Xabez (, , , ) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Xabez auludur. Coğrafiyası Xabez rayonu Qaraçay-Çərkəz Respublikasının qərb hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir:şimalda Adıge-Xabl və Noqay rayonları, şərqdə Abazin və Prikuban rayonları, cənub-şərqdə Ust-Cequtinski rayonu, cənub və cənub-qərbdə Zelençuk rayonu, qərbdə Krasnodar diyarının Otradnenski rayonu.
Zonalıq üzrə rayon şimaldan cənuba 2 zonaya bölünür: dağətəyi və dağlıq. Rayonda yüksəklik dəniz səviyyəsindən 500 ilə 1600 metr arasında dəyişir.
Rayondakı hidroqrafik şəbəkə əsasən çoxlu sayda qolu olan Bolşoy Zelençuk və Malı Zelençuk çaylarının alt hövzələri ilə təmsil olunur.
Rayonun ümumi sahəsi 528.53 km²-dir (2013-cü ildən bəri).
Tarixi
1 fevral 1963-cü ildə mövcud olan 6 kənd rayonlarının yerində təşkil edilir: Adıge-Xabl (mərkəzi Adıge-Xabl auılu), Zelençuk (mərkəzi Zelençukskaya aulu), Qaraçaevsk (mərkəzi Qaraçevsk şəhəri), Maloqaraçaevsk (mərkəzi Üçkeken aulu); Prikubanski (mərkəzi Ust-Çequtinski aulu), Xabez (mərkəzi Xabez aulu)
12 yanvar 1965-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikası Ali Sovetinin Rəyasət Heyəti qərara alır:
Urup rayonunu təşkil edilsin - mərkəzi Pregradnaya auludur; Qaraçay-Çərkəz Muxtar Vilayətinin Urup sənaye rayonu ləğv edilsin; Qaraçay-Çərkəz Muxtar Vilayətinin Adıge-Xabl, Zelençuk, Qaraçay, Maloqaraçaevsk, Prikubanski və Xabez kənd rayonları inzibati rayonlara çevrilsin. 1997-ci ildə rayonda 10 inzibati vahid qurulur. 2004-cü ildə rayon ərazisində kənd yaşayış məntəqəsi statusuna malik 12 bələdiyyə təşkil olunur.
2006-cı ildə İnjiç-Çukun və Elburqan kəndləri yeni təşkil olunan Abazin rayonuna verildi.
Əhali Milli tərkib Xalq 2010 2002Данные Всероссийской переписи населения 2002 года: таблица 02c. М.: Федеральная служба государственной статистики, 2004. (2002zip , см. прим. ) Çərkəzlər 28 877 (95,1 %) 25 936 (81,3 %) noqaylar 622 (2,0 %) 676 (2,1 %) abazinlər 372 (1,2 %) 4 478 (14,0 %) ruslar 174 (0,6 %) 371 (1,2 %) qaraçaylılar 78 (0,3 %) 109 (0,3 %) digərləri 233 (0,8 %) 315 (1,0 %) ümumi 30 356 (100,0 %) 31 885 (100,0 %) Cins tərkibi 2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat: YaşKişilər,nəf.Qadınlar,yaş.Ümumisay.ümumi əhaliyəolan nisbət, % 0 — 14 yaş 3 282 3 153 6 435 21,20 % 15 — 59 yaş 9 667 10 292 19 959 65,75 % 60 yaşdan yuxarı 1 552 2 410 3 962 13,05 % ümumi 14 501 15 855 30 356 100,0 %
Kişilər — 14 501 nəf. (47,8 %). Qadınlar — 15 855 nəf. (52,2 %).
Əhalinin orta yaşı — 34,4 yaş. Kişilərin orta yaşı — 33,2 yaş. Qadınların orta yaşı — 35,5 yaş.
İnfrastruktur 2000-ci illərdə rayondakı bir sıra yaşayış məntəqələri qazlaşdırıldı. Bəzi kəndlərdə məktəb, uşaq bağçası və digər sosial obyektlər açıldı. Xabez kəndində «Adiyuh-Palace» otel-sağlamlıq kompleksi fəaliyyət göstərir. Ayrıca rayonda bəzi mənbələrə görə, beynəlxalq nüvə sınağı izləmə sistemi üçün bir stansiya da vardır.
İstinadlar
Mənbə Официальный сайт Карачаево-Черкесской Республики Административно-территориальное деление КЧР Справочник почтовых индексов / кодов ОКАТО / налоговых инспекций ФНС / адресов
Kateqoriya:Qaraçay-Çerkesiya rayonları