thumb|150px Naften turşuları — naften karbohidrogenlərinin karboksilli mono və politsiklik törəmələri. Ümumi düsturu CnH2n-1 COOH. Yağlı maye, bəzən bərk maddə olub, üzvi həlledicilərdə yaxşı, suda isə pis həll olur və ya həll olmur. Naften turşuları əsasən naften neftlərində və neft yataqlarının natrium-hidrokarbonat tipli sularında rast gəlinir. Bitumların tərkibində rast gələn yüksək molekulyar naften turşuları asfaltogen-naften turşuları adlanır.

Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Kateqoriya:Neft emalı Kateqoriya:Üzvi turşular Kateqoriya:Karbon turşuları Kateqoriya:Neft məhsulları