thumb|200px|left|Atollun kosmosdan təsviri. Takapoto () — Tuamotu arxipelaqına daxil olan atoll (Fransa Polineziyası). Taitidən 560 km şimal-şərqdə, Takaroadan 8 km cənub-qərbdə yerləşir.
Coğrafiya Dairəvi formaya malikdir. Uzunluğu 20 km, eni 6 km təşkil edir. Atollun sahəsi 15 km²-dir. Daxilində laqun vardır. Laqun okean sularından tam təcrid olunmuşdur.
Tarixi Ada ilk dəfə 1616-ci ildə holland səyyahları Villem Shouten və Yakob Lemer tərəfindən kəşf edilir.
İnzibati bölgüsü İnzibati baxımından Takaroa kommunasına daxildir.
Əhali 2007-ci il məlumatına görə adada 472 nəfər yaşayır. Fakatopatere əsas yaşayış məntəqəsidir. Yerli əhalinin əsas məşğuliyyəti Kopra istehsalı, mirvari toplamaq və balıqçılıqdır. Adada eniş-uçuş zolağı vardır.
Mənbə Ada haqqında informasiya
Kateqoriya:Sakit okeanın adaları Kateqoriya:Okeaniya adaları Kateqoriya:Mərcan adaları Kateqoriya:Fransa Polineziyası adaları