Kür — Azərbaycan Respublikasının Şəmkir rayonunun Kür qəsəbə inzibati ərazi dairəsində qəsəbə.

Tarixi Düzənlikdədir. Yaşayış məntəqəsi 1975-ci ildə Şamxor SES-in tikintisi ilə əlaqədar olaraq, həmin tikintidə çalıŞan mühəndis–fəhlə işçiləri üçün salınmış, 1978-ci ildən isə rəsmi olaraq Kür qəsəbəsi adlandırılmışdır. Qəsəbənin adı Kür çayının adından götürülmüşdür."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.

Qəsəbə XX əsrin 70-ci illərində Şəmkir SES-in tikintisi ilə əlaqədar salınıb. Şəmkir su anbarı və Yenikənd su anbarı var. Əhalisi 10 min nəfərə yaxındır. Burada yerli Şəmkir camaatı ilə yanaşı ətraf rayonlardan köçüb gələnlər də məskunlaşıblar. Qəsəbədə iki 11 illik orta məktəb, 2 uşaq bağçası, 1 xəstəxana, mədəniyyət evi, idman məktəbi, gündəlik bazar,2 supermarket,2 futbol meydançası,polis bölməsi var.

İqtisadiyyatı Kür qəsəbəsində sovet dövründə bir neçə iri zavod fəaliyyət göstərib. Hal–hazırda fəaliyyətini dayandırıb.Ceyrançöldə minlərlə hektar ərazidə gedən kənd təsərrüfatı sahəsində işçilərin əksəriyyəti Kür qəsəbəsinin əhalisidir. Burada əhali Kür çayından balıq tutur qəsəbə daxilindəki bazarda satışa çıxarır.

Əhalisi Qəsəbənin əhalisi 7.800 nəfər təşkil edir. Əhalisi tamamilə Azərbaycan Türklərindən təşkil olunub.

Tanınmış insanları İsgəndər Aznaurov (1956–1993) — Azərbaycanın Milli Qəhrəmanı. Vüqar Namazov — 4 qat dünya 8 qat Avropa çempionu və Dünya rekordçusu. Şahnur Məmmədov — Taekvondo idman növü üzrə baş məşqçi. Cavid İmamverdiyev (1990–) — Futbol üzrə Az Milli komandasının üzvü və "SABAH" FK-nın kapitanı. Elnarə Qafarova — Taekvondo üzrə İdman ustası , Milli hakim , 2-ci Dan qara kəmər ustası , məşqçi müəllim. İlham Əliyev — Karate VKC növləri üzrə dünya çempionu. Rəşad Cəfərli — Jurnalist, Milli Məclisin orqanı "Azərbaycan" qəzetinin siyasət şöbəsinin müdiri. Prezident İlham Əliyevin 14 sentyabr 2018-ci il tarixli sərəncamı ilə "Tərəqqi" medalı təltif edilmişdir.

İstinadlar

Kateqoriya:Şəmkir rayonunun qəsəbələri Kateqoriya:Kür