Mayski rayonu (, Официальный сайт Майского муниципального района Кабардино-Балкарской Республики. Проекты нормативно-правовых актов См. официальные наименования муниципального образования на языках народов КБР в проектах решений совета местного самоуправления) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Mayski qəsəbəsidir.

Coğrafiyası Mayski rayonu Kabarda-Balkariya Respublikasının şərq hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: cənub-qərbdə Leskenski rayonu, qərbdə Urvan rayonu, şərqdə Terek rayonu, şimalda Proxladnenski rayonu və şəhər dairəsi, həmçinin cənubdan isə Şimali Osetiyanın Kirov rayonu. Rayonun sahəsi 384.80 km²-dir.

Rayonu ərazisini relyef xüsusiyyətlərinə görə iki hissəyə bölünür: dağətəyi və dağlıq. Rayonun əsas hissəsi respublikanın dağətəyi zonasında, cənub hissəsi isə dağlıq zonada yerləşir. Rayonda yüksəklik göstəriciləri cənubda 5642 metr, şimalda 550 metr arasında dəyişir.

Rayonun hidroqrafik şəbəkəsini iri Terek, Cherek, Baksan və Malka, həmçinin digər çaylar olan Lesken, Demenyuk, Arqudan, Psıqansu, Psarişa, Çornaya, Pavlixa və başqaları təşkil edir.

Tarixi Maiski rayonu 29 dekabr 1937-ci ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin fərmanı ilə Kabarda-Balkariya Muxtar Sovet Sosialist Respublikasının Primalkin rayonunun Maiski, Aleksandrovski, Kotlyarevski, Prishibi və Novo-İvanovo kənd sovetliklərindən təşkil edilirАдминистративно-территориальные преобразования в Кабардино-Балкарии. История и современность. — Нальчик : Эль-Фа, 2000. — 730 с..

1963-cü ildə Maiski rayonu ləğv edilərək Proxladnenski rayonuna birləşdirilir və Aleksandrovski kəndi Terek rayonuna verilir.

1965-ci ildə Kabarda-Balkariya MSSR rayonlaşdırma sonrası Mayski rayonu əvvəlki sərhədlərində bərpa edilir.

2005-ci ildə rayonda yerli idarələr ləğv edildi. Nəticədə isə şəhər və kənd yaşayış məntəqələri statusuna malik 5 bələdiyyə quruldu. Əhali Urbanizasiya Şəhər şəraitində (Mayski ş.) rayon əhalisinin 69.65 % yaşayır. Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir: XalqSay, nəf.Ümumi əhaliyə olan nisbəti, %ruslar 28 342 73,38 %türklər 3 502 9,06 %kabardinlər 2 015 5,22 %qaraçılar 1 216 3,15 %koreyalılar 921 2,38 %balkarlar 535 1,39 %ukraynalılar 478 1,24 %digərləri 1 584 4,10 %milliyyətini bildirməyənlər 32 0,08 %ümumi 38 625 100,0 %

Cins tərkibi 2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat: YaşKişilər,nəf.Qadınlar,yaş.Ümumisay.ümumi əhaliyəolan nisbət, % 0 — 14 yaş 3 876 3 717 7 593 19,66 % 15 — 59 yaş 11 213 12 797 24 010 62,16 % 60 yaşdan yuxarı 2 425 4 597 7 022 18,18 % ümumi 17 514 21 111 38 625 100,0 % Kişilər — 17 514 nəf. (45,3 %). Qadınlar — 21 111 nəf. (54,5 %).

Əhalinin orta yaşı — 38,0 yaş. Kişilərin orta yaşı — 34,5 yaş. Qadınların orta yaşı — 40,2 yaş.

KİV Rayonda «Mayski News» regional qəzeti nəşr olunur. Həftədə bir dərc edilir. Üstəlik rayon icra hakimiyyətinin rəsmi saytı da fəaliyyət göstərir.

İstinadlar

Mənbə Официальный сайт Майского муниципального района Майский район на портале Правительства Кабардино-Балкарии

Kateqoriya:Kabarda-Balkariya rayonları Kateqoriya:1937-ci ildə yaranmış dövlətlər və ərazilər