Habibas adaları (, ) Əlcəzair sahilindən 12 km aralıda yerləşir. Arxipelaqa daxil olan əsas adanın uzunluğu 1,3 km-dir. Adanın ümumi sahəsi 40 ha-dır. Maksimal hündürlüyü 105 metrdir. Adalar vulkanik mənşəllidir.

Habibas adaları Bu-Zecar əyalətinin Ayn-Temuşet vilayətinə daxildir.

Adalarda yaşayış məntəqəsi olmasa belə, burada priçal, mayak (1879-cu ildə inşa edilmiş) və bir neçə bina vardır. Adalar İl-Habibas dəniz təbiət parkına daxildir.

2006-cı ilin sonlarından adaların ekosistemin bərpası üçün Əlcəzair və Fransanın maliyyə ayırmışdır.

İstinadlar

Kateqoriya:Əlcəzair adaları Kateqoriya:Aralıq dənizi adaları