Viktoriya Georgiyeva (; ) — Bolqarıstan müğənnisi və bəstəkarı. 25 noyabr 2019-cu il tarixində Bolqarıstanın BNT telekanalı Viktoriyanın ölkəni Rotterdamda keçirilən 2020 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini açıqlamışdır.

Həyatı və musiqi karyerası Viktoriya Georgiyeva 11 yaşından oxumağa başlamışdır. Bir müddət sonra o "Angel Voices" vokal studiyasında müəlliməsi Atanaska Lipçevadan dərs almağa başlamışdır. Georgiyeva Bolqarıstanın X Factor yarışmasının dinləmələrinə qatılmış, lakin az yaşlı olması səbəbindən ilkin mərhələni adlaya bilməmişdir.

2015-ci ildə o X Factor yarışmasına qatılmağa nail olmuşdur. Viktoriya yarışmanın 9-cu həftəsində şounu tərk etmişdir. X Factor-da qələbə qazana bilmədiyi halda Viktoriya Virginia Records albom şirkəti tərəfindən təklif almış, lakin ifaçı təklifdən imtina etmişdir. 2016-cı ildə isə o Monte Music şitkəti ilə müqavilə imzalamışdır. Həmin ilin iyun ayında Viktoriyanın debüt sinqlı "Nishto Sluchayno" təqdim olunmuşdur.

25 noyabr 2019-cu il tarixində Bolqarıstanın BNT telekanalı Viktoriyanın ölkəni Rotterdamda keçirilən 2020 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini açıqlamışdır.

Diskoqrafiya

Sinqllar Mahnı adı İl "Nishto Sluchayno" (Niki Bakalov və VenZy) 2016 "Nezavurshen roman" "Chast ot men" 2017 "Stranni vremena" 2018 "I Wanna Know" 2019

İstinadlar

Xarici keçidlər Kateqoriya:Bolqarıstanda doğulanlar Kateqoriya:Bolqarıstan müğənniləri Kateqoriya:2020 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Bolqarıstanın "Avroviziya" təmsilçiləri