Ruslan Hacıyev () — Gürcüstan dövlət və ictimai xadimi. 2016-cı ildən gürcüstan parlamentinin Marneuli rayonundan majoritar deputatı. Gürcüstan parlamentindəki "Gürcü Arzusu" Fraksiyasının azərbaycanlı deputatı.
Həyatı Ruslan Hacıyev 1 yanvar 1978-ci ildə Marneuli rayonu Görarxı kəndində ziyalı ailəsində anadan olub. Orta məktəbi rus dilində oxuyub. Tbilisi Universitetində təhsil alıb, ixtisasca hüquqşünasdır. 2001–2002-ci illərdə Marneuli bələdiyyəsində sosial şöbənin mütəxəssisi olaraq işləyib. 2002–2006-cı illərdə Marneuli bələdiyyəsində hüquq xidmət şöbəsinin rəhbəri olub. Marneulidəki 2 və 3 saylı məktəblərin direktoru vəzifəsində çalışıb. 2014-cü ildən millət vəkili seçilənədək Marneuli bələdiyyəsi resurs mərkəzinin rəhbəri olub. Gürcü,ingilis,türk və rus dillərini bilir. Ailəlidir. İki oğlu var.
İstinadlar