Oqüsten Jerar (; ) — Fransa baş diviziyasının generalı.

Həyatı İlk vacib təyinatı Madaqaskarda general Jozef Qallieni baş qərargahının rəhbəri olmaq idi. 1912-ci ilin may ayında 41-ci piyada diviziyasının komandiri oldu və Birinci Dünya müharibəsinin başlamasından sonra II hərbi korpusa rəhbərlik etdi. Bu korpusa rəhbərlik etdiyi müddətdə Arden əməliyyatında və Marna döyüşündə iştirak etdi.

24 iyul 1915-ci ildə daha sonsralar Səkkizinci ordu adlandırılan Lotaringiya ordusunun komandiri oldu. 31 mart və 31 dekabr 1916-cı il tarixləri arasında Birinci ordunun vəzifəsini icra edirdi, sonra isə müharibənin sonuna qədər Səkkizinci orduya rəhbərlik etdi.

21 oktyabr 1919-cu ildə təqaüdə çıxmasına qədər Reynlandın müttəfiq qüvvələr tərəfindən işğalının ilk dövründə Səkkizinci orduya komandirlik etdi. Bu dövrdə separatçı hərəkatını dəstəklədi və müstəqil Pfalç respublikasının meydana gəlməsini müdafiə etdi.

1926-cı ildə vəfat etdi və Parisdə Əlillər Evi məzarlığında dəfn edildi.

Həmçinin bax Reynlandın işğalı

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Fransa hərbçiləri Kateqoriya:Fəxri Legion ordeninin yüksək rütbəli zabitləri Kateqoriya:"Fəxri Legion" ordeni zabitləri Kateqoriya:"Fəxri Legion" ordeninin komandorları Kateqoriya:Fransız masonlar