Apache Hive — Hadoop platforması əsasında, verilənlər bazasını idarəetmə sistemidir. Sistem vasitəsilə paylanmış mühitdə saxlanılan böyük həcmli verilənləri oxumaq, yazmaq və idarə etmək olur.
Apache Hive Facebook Korporasiyası tərəfindən yaradılmış və Apache Software Foundationda açıq lisenziya əsasında lisenziyalaşdırılmışdır. Bu sistem hazırda Netflix tərəfindən istifadə olunur və Amazon Elastic MapReduce vasitəsilə Amazon Veb Xidmətlərində mövcuddur.
İmkanları SQL və ona bənzər sorğu dilindən istifadə edərək verilənlərlə işləmək; Müxtəlif məlumat saxlama formatları üçün dəstək; Birbaşa "HDFS" və "Apache HBase" ilə işləmək; "Apache Tez", "Apache Spark" və ya "MapReduce" vasitəsilə sorğuların icrası.
HiveQL Apache Hive, SQL dilinə əsaslanan, lakin SQL-92 standartı üçün tam dəstəyi olmayan Hive Query Language-i dəstəkləyir. HiveQL XML və JSON formatları ilə işləmək funksiyalarına malikdir, massivlər, strukturlar, assosiativ massivlər kimi qeyri-skalyar məlumat növlərini, həmçinin toplama funksiyalarının geniş spektrini, istifadəçi tərəfindən müəyyən edilmiş funksiyaları (İstifadəçi tərəfindən təyin edilmiş funksiyalar), kilidləri dəstəkləyir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Apache Software Foundation layihələri Kateqoriya:Bulud texnologiyaları