350px|right|thumb|(soldan sağa) Roald Amundsen, Helmer Hanssen, Sverre Hassel və Oskar Vistinq 1911-ci il 16 dekabrda Cənub qütbü üzərində tikilən "Polheym" çadırı qarşısında. Ən üstdə Norveç bayrağı, altında isə Framın bayrağı asılıb. Şəkil Olav Byaland tərəfindən çəkilib.
Amundsenin Cənub qütbünə ekspedisiyası () — Coğrafi Cənub qütbünü fəth edən ilk ekspedisiyaya norveçli tədqiqatçı Roald Amundsen rəhbərlik etmişdir. 14 dekabr 1911-ci ildə o və dörd nəfər Terra Nova Ekspedisiyasının bir hissəsi sayılan, Robert Falkon Skottun başçılıq etdiyi ingilis səyahət dəstəsindən beş həftə əvvəl Cənub qütbünə çatmışdı. Amundsen və komandası öz bazalarına təhlükəsiz şəkildə qayıtdılar, ancaq sonra Skott və dörd yoldaşının geri dönüş yolunda öldüyü xəbərini eşitdilər.
Amundsenin ilkin planları Arktikaya və ətraflı buzlarla örtülmüş gəmisiylə Şimal qütbünün fəthinə yönəlmişdi. O, bunun üçün Frityof Nansenin Fram qütb kəşfiyyat gəmisindən istifadə etməyə qərar verdi və tədqiqatın maliyyələşdirilməsi üçün də maddi dəstək axtarmağa başladı. Ancaq 1909-cu ildə Amundsenin rəqibi olan amerikalı səyyahlar Frederik Kuk və Robert Pirinin hər biri Şimal qütbünə çatdıqlarını iddia etdikləri zaman bu ekspedisiyaya hazırlıqlar dayandırıldı. Amundsen daha sonra planını dəyişdirdi və cənubi qütbünün fəthinə hazırlaşmağa başladı; ictimaiyyətin və tərəfdarlarının ona nə dərəcədə dəstək verəcəyinə dair qeyri-müəyyənlik səbəbiylə o, yenidən planlaşdırılmış bu sirri heç kimə açmadı. O, 1910-cu ilin iyun ayında yola çıxdıqda hətta ekipajını da hədəflərinin Arktika olduğuna inandırmış, yalnız Framın son dayanacaq limanı olan Madeyranı tərk edərkən əsl istiqamətlərinin Antarktika olduğunu etiraf etmişdi.
Amundsen "Framheym" adlandırdığı öz Antarktika bazasını Böyük Buz səddindəki Balina buxtasında inşa edir. Bir neçə aylıq hazırlıq, yük daşıma və az qalsın fəlakətlə bitəcək yanlış bir başlanğıcdan sonra o, öz dəstəsi ilə birlikdə 1911-ci ilin oktyabrında qütb üçün yola çıxdı. Səyahət zamanı dəstə onlara qütb platosuna və nəticədə Cənub qütbünə gedən yolları tapmağa kömək edən Aksel Heyberq buzlağını kəşf etdilər. Səyahət qrupunun xizəklərdən və xizək itlərindən düzgün istifadə etməsi onlara sürətli və nisbətən problemsiz səyahət etməyə kömək etdi. Ekspedisiyanın digər uğurlarına VII Eduard yarımadasının ilk dəfə tədqiq edilməsi və geniş okeanoqrafik kruiz də daxil idi.
Ekspedisiyanın uğuru böyük alqışlarla qarşılanmışdı, baxmayaraq ki, Skottun epik uğursuzluq hekayəsi Birləşmiş Krallıqdakı nailiyyətinə kölgə saldı. Amundsenin həqiqi planlarını son ana qədər gizli saxlamaq qərarı bəziləri tərəfindən tənqid edildi. Son qütb tarixçiləri Amundsen dəstəsinin bacarıq və cəsarətini hər tərəfli qəbul etdilər; bunun nəticəsidir ki, qütbdə yerləşən daimi elmi bazaya Skottla birlikdə onun adı verilmişdi.
Arxa plan left|150px|thumb|1903–06 Amundsen və ekipajının 1903–1906-cı illərdə Şimal-Qərb keçidini fəth etdiyi Gjøa yelkənli gəmisi Atası gəmi sahibi olan Amundsen 1872-ci ildə Norveçin paytaxtı Kristianiyadan (indiki Oslo) 80 km aralıqda yerləşən Fredrikstadda dünyaya göz açmışdır. 1893-cü ildə Kristianiya Universitetindəki tibb təhsilini yarımçıq qoymuş və Arktikaya səyahət üçün suiti ovlayan Maqdalena gəmisinə dənizçi olaraq yazılmışdı. Bir neçə uzaq məsafəli dəniz səyahətindən sonra o, ikinci kapitan köməkçisi seçildi, dənizdə olmadığı müddətdə Norveçin Hardangervidda platosunun sərt mühitində krossover kimi bacarıqlarını inkişaf etdirdi. 1896-cı ildə, həmyerlisi Frityof Nansenin qütb səyahətlərindən ilhamlanan Amundsen Belçika Antarktida Ekspedisiyasına, Adriyan de Gerlaçın rəhbərliyi altında Belçika gəmisinə kapitan köməkçisi kimi qoşuldu. 1898-ci ilin əvvəlində gəmi Bellinshauzen dənizində üzən iri buz qayalarına ilişdi və demək olar ki, bir ilə yaxın burada hərəkətsiz qaldı. Beləliklə, ekspedisiya istəmədən də olsa ilk dəfə Antarktika sularında tam bir qışı keçirərək ekipaj arasında sinqa xəstəliyi, aclıq, dəlilik və depresiya ilə müşayiət olunan bir dövrdən keçdi. Amundsen soyuqqanlılığını qorudu, hər şeyi qeyd etdi və qütb kəşfiyyat texnikasının, xüsusən köməkçi geyimlər, geyim və qidalanmanın bütün aspektlərində alınan bir təlim kimi bu təcrübədən gələcəkdə istifadə etdi.
Belçikanın səyahəti Antarktika Kəşfiyyatının Qəhrəmanlıq dövrü olaraq bilinən dövrün başlanğıcı olaraq qəbul edilir. Bu səyahət İngiltərə, İsveç, Almaniya və Fransa kimi ölkələrin də ekspedisiyalara başlamağına səbəb oldu. Ancaq 1899-cu ildə Norveçə qayıdarkən Amundsen diqqətini şimala çevirdi. Ekspedisiya aparmaq bacarığına inamla, o, şimal Kanada adalarının labirintləri vasitəsi ilə Atlantikdən Sakit okeana gedən, o vaxta qədər kəşf edilməyən dəniz marşrut yolu Şimal-Qərb keçidinə səyahət planlaşdırdı. Kapitanının razılığını aldıqdan sonra Amundsen Arktika səyahəti üçün nəzərdə tutduğu, Gjøa adındakı yelkənli gəmidən istifadə etmə haqqını aldı. O, İsveç və Norveç Kralı Oskarın himayəsini, Nansenin dəstəyini və altı nəfərlik bir heyət ilə 1903-cü ilin iyununda yola salınması üçün kifayət qədər maliyyə dəstəyini təmin etdi. Səyahət 1906-cı ilə qədər davam etdi və tamamilə uğurlu oldu; əsrlər boyu dənizçilərini məğlub edən Şimal-Qərb keçidi nəhayət fəth edildi. 34 yaşında Amundsen qütb tədqiqatçıları içərisində birinci dərəcəli milli qəhrəman oldu.
1906-cı ilin noyabrında amerikalı Robert Piri Şimal qütbü üçün son müvəffəqiyyətsiz tədqiqatından qayıtdı və 87 ° 6′-ni yeni ən şimal nöqtə olduğunu iddia etdi – hansı ki, bu rekord sonrakı tarixçilər tərəfindən mübahisələrə səbəb olmuşdu. O, dərhal daha bir cəhd üçün vəsait toplamağa başladı. Belçika gəmisindəki Amundsenin keçmiş gəmiçi yoldaşı Frederik Kuk 1907-ci ilin iyulunda guya ov səfəri ilə əlaqədar olaraq şimala yola çıxsa da, bunun Şimal qütbünün fəthi cəhdi olduğu şayələri dolanırdı. Bir ay sonra Ernest Şekltonun Nimrod Ekspedisiyası Antarktikaya getdi, Robert Falkon Skott isə Şekltonun uğursuz olması halında daha bir ekspedisiya hazırladı. Amundsen cənubda britaniyalılara prioritet vermək üçün heç bir səbəb görmədi və Antarktika ekspedisiyasına başlamağın perspektivləri barədə açıq danışdı — baxmayaraq ki, onun seçdiyi əsil hədəf Şimal qütbü olaraq qalırdı.
Hazırlıqlar
Nansen və Fram
right|200px|thumb|Amundsenin ilham aldığı 1893–1896-cı illərdəki Arktika səyahətinin təqdiqatçısı Frityof Nansen 1893-cü ildə Nansen gəmisi Framı şimali Sibir sahillərindəki Arktika dəniz buzlaqlarının yanıyla sürdü və bu da ona Qrenlandiyaya doğru buzlu marşrut içərisində getməyə şərait yaratdı. Nansen inanırdı ki, bu marşrut onu Şimal qütbünə aparacaq. Ancaq bu istiqamət onları qütbə yaxınlaşdırmadı. Nansen və Hyalmar Cohansenin piyada çatmaq cəhdi də uğursuz oldu. Buna baxmayaraq, Nansenin strategiyası Amundsenin öz Arktika planlarının əsasını təşkil etdi. O, Nansenin başlanğıc nöqtəsinin şərqində yerləşən Berinq boğazından keçərək Şimal Buzlu okeanına girsə, gəmisinin daha şimala üzməyə nail olacağını və qütbün yaxınlığından və ya üzərindən keçəcəyini söylədi.
Amundsen Framın belə bir iş üçün yararlı yeganə gəmi olduğunu israr edən Nansenlə məsləhətləşdi. Fram Nansenin tələb xüsusiyyətlərinə uyğun olaraq, Norveçin qabaqcıl gəmi inşaatçısı və dəniz memarı olan Kolin Arçer tərəfindən 1891–93-cü illərdə Arktika şəraitinin ən sərt mühitinə davamlı bir gəmi kimi hazırlanmış və inşa edilmişdir. Gəminin ən fərqli xüsusiyyəti, Nansenə görə, gəminin "buzun qucağından ilan balığı kimi sürüşməsinə" imkan verən yumru gövdəsi idi. Əlavə güc üçün gövdə Cənubi Amerikanın həmişəyaşıl ağacları ilə örtülmüş, mövcud ən sərt ağaclar və uzunluğu boyunca çarxlarla bərkidilmiş və dayaqlar quraşdırılmışdır. Gəminin ümumi uzunluğu 128 fut (39 m) ilə müqayisədə 36 fut (11 m) olan geniş eni ona çox qəribə bir görünüş verir di. Bu forma onun buzdakı gücünü artırsa da, açıq dənizdəki hərəkətinə mənfi təsir etdi. Çünki gəmi həddindən artıq ləng hərəkət edir və ən narahat şəkildə öz istiqamətini dəyişirdi. Bununla birlikdə, görünüşü sürəti və üzmə keyfiyyətləri bir neçə il ərzində davam edə bilən səyahət zamanı ekipaj üçün etibarlı və isti bir sığınacaq təmin etdiyindən dolayı ikinci dərəcəli olaraq qalırdı.
Fram Nansenin, təxminən, üç il qütb buzlaqları arasında keçən ekspedisiyasından, demək olar ki, yararsız bir vəziyyətə düşmüşdü. Geri qayıtdıqdan sonra Otto Sverdrupun komandanlığı altında dörd il keçirmədən əvvəl yenidən təmir edilən gəmi şimali Kanada adalarında 100.000 kvadrat mil (260.000 km²) məskunlaşmamış ərazini sxemləşdirərək tədqiq etdi. 1902-ci ildə Sverdrupun səfəri başa çatdıqdan sonra Fram Kristianiyada dayandı. Gəmi texniki cəhətdən dövlətin mülkü olsa da, Nansenin ilk tələbindən sonra tez bir zamanda qəbul edildi. O, 1896-cı ildə Arktikadan qayıtdıqdan sonra Framı Antarktidaya ekspedisiyaya aparmaq istədi, lakin 1907-ci ilə kimi bu ümidlər puç oldu. Həmin ilin sentyabrında Amundsen Nansenin evinə çağrıldı və gəminin istifadə edilə biləcəyi bildirildi.
İlk addımlar Amundsen planlarını 10 noyabr 1908-ci ildə Norveç Coğrafiya Cəmiyyətinin iclasında açıqladı. Framı Horn burnu ətrafından Sakit okeana aparacaqdı, San-Fransiskoda ön tədarük hazırlığından sonra gəmi Berinq boğazından keçərək Barrou burnuna qədər şimala davam edəcəkdi. Buradan dörd-beş il davam edə biləcək dəniz səyahətinə birbaşa başlamaq üçün buzlaqlar içərisindəki marşrutunu təyin edəcəkdi. Davamlı müşahidələr kimi elmi tədqiqatlar coğrafi tədqiqatlar qədər vacib idi. Amundsen bununla bir sıra problemlərin həllini tapmağı ümid edirdi. Səyyahın bu planı cəmiyyət tərəfindən böyük canfəşanlıqla qəbul edildi və ertəsi gün Kral Haakon 20.000 kron hədiyyə ilə ianə toplama kampaniyası başlatdı. 6 fevral 1909-cu ildə Norveç parlamenti gəminin yenidən təmir etdirilməsi üçün 75.000 krona qədər yardım qərarını qəbul etdi. Ekspedisiyanın ümumi maliyyələşdirmə və iş rəhbərliyi Amundsenin qardaşı Leonun öhdəliyinə verildi ki, tədqiqatçı təşkilatın daha praktik cəhətlərinə fokuslana bilsin.
1909-cu ilin mart ayında Şekltonun geri dönmədən əvvəl Cənub qütbündən 97 dəniz mili (180 km) aralıya — 88 dərəcə cənub enliyinə çatdığı elan edildi. Beləliklə, Amundsenin müşahidəsinə görə "qütbə çox az bir künc qalmışdı". O, Şekltonun bu uğurunu səmimi şəkildə tərifləyərkən Şekltonu şimaldakı Nansenon cənubdakı ekvivalenti olduğunu qeyd etdi. Cənub qütbünün bu qədər yaxınından keçilib fəth edilməməsindən dərhal sonra Skot bu az məsafəni əhatə edən və qarşılığında Britaniya İmperiyasından mükafat alacağı bir ekspedisiyaya (Terra Nova Ekspedisiyası adlandırılacaqdı) çıxmaq niyətini bildirdi.
Heyət left|200px|thumb|Ekspedisiyanın rəhbəri Roald Amundsen Amundsen ekspedisiyanın zabitləri olaraq üç dəniz leytenantını seçdi: ikinci komandir olacaq naviqator Torvald Nilsen, Hyalmar Fredrik Qyertsen və Kristian Prestrud. Qyertsen tibbi məlumatı çox az olsa da, ekspedisiya həkimi oldu və cərrahiyyə və stomatologiyada biliklərini artırması üçün "sürətləndirilmiş kurs "a göndərildi. Girişdiyi hər işi həll edə bilməsiylə tanınan, hərbi topçu Oskar Vistinq Prestrudun tövsiyəsi üzərinə dərhal qəbul edildi. Amundsen yazırdı ki, Vistinqin əvvəllər xizək itləri ilə bağlı çox az təcrübəsi olsa da, o özünü bu sahədə inkişaf etdirdi və qısa zaman ərzində həvəskar baytara çevrildi.
