısa bir müddət sonra paşa vəzifədən kənarlaşdırıldı. Çünki onunla eyni ideya və məqsəddə olan adamlar çox az idi. "Tənzimati-xeyriyyə" demək olar ki, İstanbulda yerləşən bütün xarici ölkə səfirliklərinə göndərilmişdi. Bütün məhdud cəhətlərinə və tam tətbiq olunmamasına baxmayaraq bu islahatlar burjua səciyyəsi daşıyırdı, birbaşa ölkənin inkişafına xidmət edirdi.

1848-ci ildə Rəşid paşanın təşəbbüsü ilə İmperiya bankı yaradıldı, lakin uzunömürlü olmadı. 1850-ci ildə fransız ticarət məcəlləsi nümunəsində türk ticarət qanun məcəlləsi qəbul edildi. 250px|thumb|right|Xətti-Şərif "Gülxanə xətt-i Şərifi"n davamı olaraq 1864-cü ildə vilayətlər haqqında qanun, 1858-ci ildə — cinayət və torpaq, 1869-cu ildə — mülki məcəllələr (baxmayaraq ki, bunlar əsasən köhnə şəriət normalarının toplusu idi) qəbul edildi. 1858-ci ildə iqta sisteminin ləğvindən sonra inkişaf edən torpaq münasibətlərinı özündə əks etdirən torpaq qanunu qəbul edildi. Torpaqların böyük əksəriyyəti dövlətə məxsus idi və ya vəqf torpaqları adlanırdı. Belə torpaqlar əsasən icarəyə verilirdi. Onlar nə satıla, nə girov qoyula, nə də bağışlana bilərdi. Belə torpaqların varisliyi də məhdud şəkildə idi. Osmanlı dövlətində torpaq mülkiyyəti aşağıdakı kimi idi: Miri — dövlət. Buraya ölkənin əsas torpaqları daxil idi. Bu torpaqlar dövlət mülkiyyəti sayılırdı. Mulk — "şəxsi mülkiyyət." Bunlar şərtsiz feodalllara məxsus torpaq mülkiyyəti idi.