Siçovul adası (, ) — Aleut adaları qrupuna, Siçovul adalarına daxil olan kiçik ada. 1780-ci ildə ada yaxınlığında yaponlara məxsus gəmi qəzaya uğrayır. Nəticədə bura siçovullar darışır. Bunun nəticəsi olaraq ada quşların yuvalaması üçün əlverişsiz bölgəyə çevrilir. Bundan sonra siçovullar daha 16 qonşu adalarara da yayılırlar.

2007-ci ildə ABŞ-n balıq resurslarının və vəhşi heyvanların qorunması xidməti tərəfindən siçovulların məhv edilməsi ilə bağlı layihə hazırlanır. Digər canlıların zərər görməməsi üçün helikopterlə adanın ərazisinə brodifakum səpələnilir. 2009-cu ilin yayında, nəhayət ki, 229 il sonra ada siçovullardan təmizlənir. Bundan sonra adada quşların yuvalaması müşahidə edilir.

İstinadlar

Kateqoriya:Siçovul adaları Kateqoriya:Alyaskanın yaşayış olmayan adaları