Egils Levits () — latviyalı dövlət və siyasi xadim; 8 iyul 2019-cu ildən 8 iyul 2023-cü ilədək Latviya Respublikasının 10-cu Prezidenti olub. Latviya Respublikasının Milli Silahlı Qüvvələrinin Ali Baş Komandanı olan Egils Levits 1993–1994-cü illərdə Latviya Respublikasının ədliyyə naziri və Latviya Respublikasının Baş nazirinin müavini vəzifələrində çalışıb.

Həyatı Egils Levits 1955-ci il iyun ayının 30-da Riqa şəhərində yəhudi-latış ailəsində anadan olub. Onun atası yəhudi əsilli mühəndis Yonas Levits, anası isə latış əsilli müğənni İnqeborqa Levitadır. 1972-ci ildə Levits ailəsi Latviyadan Almaniyaya emiqrasiya olunur. Ailə 1990-cı ildə Latviyanın dövlət müstəqilliyini bərpa etməsindən sonra Latviya Respublikasına qayıdıb.

Egils Levits Hamburq Universitetini hüquq ixtisası üzrə bitirib.

Egils Levits Andra Levita ilə ailəlidir, Linards adında oğul, İndra adında isə qız övladı var.

Təltifləri

Latviya təltifləri "Üç Ulduz" ordeni "Viestura" ordeni "Etiraf" xaçı

İstinadlar

Kateqoriya:Latviya prezidentləri Kateqoriya:Latviya Seyminin V çağırış deputatları Kateqoriya:Latviya siyasətçiləri Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Latviya prezidentliyinə namizədlər Kateqoriya:Avropa İnsan Hüquqları Məhkəməsinin hakimləri