Gözətçilər () — Alan Mur və Deyv Qibbonsun eyniadlı "DC Comics" məhdud seriyasının personajlara əsaslanmış ABŞ superqəhrəman teleserialı. Teleserial Deymon Lindelof tərəfindən "HBO" telekanalı üçün yaradılmışdır. Lindelof həmçinin, teleserialın icraedici prodüseri və ssenaristidir. Teleserialın birinci mövsümü doqquz seriyadan ibarətdir. Teleserialda təsvir olunan hadisələr ABŞ-da, alternativ bir müasir reallıqda cərəyan edir. Burada superqəhrəmanlar və maskalı vidjilantelər zorakı tətbiq üsullarına görə qadağan olunublar, ancaq onlardan bəziləri bir araya toplaşaraq inqilab etmək istəyirlər.
Lindelofa görə, teleserial orijinal materialın birbaşa adaptasiyası yox, daha çox "remiks" edilmiş bir versiyasıdır. Lindelof çalışmışdır ki, orijinal süjet xəttinin gerçəkləşdiyi bir dünyada tamamilə yeni bir hekayə təsvir olunsun. Teleserial həmçinin, müxtəlif nöqteyi-nəzərlərə toxunsun. Teleserialda olacaq və orijinal süjet xəttindən olan personajalara Doktor Menhetten, əvvəlki İpək Kabus və keçmiş qəhrəman Ozimandiya aiddir. Teleserialın diqqət mərkəzində Ancela Abar adlı və Gecə bacı ləqəbli bir xəfiyyə var.
Teleserialın ilk epizodu 20 oktyabr 2019-cu il tarixində yayımlanmışdır.
Qəbul
Tənqidçilərin mövqeyi Gözətçilər müsbət rəylər almışdır. Rəy toplayıcısı "Rotten Tomatoes" portalında teleserialın 63 rəy əsasında 95% "sertifikatlı təzə" reytinqini almışdır. Saytın tənqidi konsensusunda yazılmışdır: "Cəsarətli və tük qabardan Gözətçilər həmişə asanlıqla izlənilə bilinmir, ancaq mədəni kontekstdə yeni təbəqələrin əlavə etməsi və mürəkkəb personajların aparıcısı olması onu öz orijinal materialından peşəkarcasına inkişaf etdirir ki, özünə xas və təsirli bir kimlik yaratsın. Teleserial "Metacritic" portalında 31 tənqidçinin rəyi əsasında 100 xaldan 85 xal almışdır. Bu isə "universal tərif" göstəricisidir.
Reytinq
Auditoriya "HBO" telekanlının verdiyi məlumata görə, "Gözətçilər" teleserialının birinci epizodu bütün televiziya və striminq xidmətlərində bir gecə ərzində 1.500.000 çox izləyiciyə sahib olmuşdur. Bu, telekanalın ən uğurlu debütü olmuşdur. Epizodun ilk yayımı Bakı vaxtı ilə saat 05:00-da gerçəkləşmişdir və 800.000-dən çox izləyici cəlb etmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Gözətçilər Kateqoriya:2010-cu illərin ABŞ dram teleserialları Kateqoriya:2019-cu ildə başlayan ABŞ teleserialları Kateqoriya:İngilis dilində teleseriallar Kateqoriya:DC Comicsə əsaslanan televiziya proqramları Kateqoriya:HBO telekanalının şouları Kateqoriya:Warner Bros. Television teleserialları Kateqoriya:Dram teleserialları Kateqoriya:Ekşn teleserialları Kateqoriya:Miniseriallar Kateqoriya:Neonuar Kateqoriya:Fantastika romanları əsasında çəkilən filmlər Kateqoriya:HBO orijinal proqramları Kateqoriya:HBO televiziya dramları Kateqoriya:Home Box Office teleserialları Kateqoriya:Pibodi mükafatı qazanan televiziya proqramları