thumb|right|300px|Map of electoral system for national legislatures, . Seçki sistemi seçkilərin və referendumların necə keçirildiyini və onların nəticələrinin necə müəyyən edildiyini özündə ehtiva edən qanunlar toplusudur. Siyasi seçki sistemləri hökumətlər tərəfindən müəyyən edilsə də, biznesdə, qeyri-hökumət təşkilatlarında və rəsmi olmayan təşkilatlarda da müəyyən seçki sisteminə əsaslanan seçkilər təşkil edilə bilər.
Seçki sistemləri seçki prosesinin bütün yönlərini özündə ehtiva edir: nə zaman seçkilər keçirilir, kimlər səs verə bilər, kimlər namizəd ola bilər, bülletenlər necə işarələnir və necə hesablanır, seçki kompaniyasi xərcləmələrinin limiti nə qədər olur və s. Seçki sistemləri konstitutsiyalar və ya seçki qanunları ilə müəyyən edilir və çox zaman müəyyən seçki komissiyaları vasitəsilə həyata keçirilir. Müxtəlif məqsədlər üçün müxtəlif seçki sistemlərindən istifadə oluna bilər.
Bəzi seçki sistemləri prezident, baş nazir, qubernator kimi yalnız 1 qalibi müəyyən edir, bəziləri isə parlament üzvləri, direktor şurası üzvləri kimi birdən çox qalibi müəyyən edir. Xeyli sayda seçki sistemləri mövcud olsa da, daha çox bunlardan istifadə olunur: Nisbi əksəriyyət sistemi, iki mərhələli sistem, proporsional seçki sistemi və öncəlikli seçki sistemi. Bəzi seçki sistemləri isə qarışıqdır. Məsələn qarışıq seçki sistemi qeyri-proporsional və proporsional seçki sistemlərinin üstünlüklərini birləşdirmək üçün yaradılmışdır.
Rəsmən tanımlanmış seçki sistemlərinin çalışmasına sosial seçim nəzəriyyəsi və ya seçki nəzəriyyəsi deyilir. Bu etüd siyasət, iqtisadiyyat, riyaziyyat və xüsusilə oyun nəzəriyyəsi və mexanizm dizaynı sahələrində reallaşdırılır. Arrounun mümkünsüzlük nəzəriyyəsi göstərir ki, seçicilərə 3 və ya daha çox seçim verilən zaman onlar ictimaiyyətin qlobal seçimlərini proporsional və majoritar seçki sistemlərindəki kimi yansıta bilmirlər.
Seçki sistemlərinin növləri
Çoxluq sistemləri Çoxluq sistemləri elə bir seçki sistemidir ki, daha çox səs toplaya bilmiş namizəd qalib gəlir. Qalib gəlmək üçün səslərin 50 faizdən çoxunu qazanmaq lazım deyil. Bu sistem qanunverici orqanlara olan seçkilərdə ən çox istifadə olunan ikinci sistemdir. Dünyada bu növ seçkilərdə 58 ölkədə istifadə edilir. Bu sistemdən xüsusən keçmiş Böyük Britaniya və Amerika koloniyalarında və bölgələrində iştifadə olunur. Bu sistem həmçinin prezident seçkilərində ən çox istifadə olunan ikinci sistemdir. Bu sistemdən prezident seçkilərində 19 ölkədə istifadə olunur.
Bir çox hallarda seçilmək üçün çox vəzifə olduğu zaman majoritar seçki sistemi blok səsverməsinə baş vurur. Bu özünü iki əsas formada göstərir. Birincidə seçicilərin seçkili yer qədər səsləri var və istədikləri namizədə səs verə bilərlər. Bundan 8 ölkədə istifadə olunur. Digər formada isə seçicilərə seçkili yerin sayından az səs verə bilmə haqqı verilir. Belə sistemdən Cəbəllütariqdə istifadə olunur. "Tək transfer edilməyən səsvermə"də isə seçici məslən parlament seçkilərində yalnız bir namizədə səs verə bilir. Ən çox səs toplamış namizədlər isə sonda qalib elan olunur. Bu sistemdən Əfqanıstanda, Küveytdə, Pitkern adalarında və Vanuatuda istifadə edilir. Blok səsvermənin digər forması patiya blok səsverməsidir. Seçici bir partiyanın müxtəlif namizədlərindən birini seçir. bu formadan qarışıq sistemin hissəsi kimi 5 ölkədə istifadə edilir. Bundan əlavə Dovdall sistemi də mövcuddur. Bu sistem də Borca qaydasında istifadə edilir.
Majoritar sistemlər Majoritar seçki sistemi elə bir sistemdir ki, burada qalib gələn şəxs səslərin əksəriyyətini qazanmalıdır. Lakin bəzi hallarda növbəti turlarda da üstünlük hər hansısa tərəfə keçmirsə, son turda daha çox səs qazanmış şəxs qalib elan olunur.
Majoritar seşki sistemində alternativ səsdən istifadə oluna bilər. Belə olduğu halda, seçicilər öz seçim öncəliklərinə uyğun namizədləri sıralaya bilərlər. Bu sistemdən Avstraliyada və Papua Yeni Qvineyada parlament seçkilərində istifadə olunur. Əgər ilk mərhələdə səslərin əksəriyyətini heç bir namizəd qazana bilmirsə, ən az səs toplamış namizədlərin ikinci tərcihləri ümumiyə əlavə edilir. Bu hər hansısa namizədin 50 faizdən səs toplamasına qədər davam edir. əgər seçicilər bütün seçimlərindən istifadə etməyiblərsə sayım iki namizəd qalana qədər davam edir. Bu mərhələdə isə daha çox səs toplayan qalib gəlir. Alternativ səsin bir qədər dəyişdirilmiş forması da mövcuddur. Bu zaman seçicilərə bütün namizədləri sıralama haqqı verilmir, onlar yalnız limitli sayda namizədləri öz seçimlərinə uyğun sıralaya bilirlər. Əgər heç bir namizəd lazimi səsi toplaya bilmirsə o zaman ən çox səs toplamış 2 namizəddən başqa digərləri seçkidən kənarlaşdırılır və bu iki namizəd arasından qalib müəyyən edilir. Bu sistemdən Şri Lankada prezident seçkilərində istifadə olunur. Bu zaman seçicilərə 3 namizədə səs verməyə icazə verilir. Majoritar sistemin digər əsas forması iki mərhələli sistemdir. Bu sistem dünyada prezident seçkiləri üçün ən çox istifadə olunan sistemdir. Beləki dünyada 88 ölkədə prezident seçkilərində bu sistemdən istifadə olunur. Həmçinin 20 ölkədə də qanunverici orqanlara olan seçkilərdə bu sistemdən istifadə olunur. Əgər ilk mərhələdə heç bir namizəd səslərin əksəriyyətini əldə edə bilmirsə ikinci mərhələ keçirilir. Bir çox hallarda ikinci mərhələdə birinci mərhələdə ən çox səs toplayan iki namizəd iştirak edir, lakin bəzi ölkələrdə ikinci mərhələdə 2-dən çox namizəd də iştirak edə bilər. Bu halda seçki çoxunluq səsverməsi sitemi ilə keçirilir. Bəzi ölkələrdə isə qarışıq sistemdən istifadə olunur. Məsələn Ekvadorda prezident seçkilərində namizəd 40 faiz səs toplayıbsa və bu ondan sonra ən çox səs toplayan namizədin səslərindən 10 faiz çoxdursa o qalib hesab edilir. Bu Argentinada 45 faiz — 10 faiz formasındadır.
Əhatəli sistem iki mərhələ ilə limitli deyil. Lakin səsvermədə sonuncu yeri tutan namizəd seçkidən kənarlaşdırılır. Potensial mərhələlərin çoxluğuna görə bu ssitemdən aktual seçkilərdə istifadə edilmir. Bu sistemdən bəzi ölkələrin parlament sədrlərinin və İsveçrə Federal Şurasının üzvlərinin seçilməsində istifadə edilir. Bəzi formatlarda isə heç bir namizəd seçkidən kənarlaşdırılmır. Seçkilər hansısa namizədin səslərin əksəriyyətini qazandığı ana qədər davam edir. Buna misal olaraq ABŞ Seçicilər Komitəsində istifadə olunan sistemi göstərmək olar.
Proporsional sistem thumb|Proporsional seçki sistemindən istifadə edən ölkələrin. Proporsional sistem dünyada qanunverici orqanlara keçirilən seçkilərdə ən çox istifadə olunan sistemdir. Bu sistemin müxtəlif formalarından 80-dən çox ölkədə istifadə olunur.
Partiya siyahılı proporsional sistem ən məşhur sistem kimi 80-dan çox ölkədə istifadə olunur. Burada seçicilər partiyalar tərəfindən təklif edilən namizədlərə səs verirlər. Qapalı siyahı sistemində seçicilərin partiya tərəfindən təklif edilən namizədlər üzərində heç bir təsir imkanı yoxdur. Lakin açıq siyahı sistemində seçicilər partiyanın siyahısının müəyyən edilməsinə və seçilməsinə təsir edə bilir. Bəzi ölkələrdə (məsələn Niderland və İsrail) "saf" proporsional sistemdən istifadə olunur.
Seçki limitinə uyğun olaraq partiya qalib gəlmək üçün müəyyən edilmiş faizdən çox səs toplamalıdır. Bunu hesablamaq üçün müxtəlif yollar vardır. Ən çox bu iki üsuldan istifadə olunur: ən yuxarı averaj metodu və ən geniş qalıq metodu.
Tək transfer edilə bilən səsvermə proporsional seçki sisteminin bir digər formasıdır. Bu sistemdə seçicilər partiya siyashısına səs verməkdən çox seçki bölgəsindən namizəd olanlar arasında seçim edirlər. Bundan Maltada və İrlandiya Respublikasında istifadə olunur. Seçilmək üçün hər bir namizəd minimum səs limitini keçməli olur. Namizədlər limiti keçdikdən sonra seçilirlər. Ən az səs toplayan namizədlərin səsləri bölünür. Bu seçkili yerə uyğun namizəd qalana qədər davam edir.
Qarışıq sistemlər Bəzi ölkələrdə qanunverici orqanlara olan seçkilərdə qarışıq sistemlərdən istifadə olunur. Bura paralel səsvermə və qarışıq proporsional seçki sistemi daxildir. 20 ölkədə istifadə olunan paralel səsvermə sistemində qanunverici orqan üzvlərini seçmək üçün 2 metoddan istifadə olunur. Üzvlərin bir hissəsi çoxunluq və majoritar səsvermə ilə seçilir. Digər hissəsi isə proporsional üsul ilə seçilir. Bu iki metodla seçkinin nəticələrinin bir-birinə təsiri yoxdur.
8 ölkədə istifadə olunan qarışıq proporsional sistemdə isə qanunverici orqan üzvləri seçki dairələri və proporsional metodlar üzrə seçilir. Bu iki metod üzrə keçirilmiş seçkilərin bir-birinə təsiri olur və bir-birilərini balanslaşdırırlar.
Əlavə xüsusiyyətlər Bəzi seçki sistemləri hər hansısa partiyanın və ya koalisiyanın qanunverici orqanda üstünlük qazanmasına şərait yaratmaq üçün ona əlavə yerlər verilməsini nəzərdə tutur. Yunanıstanda seçkilərdə üstün gəlmiş partiyaya əlavə olaraq 50 yer də verilir, San Marinoda isə bu məqdəs üçün dəyişiklik edilmiş 2 mərhələli seçkidən istifadə olunur. Sonda qalib gələn qrupa isə 60 nəfərlik parlamentdə 35 nəfərlik yer verilir.
Uruqvayda prezident və Ümumi Məclisi seçkilər zamanı eyni zamanda bir bülletenlə seçilir. Seçicilər bir səslə həmin partiyannı prezidentliyə, senatorluğa və nümayəndələr məclisinə olan namizədlərinə səs verə bilərlər. Bu metoddan əvvəllər Boliviya və Dominikanda da istifadə edilirdi.
İlk seçkilər İlk seçkilər rəsmi seçkilərdən əvvəl keçirilir. Formasına və yerinə görə rəsmi və ya qeyri-rəsmi ola bilər. Məqsəd isə səslərin parçalanmasının qarşısını almaqdır. Bu nümunədən İtaliyada istifadə edilir. Argentinada bu rəsmi seçkinin bir hissəsidir və seçkilərdən iki ay əvvəl keçirilir. 1,5 faizdən az səs toplayan partiyaların əsas seçkilərdə iştirakına icazə verilmir. Bu sistemin bəzi xüsusiyyətlərindən ABŞ-də da istifadə olunur.
Bilvasitə seçkilər Bəzi seçkilər bilvasitə seçki xüsusiyyətinə malikdirlər. Beləki belə sistemlərdə xalq səsverməsi ya tamamilə yoxdur, ya da xalq səsverməsi ümumi seçki prosesinin bir mərhələsidir. Son seçki isə müəyyən seçki komitələri tərəfindən edilir. Trinidad və Tobaqo və Mavriki bir çox ölkələrdə prezident qanunverici orqan üzvləri tərəfindən seçilir. Hindistan kimi ölkələrdə isə milli və ştat qanunverici orqanları üzvlərindən ibarət olan seçki komitəsi prezidenti seçir. ABŞ-də prezident iki mərhələdə seçilir. İlk mərhələdə xalq prezidenti seçəcək şəxsləri seçir və onlar da sonda prezidenti seçir. Bu vəziyyət elə bir şeyə gətirib çıxara bilər ki, ölkə üzrə ən çox səs qazanmış şəxs prezident seçilə bilməz. Belə bir hadisə 2000 və 2016-cı ildə baş vermişdir. thumb|Səsvermənin məcburi olduğu dövlətlər.
Qaydalar və tənzimləmələr Namizədlərin seçilməsi ilə bağlı spesifik metodlarla yanaşı seçki sistemlərinin özlərinin qaydaları və tənzimləmələri də mövcuddur. Bu adətən həmin ölkənin konstitutsiyası və ya seçki qanunu ilə tənzimlənir. İştirakçılar barədə qaydalar namizədlərin müəyyən edilməsini, seçicilərin qeydiyyatını, onların yerləşdirilməsini, əlavə olaraq poçt səsverməsi, daimi yaşamayanlarla bağlı məsələləri müəyyən edir. Digər qaydalar isə səsvermə vəsaitinin kağız bülleten, maşın səsverməsi və ya açq bülleten sistemi olmasını, səsvermələrin sayılması sistemini, müşahidə qaydalarını və səsvermənin təsdiq edilmə üsullarını müəyyən edir.
Seçki qaydaları yerlərdə səsvermə haqqını və namizəd olma haqqını məhdudlaşdırır. Əksər ölkələrdə ümumi seçki hüququ tətbiq edilir. Lakin onlar arasında səsvermə yaşının müəyyən edilməsində fərqlər mövcuddur. Səsvermə yaşı ən az 16, ən yuxarı isə 21-dir. İstisna olaraq, İtaliyada senata olan seçkilərdə iştirak edə bilmək üçün seçicilərin ən azı 25 yaşı olmalıdır. İnsanları seçki hüququ bəzi hallarda əllərindən alına bilər. Buna misal olaraq həbsdə olanları və ya nə vaxtsa həbsdə olmuşları (müəyyən maddələr üzrə), iflas etmişləri, cinayətkar qruplarla əlaqəsi olanları və ya silahlı qüvvələrdə xidmət edənləri göstərmək olar. Namizəd ola bilmə məsələlərində də bəzi limitlər vardır. Əksər ölkələrdə namizəd ola bilmə yaşı səsvermə yaşından yuxarıdır. 21 ölkədə isə səsvermə məcburidir. Bəzi ölkələrdə isə bu məhdudiyyətlərin heç biri yoxdur.