Zaur İslam oğlu Kantemirov () — Azərbaycan Respublikasının əməkdar rəssamı (1992), qrafika, plakat, rəngkarlıq, monumental sənət, sənaye dizaynı, fotoqrafiya sahələrində böyük uğurlar qazanmış müasir Azərbaycan rəssamıdır.
Həyatı Zaur İslam oğlu Kantemirov 1942-ci il avqust ayının 28-də Bakıda dünyaya gəlib. O, M. Əliyev adına Dövlət İncəsənət İnstitutunun məzunudur. Əməkdar rəssam çoxsaylı beynəlxalq, ümumittifaq və respublika sərgilərinin iştirakçısı və mükafatçısı olub. Həmçinin müstəqil Azərbaycanın ilk poçt markalarından birinin müəllifidir. Son illər şüşə materialını əsas hədəf götürərək fantastik layihələrə imza atıb. "Şüşə qəlbli" təxəllüsünü də elə bu işlərinə görə qazanıb.
Görkəmli sənətkar 27 sentyabr 2021-ci ildə 79 yaşında Covid-19 xəstəliyindən vəfat etmişdir.
Əsərləri
İstinadlar
Kateqoriya:COVID-19 pandemiyasından Azərbaycanda vəfat edənlər Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycanlı rəssamlar Kateqoriya:Azərbaycan Rəssamlar İttifaqının üzvləri