Əhməd Ümid Yəzdani — azərbaycanlı sosioloq, tarixçi, dilçi alim. Azərbaycan-Almaniya Akademiklər Cəmiyyətinin sədri və Almanca-Azərbaycan türkcəsində iki cildlik lüğətin müəllifi.
Həyatı Əhməd Ümid Yəzdani 1947-ci ilin sentyabr ayının 3-də Təbriz şəhərinin Əmirəqız məhəlləsində anadan olmuşdur. İbtidai məktəb və gimnaziyanı Təbriz şəhərində bitirəndən sonra, 18 ay Bocnurd şəhərinin kəndlərində müəllimliklə məşğul olmuşdur. 1969-ci ilin sonunda ali təhsil almaq üçün Almaniyaya getmişdir. Haydelberq, Mainz, Triyer və Berlin şəhərlərində yaşamışdır. Mainz şəhərində universitetə giriş imtahanı qazanandan sonra burada iqtisadiyyat bölməsində təhsil alır. 1972-ci ildə Triyer Universitetində siyasi elmlər, sosiologiya və istisadiyyat sahələrində təhsilini davam etdirir. 1979-cu ildə magistr dərəcəsini alandan sonra Azad Berlin Universitetində doktorantura üzrə təhsilini davam etdirir. 1984-ci ildən Sosial-Pedaqoji İnstitutda və sonralar Əcnəbi ailələrin və gənclərin peşə və sosial inteqrasiya məsələləri təşkilatında layihə rəhbəri olmuşdur. 1990–1991-ci illərdə Berlin şəhərində nəşr edilən "Azər" jurnalının baş redaktoru olmuşdur. 2010-cü ildən təqaüdə çıxmışdır. Əhməd Ümid Yəzdani uzun müddət Berlin şəhərində Azərbaycan mədəniyyət təşkilatlarının üzvü və sədri kimi fəaliyyət göstərmişdir. Azərbaycan-Almaniya Akademiklər Cəmiyyətinin sədridir. 1996-ci ildə Azərbaycanın Qərbi Kaspi Universitetinin fəxri professoru seçilmişdir. Berlin şəhərində yaşayır, bir oğlu və bir qızı var.
Kitabları XVII–XX əsrlər bayatıları, Bakı, 1985 (ərəb əlifbasında) İranda parlamentar sistemin tarixi, Berlin, 1991 (ərəb əlifbasında) Geteiltes Aserbaidschan: Blick auf ein bedrohtes Volk, Berlin, Das Arabische Buch, 1993 Deutsch-Aserbaidschanisches Wörterbuch /Almanca-Azərbaycanca sözlük, Berlin, Pro Literatur Verlag, 2004 Deutsch-Aserbaidschan-Türkisches Wörterbuch/Almanca-Azərbaycan türkcəsində sözlük, Berlin, 2012 Deutsch-Aserbaidschan-Türkisches Wörterbuch/Almanca-Azərbaycan türkcəsində sözlük, İki cilddə, Berlin, Amazon Verlag, 2018
İstinadlar
Xarici keçidlər Əhməd Ümid Yəzdani Ana dili və onun vacibliyi haqqında
Kateqoriya:Təbrizdə doğulanlar