Sərdar məscidi və ya Saatlı məscid — Qacarlar dövründə Urmiyada Əbdül Səməd xanın sifarişi ilə tikilmiş tarixi məscid.

Haqqında thumb|250px|Sərdar məscidinin interyeri Sərdar məscidi və ya Saatlı məscid Qacarlar dövründə tikilib. Kərpicdən tikilən məscidin əsas hissəsi böyük bir zaldan ibarətdir. Məscidin daxilində olan 22 metrlik şəbistanı 12 daş sütun saxlayır. Bu sütunlar müxtəlif naxışlarla bəzədilib. Məscid 1951-ci ildə təmir olunanda onun girişində böyük bir saat quraşdırılıb. Bundan sonra məscid el arasında Saatlı məscid adlandırılıb.Məscid daxildən və xaricdən müxtəlif rəngli və naxışlı kaşılarla bəzədilib.

Həmçinin bax Cümə məscidi Üç Günbəz türbəsi Sərdar məscidi (İrəvan)

İstinadlar

Xarici keçidlər Urmiya Sərdar məscidi

Kateqoriya:Urmiyanın görməli yerləri Kateqoriya:Qacarlar dövründə tikilən abidələr Kateqoriya:Urmiya məscidləri Kateqoriya:Urmiyadakı binalar və tikililər Kateqoriya:İslam