Qanlı bazar günü () — 1989-cu ilin 9 aprel tarixində Gürcüstan Sovet Sosialist Respublikasının paytaxtı Tbilisi şəhərində sovet hakimiyyətinə qarşı baş vermiş xalq üsyanı. Mitinqlər Abxaziyanın Gürcüstan SSR-in tərkibindən çıxmaq tələbindən sonra başlamışdı. Az sonra isə nümayişçilər Gürcüstanın müstəqilliyi barədə şüarlar səsləndirmişdilər.

Tərəflər arasında baş vermiş toqquşmalar nəticəsində 21 nəfər həlak olmuş, azı 100 nəfərə yaxın şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. 9 aprel tarixi bu gün Gürcüstanda Milli Birlik Günü () kimi qeyd olunur və rəsmi olaraq milli bayram sayılır.

Xarici keçidlər Resolution of the Baltic Assembly on the Events in Georgia on April 9 1989 The 9 April 1989 Tragedy and the Abkhazian Question A Rustavi 2 documentary about the 1989 events (includes original footage) Report of the Sobchak's commission of inquiry (in Russian)

Kateqoriya:SSRİ-də kütləvi iğtişaşlar Kateqoriya:Tbilisinin hərb tarixi Kateqoriya:Perestroyka