NZS qəsəbəsi — Xətai rayonunun mərkəzi hissərindən biri olan NZS qəsəbəsi Babək prospekti ilə 8 noyabr prospektinin arasında geniş ərazini əhatə edir.Qəsəbə əsasən fərdi həyət evlərindən ibarətdir. Lakin son illərdə Bakının mərkəzində yerləşdiyi üçün bu ərazidə də köhnə evlərin sökülərək yerində müasir binaların və ya sənaye obyektlərinin tikilməsi planları tez-tez gündəmə gəlir.
.
Tarix Qəsəbə SSRİ-nin vaxtından vardır. Qəsəbənin adı rus dilində olan neft doldurma stansiyası mənasına gələn "нефтезаправочная станция" sözlərinin baş hərflərinin birləşməsindən əmələ gəlib. Hazır ki dövrdə də qəsəbə ərazisində neft doldurma məntəqələri və sternləri vardır. Hazırda qəsəbə əsasən "NZS pivə zavodu"na görə çox məşhurdur. Qəsəbədə çoxlu köhnə binalar, həyət evləri vardır.
İqtisadiyyat Sosial cəhətdən SSRİ-nin vaxtında pis şəraitdə olsa da, hazırda xeyli inkişaf etmiş və şəraitli bir qəsəbəyə çevrilmişdir.
Mədəniyyət Qəsəbədə 166 saylı bağça (O.Vəliyev küç. 37) və E.Məmmədov adına uşaq bağçası (Abbas Səhhət küç. 48) fəaliyyət göstərir.
Səid Rüstəmovun adına 13 nömrəli Uşaq İncəsənət Məktəbi (Marat Əmirxanov küç. 19) də qəsəbədə yerləşir.
İstinadlar
Kateqoriya:Xətai rayonunun qəsəbələri