Nigar Çingiz qızı Vəliyeva () — Azərbaycanlı alim, German dilləri və Dil nəzəriyyəsi ixtisasları üzrə ən gənc Filologiya elmləri doktoru (33 yaş), Azərbaycan Dillər Universitetinin ingilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının professoru (35 yaş), Avropa Linqvistik Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Dil nəzəriyyəsi ixtisası üzrə Elmi Seminarın Sədri, Müdafiə şurasının üzvü, ADU-nun Təhsil 1 fakültəsinin Elmi-Metodik şurasının sədri.
Həyatı Nigar Vəliyeva 1971-ci il fevralın 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1977–1987-ci illərdə Bakı şəhəri Səbail rayonu 189 saylı orta ümumtəhsil məktəbində oxuyub. 1987-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universitetinin) "ingilis-alman dilləri" fakültəsinə daxil olub və 1992-ci ildə həmin istitututu fərqlənmə diplomu ilə bitirib.
1992–1995-ci illərdə ADU-nun "Ümumi Dilçilik" kafedrasının əyani aspiranturasını bitirib və 16.10.1996-cı ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Dil Nəzəriyyəsi" ixtisası üzrə namizədlik dissertasiya işini müdafiə etmiş, filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1996-cı ildə ADU-nun ingilis dilinin qrammatikası kafedrasına gənc mütəxəssis kimi qəbul olunub. 2000-ci ildə ADU-nun ingilis dilinin qrammatikası kafedrasının baş müəllimi, filologiya elmləri namizədi vəzifəsinə seçilib. 2001-ci ildə ADU-nun ingilis dilinin qrammatikası kafedrasının dosent vəzifəsinə seçilib. 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda "Dil Nəzəriyyəsi" və "German Dilləri" ixtisasları üzrə doktorluq dissertasiya işini müdafiə etmiş və filologiya elmləri doktoru alimlik dərəcəsini almışdır. 2005-ci ildən Bakı Dövlət Universitetinin "Dil və Ədəbiyyat" Beynəlxalq Elmi-Nəzəri jurnalının "Qərb Filologiyası" bölməsinin məsul redaktorudur. 2006-cı – 2009-cu illərdə ADU-nun Elmi seminarın üzvü olub. 2007-ci ildən ADU-nun İngilis dilinin qrammatikası kafedrasının professoru. 2007-ci ildən Bakı Dövlət Universitetinin "Dil və Ədəbiyyat" Beynəlxalq Elmi-Nəzəri jurnalının redaktor müavini. 2009–2019-cu illərdə – ADU-nun Müdafiə Şurasının üzvü. 2011-ci ildən Avropa Linqvistik Cəmiyyətinin üzvü. 2013-cü ildən Qara Dəniz Xəzər Dənizi Beynəlxalq Əməkdaşlıq Fondunun () Azərbaycan Respublikasını təmsil edən həqiqi üzvü. 2013-cü ildə ADU-nun İngilis dilinin tarixi və leksikologiyası kafedrasının müdiri. 2017-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiysının İngilis dili kafedrasının müdiri. 2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2018-ci ildə ADU-nun ingilis dilinin leksikologiyası və üslubiyyatı № 1 kafedrasının professoru, filologiya elmləri doktoru. 2019-cu ildən AAK-ın filologiya üzrə ekspert şurasının üzvüdür. 2019-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə ekspert şurasının fəal üzvüdür. 2019-cu ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin Tədris-Metodiki Şurasının sədridir. 2019-cu ildən Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının üzvüdür. 2022-ci ildən Azərbaycan Elm Mərkəzinin redaksiya heyətinin üzvüdür. 2023-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Dil nəzəriyyəsi ixtisası üzrə Müdafiə Şurasının üzvü, Elmi Seminarın Sədri.
Ailəsi Ailəlidir, iki övladı var. Qızı Aydan 2019-cu ildə 26 yaşında dünyasını dəyişib.
Təhsili, elmi dərəcəsi və elmi adları 1992 — Azərbaycan Dillər Universiteti, "İngilis-alman dilləri" fakültəsi, fərqlənmə diplomu 1992–1995 — Azərbaycan Dillər Universiteti, əyani aspirantura 1996 — filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu 2000 — ADU-nun ingilis dilinin qrammatikası kafedrasının baş müəllimi, filologiya elmləri namizədi 2001 — dosent, Azərbaycan Dillər Universiteti 2001–2004 — AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, əyani doktorantura 2004 — Filologiya elmləri doktoru, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu 2007 — professor, Azərbaycan Dillər Universitetinin ingilis dilinin qrammatikası kafedrasının filologiya elmləri doktoru
Fəaliyyəti
Əmək fəaliyyəti 1992–1995, əyani aspirant 1996 — müəllim, ADU-nun İngilis dilinin qrammatikası kafedrası 2000 — baş müəllim, filologiya elmlər namizədi, ADU-nun İngilis dilinin qrammatikası kafedrası 2001 — dosent, ADU-nun İngilis dilinin qrammatikası kafedrası 2004 — dosent, filologiya elmlər doktoru, ADU-nun İngilis dilinin qrammatikası kafedrası 2007 — professor, filologiya elmlər doktoru, ADU-nun İngilis dilinin qrammatikası kafedrası 2013 — ADU-nun İngilis dilinin tarixi və leksikologiyası kafedrasının müdiri 2017-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının İngilis dili kafedrasının müdiri 2018 — ADU-nun İngilis dilinin leksikologiyası və üslubiyyatı 1 kafedrasının professoru 2005-ci ildən – bu günə kimi BDU-nun "Dil və Ədəbiyyat". İSSN-2218–7588. E-ISSN 2219–5513. Language and Literature. Язык и Литература. Международный Научно-теоретический журнал. Beynəlxalq Elmi-Nəzəri jurnalının Qərb Filologiyasının məsul redaktorudur. 2021–2024 ADU-nun Təhsil fakültəsinin Elmi-Metodiki şurasının sədri. 2023–2025 AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun nəzdində fəaliyyət göstərən "Dil nəzəriyyəsi" ixtisası üzrə Dissertasiya Şurasının üzvü. 2025–2027 ADPU-da BED 2.15/1 "İngilis dilinin tədrisi metodikası" ixtısası üzrə fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü.
Kitabları 1. 1999 – Müxtəlif sistemli dillərdə nitq və təfəkkür felləri ilə formalaşan frazeoloji vahidlər, 103 s. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Elmi-Metodik Şurası "Avropa dilləri və ədəbiyyatı" bölməsinin 30.01.1999-cu il tarixli 04 saylı protokolu ilə təsdiq edilmişdir. ADDİ-nin mətbəəsi. Bakı. Elmi redaktor: filologiya elmləri doktoru, professor Məmməd Şamxal oğlu Qasımov. Rəyçilər: filologiya elmləri doktoru, professor Qara İbrahim oğlu Məşədiyev filologiya elmləri doktoru, professor Həsən Kərəm oğlu Quliyev
2. 2001 – Структурно-семантические особенности словосочетаний в современном английском языке, 61 s . Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Elmi-Metodik Şurası "Avropa dilləri və ədəbiyyatı" bölməsinin 24.02.2001-ci il tarixli 22 saylı protokolu ilə təsdiq edilmişdir. "ХКБ и Полиграфия". Bakı, 2001. Elmi redaktor: filologiya elmləri doktoru, professor Zeydulla Ağayev Rəyçilər: Tahir Cəfərli Dünyamin Yunusov
3. 2001 – Frazeoloji birləşmələrin müqayisəli linqvistik təhlili, 220 s., qrifli nəşr "Ünsiyyət", "XKB və Poliqrafiya". Bakı, 2001. Elmi redaktor: filologiya elmləri doktoru, professor Adil Məhəmməd oğlu Babayev. Rəyçilər: filologiya elmləri doktoru, professor Zemfira Nadir qızı Verdiyeva filologiya elmləri doktoru, professor Mehparə Tələt qızı Qayıbova
4. 2006 – Azərbaycanca-İngiliscə-Rusca Frazeoloji Lüğət, 57,5 ç.v., 460 s. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dillər Universiteti. Bakı, Nurlan, 2006. Baş redaktor: AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Nizami Qulu oğlu Cəfərov
5. 2008 – Müxtəlifsistemli dillərdə feli birləşmələrin tipoloji təhlili, 862 s. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Elmi-Metodik Şurası "Avropa dilləri və ədəbiyyatı" bölməsinin 20.10.2007-ci il tarixli 13 saylı protokolu ilə təsdiq edilmişdir. Bakı, "Avropa" nəşriyyatı, 2008. Elmi redaktor: AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Nizami Qulu oğlu Cəfərov Rəyçilər: filologiya elmləri doktoru, professor Mehparə Tələt qızı Qayıbova filologiya elmləri doktoru, professor İkram Ziyad oğlu Qasımov
6. 2010 – İrihəcmli Üçdilli Frazeoloji Lüğət, 2 cildli, 123,5 ç.v., 1975 s. – 988/987 s. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, ISBN 978-9952-8135-7-9 Azərnəşr, 2010. Baş redaktor: AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Ağamusa Ağası oğlu Axundov Ön sözün müəllifi: AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Nizami Qulu oğlu Cəfərov
7. 2011 – Dil Tipologiyasının Aktual Problemləri. Actual Problems of Language Typology. Актуальные Проблемы Языковой Типологии, 512 s. Azərbaycan Respublikası, "Elm və Təhsil" nəşriyyat-poliqrafiya, Bakı, 2011. Elmi redaktor: Azərbaycan Respublikası Milli Məclisinin II, III, IV, V çağırış deputatı AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Nizami Qulu oğlu Cəfərov Redaktor: filologiya elmləri doktoru, professor Əfqan Əli oğlu Abdullayev filologiya elmləri doktoru, professor İlyas Həmidulla oğlu Həmidov
8. 2013 – Some Aspects and Peculiarities of Intercultural Communication in the Process of Globalization, Belqrade, 242 p. International Business Serviced.o.o., Cooper Green Advertising d.o.o., Publishing House: Jovsic Printing Centar d.o.o., Belgrade, 2013. Elmi redaktor: əməkdar jurnalist, MM-in sabiq deputatı, Honorable journalist, Deputy of the First Call of the Parliament Əlövsət Ağalarov
9. 2013 – The Armenian Tragedy in 1915, Tərcümə, 136 p. The Ministry of Culture and Tourism of the Azerbaijan Republic, Azerneshr. ISBN 978-9952-438-90-1, Azerneshr, 2013 Baş redaktor: əməkdar jurnalist, MM-in sabiq deputatı, Honorable journalist, Deputy of the First Call of the Parliament Əlövsət Ağalarov Elmi redaktor: Şəmşir Şəmşirli
10. 2013 – Proqram. Magistratura pilləsi üçün. İngilis dili tarixinin giriş kursu, 28 s. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dillər Universitetinin Elmi Şurasının 13.05.2013-cü il tarixli iclasında təsdiq olunmuşdur, protokol № 4, Vəsait "E. L." Nəşriyyat və Poliqrafiya Şirkəti MMC-nin mətbəəsi, Bakı, 2013. Redaktor:filologiya elmləri doktoru, professor Dünyamin Nurqələm oğlu Yunusov Rəyçilər: filologiya elmləri doktoru, professor Azad Yəhya oğlu Məmmədov, filologiya elmləri doktoru, professor Əfqan Əli oğlu Abdullayev 11. 2013 – Some Aspects and Peculiarities of Intercultural Communication in the Process of Globalization, Bakı, 501 s. Azərbaycan Respublikası Təhsil Nazirliyi, "Elm və Təhsil" nəşriyyat-poliqrafiya, Bakı, 2013.
12. 2014 – Theoretical Issues of Stylistic Lexicology. A Linguistic Approach, 185 s. Azerbaijan State Publishing, LLC, Bakı, 2014.
13. 2014 – Communicative-Pragmatic Paradigm of English Lexicology, 288 s. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dillər Universitetinin Elmi Şurasının 3.11.2014-cü il tarixli iclasında təsdiq olunmuşdur, protokol № 8, "Science and Education", Bakı, 2014. ISBN 978-9952-8024-1-2 Redaktor: filologiya elmləri doktoru, professor Dünyamin Nurqələm oğlu Yunusov Rəyçilər: professor Əfqan Abdullayev, professor Azad Məmmədov
14. 2016 – Mədəniyyətlərarası dialoq ya qlobal kommunikasiya şəraitində təhsilin dili və dilin təhsili, 264 s. "Elm və Təhsil", Bakı, 2016. Elmi redaktor: siyasi elmlər doktoru, professor, MM-in V çağırış deputatı Elman Xudam oğlu Nəsirov
15. 2016 – Synergetics of the language, national consciousness and culture by globalization, 232 s. _978-9952-508-62-8, "Nurlar" Publishing-Printing Center, Bakı, 2016. Elmi məsləhətçi: professor Elman Nəsirov
16. 2017 – Azərbaycanca-İngiliscə İdiomatik Lüğət, 764 s. Bakı, "Mütərcim", 2017. Elmi redaktor: Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Əlipaşa oğlu Səmədov Ön sözün müəllifi: AMEA-nın Nəsimi adına Dilçilk İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Möhsun Zellabdin oğlu Nağısoylu
17. 2017 – Qloballaşan dünyada multikulturalizm şəraitində dilin inkişafı, 482 s. "Avropa" nəşriyyatı Elmi redaktor: AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Azərbaycan Respublikası Milli Məclisinin III və V çağırış deputatı İsa Əkbər oğlu Həbibbəyli Redaktor: Azərbaycan Respublikası Milli Məclisinin II, III, IV, V çağırış deputatı, Zahid Oruc (Zahid Məhərrəm oğlu Orucov)