Əlirza Baxşəli oğlu Bayramzadə () — Azərbaycan-sovet energetiki, dövlət xadimi, Azərbaycan SSR naziri (1962–1963), Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Energetika və Elektrikləşdirmə İdarəsinin rəisi.

Həyatı Əlirza Baxşəli oğlu Bayramzadə 1911-ci il mart ayının 18-də Bakının Binə kəndində anadan olub. 1920-ci ildə kənd məktəbinə, 1927-ci ildə Bakı Sənaye Texnikumuna daxil olub və 1932-ci ildə həmin texnikumu bitirib. Elektrik quraşdırma sexində əmək fəaliyyətinə başlayıb. 1932–1937-ci illərdə Azərbaycan Sənaye İnstitutunun Energetika fakültəsində təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra mədənlərdə elektrotexnik, dispetçer, "Azenerji"də mühəndis işləyib.

Əlirza Bayramzadə 1941-ci ildə "Qırmızı Ulduz" Dövlət Rayon Elektrik Stansiyasının (1 saylı "Bakı" İstilik Elektrik Mərkəzi) baş mühəndisi təyin olunmuşdur. 1958-ci ildə "Azenerji"nin rəisi olub. O, "Şimal" Dövlət Rayon Elektrik Stansiyası, "Mingəçevir" Su Elektrik Stansiyası, "Sumqayıt" İstilik Elektrik Stansiyası və "Əli Bayramlı" Dövlət Rayon Elektrik Stansiyasının tikintisində iştirak etmişdir.

1955-ci ildə texniki elmlər alim adı almaq üçün dissertasiya müdafiə etmişdir. 1963-cü ildə professor elmi adı almışdır. Bu illərdə o ixtiraçı və təkmilləşdirici, respublikanın əməkdar mühəndisi kimi fəxri adlara layiq görülmüşdür Azərbaycan Dövlət Neft və Sənaye Universitetində müəllim işləmişdir.Təvəkkül Səlimov-Şağani Binə, Bakı 2001 s.57

Əlirza Bayramzadə 1962-ci ildə Azərbaycan SSR naziri təyin edilmişdir. Ölümünədək bu vəzifədə işləmişdir.

Mükafatları 1950-ci illərin sonunda Əməkdar mühəndis adını almışdır. Lenin ordeni və 2 dəfə Qırmızı Əmək Bayrağı ordeninə layiq görülmüşdür.

Xatirəsi Qırmızı Ulduz istilik mərkəzinə adı verilmiş və heykəli qoyulmuşdur.

Mənbə Azərenerji

İstinadlar

Həmçinin bax

Kateqoriya:Azərbaycan SSR xalq komissarları və nazirləri Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Azərbaycan energetikləri