"Amerikansayağı gözəllik" () — 1999-cu ildə Sem Mendesin rejissorluğu, Alan Bolun ssenari müəllifliyi ilə dram janrında çəkilmiş ABŞ filmi. Filmdə Kevin Speysi baş rolu — orta yaş böhranı keçirən və yeniyetmə qızı Ceynin rəfiqəsi Angelaya (Mina Suvari) vurulan ofis işçisi Lester Bernham obrazını canlandırır. Anetta Beninq Lesterin materialist arvadı Karolin, Tora Birç isə onların etibarsız qızı Ceyn obrazını canlandırmışlar. Filmdə həmçinin Uez Bentli, Kris Kuper və Ellison Cenni də rol almışdır. Film ziyalılar tərəfindən Amerikan orta təbəqəsinin gözəllik və şəxsi məmnunluq hissinə satirik yanaşma kimi dəyərləndirilmişdir. Filmdə romantik sevgi və valideyn sevgisi, seksuallıq, gözəllik, materializm, özünüifadə və ehtiras məsələləri öz əksini tapmışdır.
1992-ci il Emi Fişer məhkəməsindən ilhamlanan Bol 1990-cı illərin əvvəllərində “Amerikansayağı gözəllik” adlı tamaşa yazmağa başlamışdı. Hekayənin səhnədə yaxşı alınmayacağını anlayan müəllif tamaşa ideyasından əl çəkmişdi. Bir neçə il televiziya ssenaristi kimi çalışdıqdan sonra, 1997-ci ildə Boll özünü kino ssenaristi kimi sınamaq qərarına gəlir. Dəyişdirilmiş ssenaridə Balın yazdığı bir neçə komediyada olduğu kimi, hadisələrə sinik baxış əks olunmuşdur. Prodüserlər Den Cinks və Brüs Koen “Amerikansayağı gözəlliyi” “DreamWorks”ə təklif edirlər, studiya bir neçə kiçik rəqibini arada qoyaraq ssenarini $250,000 məbləğə alır. “DreamWorks” filmin maliyyələşdirilməsi üçün $15 milyon ayırır və Şimali Amerikadakı distribütorluq hüququnu özündə saxlayır. “Amerikansayağı gözəllik” teatr rejissoru Mendesin ilk film debütüdür; “Oliver!” və “Kabare” kimi myüziklları uğurla səhnələşdirmiş Mendesin bu filmi shnələşdirəcəyinə bir neçə rejissorun nəzərdən keçirilməsi və “A-siyahı” rejissorlarının bir neçəsinin filmdən imtina etməsindən sonra qərar verilmişdir.
Baxmayaraq ki, “DreamWorks” Mendesdən Lester rolu üçün daha məşhur aktyor seçməsini tələb etmişdi, rejissorun ilk seçimi məhz Speysi olmuşdu; oxşar şəkildə, studiya Karolin rolu üçün bir neçə aktrisa təklif etsə də, Mendes “DreamWorks”dən xəbərsiz Beninqlə razılaşmışdı. Filmin əsas çəkilişləri 1998-ci ilin dekabrından 1999-cu ilin fevralına kimi “Warner Bros.” pavilyonlarında, natura çəkilişləri isə Burbank, Kaliforniya və Los-Ancelesdə aparılmışdır. Mendesin dominant stili düşünülmüş və tərtib olunmuş idi; o, gərginlik yaratmaq üçün statik çəkim, yavaşlatma və yaxınlaşdırmadan istifadə etmişdir. Operator Konrad Holl təsvir edilən hadisələrlə kontrast yaratmaq üçün Mendesin stilini sülh sakit çəkimlərlə tamamlayır. Montaj zamanı Mendes bəzi dəyişikliklər edir ki, bu da filmin ssenaridən daha az sinik olması ilə nəticələnir.
Şimali Amerikada 15 sentyabr 1999-cu ildə təqdim edilən film tənqidçilər və izləyicilər tərəfindən müsbət qarşılanmışdır; ilin ən yaxşı rəy alan filmi olan “Amerikansayağı gözəllik” bütün dünyadan $350 milyondan çox gəlir əldə etmişdir. Rəylərdə filmin müxtəlif xüsusiyyətləri xüsusilə Mendes, Speysi və Bolun fəaliyyətinə diqqət yetirilmişdir; tənqid isə daha çox obrazlar və quruluşa yönəlmişdir. Oskar mükafatına aparan yolda filmin şanslarını artırmaq üçün “DreamWorks” geniş təbliğat işlərinə başlamışdır; növbəti il keçirilən LXXII Oskar mükafatlarının təqdim edilməsi mərasimində film İlin Ən Yaxı Filmi, Ən Yaxşı Rejissor işi, Ən Yaxşı Aktyor (Kevin Speysi üçün), Ən Yaxşı orijinal Ssenari və Ən Yaxşı Operator işi nominasiyalarında mükafata layiq görülmüşdür. Film, rejissor, ssenari və aktyor işinə görə bir çox başqa mükafatlara da namizəd göstərilmiş və uğur qazanmışdır.
Məzmunu
Aktyor Obraz Lester Bernham orta yaşlı jurnal yazarıdır və şəxsi reklam biznesi var, lakin, onun öz işindən xoşu gəlmir. Onun həyat yoldaşı Karolin ambisiyalı və materialist qadındı, onların on altı yaşlı qızı Ceyn valideynlərini sevmir və aşağı özünüqiymətləndirməyə malikdir. Bernhamların yeni qonşusu Frenk Fitts ABŞ dəniz piyadası korpusunda Kernulldur, onun həyat yoldaşı Barbara isə içinə qapalı qadındır. Onların yeniyetmə oğlu Riki ətrafda gördüyü hər şeyi videokamera ilə çəkir və yüzlərlə videokasseti öz yataq oyağında saxlayır. O, həm də marixuana satışı ilə məşğuldur və bunu atasından gizlətmək üçün yarım iş rejimində kafedə işləyir. Əvvəl hərbi akademiyada təhsilə və psixiatrik xəstəxanada yatmağa məcbur edilmiş Riki daim ailəsinin təzyiqinə məruz qalır. Fitts xüsusi dissiplinli həyat tərzinə malikdir. Qonşuluqda yaşayan Cim Olmeyer və Cim Berkli gey cütlüyü yeni qonşunu gülərüzlə qarşılayırlar: sonradan Riki ilə mübahisə edərkən Fitts homofobik hisslərini büruzə verir.
Məktəbdə basketbol yarışında dəstək rəqsindən sonra Lesterin qızı Ceynin rəfiqəsi Ancela Heyesdən xoşu gəlməyə başlayır. O, Ancela haqqında seksual fantaziyalar qurmağa başlayır və qırmızı qızıl gül ləçəkləri bu fantaziyaların ümumiləşdirici motivi olur. Karolin həyat yoldaşının biznes rəqibi Baddi Keynlə münasibət qurmağa başlayır. Lesterə deyirlər ki, işdən çıxarılacaq, lakin o, baş redaktoru şantaj edərək $60,000 ala bilir və fast-fud çatdırılması işi ilə məşğul olmağa başlayır. O, öz “Toyota Camry” markalı avtomobilini sataraq “Pontiac Firebird” avtomobili alır, bu ərəfədə eşidir ki, Ancela Ceynə əgər bədən formasını qaydaya salsa onu bəyənəcəyini deyir. O, Rikidən marixuana alaraq çəkməyə başlayır və Ancela Ceynin yanına gəldikcə onunla flört edir. Qızların münasibəti soyuyur və Ceyn Riki ilə görüşməyə başlayır; Riki hesab edir ki, onun çəkdiyi uçan plastik paket videosu ən gözəl görüntülərdir.
Lester Karolinin xəyanət etməsini öyrənir, lakin pis reaksiya vermir. Baddi hər şeyin pis qurtara biləcəyindən çəkinərək münasibətə son qoyur. Fitts oğlu Riki ilə Lesterin dostluğundan tədirgin olur, daha sonra isə Rikinin təsadüfən çəkdiyi Lesterin çılpaq şəkillərini görür. Riki və Lesteri qaraj pəncərəsindən gördükdən sonra Fitts səhvən onların cinsi əlaqədə olduqlarını düşünür. Daha sonra o, evə qayıdan Rikini döyür və gay olduğunu deyir. Atasının hərəkətindən hiddətlənən Riki onu itələyir. O, Ceynin yanına gedir və onun Lesterlə flörtə görə Ancela ilə mübahisə etdiyini görür. Riki Ancelanın darıxdırıcı olduğunu deyərək, Ceyni onunla birlikdə Nyu-Yorka getmək üçün yola gətirməyə çalışır.
Karolin silahı çəkərək evə gedir. Fitts Lesteri öpməyə çalışır, lakin onun imtinasından sonra Fitts qaçır. Lester əsəbləşmiş Ancelanı qaranlıqda oturmuş halda tapır, qız Lesterdən xahiş edir ki, onun gözəl olduğunu desin. O deyir və qız Lesterin diqqətini cəlb etməyə çalışır. Ancelanın bakirə olduğunu öyrənən Lester dayanır. Ancela hamama gedir, Lester isə mətbəxdəki ailə fotosuna baxaraq gülümsəyir. Silah səsi eşidilir və divara qan sıçrayır. Riki və Ceyn Lesterin cəsədini tapırlar. Karolin ağlayır, Fitts üstü qanlı şəkildə evə dönür və onun silah kolleksiyasındakı silahlardan birinin əskik olduğu görünür. Lesterin bağlanış nitqi onun həyatı boyu əldə etdiyi təcrübəni əks etdirir; o deyir ki, baxmayaraq ki, ölüb, o xoşbəxtdir ki, dünyada bu qədər gözəlliklər var.
İstehsal İnkişaf
1997-ci ildə, uzun müddət “Qreys atəşdə” və “Sibill” serialları üçün ssenari yazmış Alan Bol film sənayesində özünü sınamaq qrarına gəlir. “United Talent Agency”yə (UTA) qoşulur, burada Endryu Kannava ona spes ssenari yazmağı təklif edir. Bol Kannavaya üç ideya verir: iki romantic komediya və 1990-cı illərin əvvəllərində tamaşa kimi səhnələşdirilməsi nəzərdə tutulmuş “Amerikansayağı gözəllik”.Cohen, David S. (March 7, 2000). "Scripter Ball hits a home run". Variety. Baxmayaraq ki, asan qəbul edilən mövzu deyildi, Kannava “Amerikansayağı gözəlik” üzərində dayanmağa qərar verir, çünki, hiss edir ki, Bolun bu mövzuya qarşı böyük bir ehtirası var. “Amerikansayağı gözəllik” üzərində işlədiyi müddətdə Bol “Ah, böyü” (Oh, Grow Up) adlı başqa bir teleserial üzərində də çalışır. “Amerikansayağı gözəllik” üzərində çalışdığı zaman yeni serial üzərində işləməyə məcbur olması – həmçinin digər iki serialda səlahiyyətinin davam etməsi — Bolu narahat edirdi.
Bol ssenarini satmağı planlaşdırmamışdı və onun daha çox özü üçün visit kartı olacağını düşünürdü, lakin bir neçə film istehsalçısı ssenari ilə maraqlandı. Kannava ssenarini aralarında Den Cinks və ssenarini “DreamWorks”ə göndərən Brüs Kohenin də olduğu bir neçə prodüserə göndərir. İdarəçilər Qlen Vilyamson və Bob Kuperin, həmçinin studiya tərəfdaşı qismində Stiven Spilberqin köməyi ilə Bol layihəni “DreamWorks”lə davam etdirmək qərarına gəlir; o, studiyadan – o zaman üçün adi prosedur idi — təminat alır. “DreamWorks” qeyri-adi addım ataraq ssenari müəllifi ilə razılaşma bağlayır, 1998-ci ilin aprelindən “Fox Searchlight Pictures”, “October Films”, “Metro-Goldwyn-Mayer” və” Lakeshore Entertainment”i geridə qoyanCox, Dan (April 14, 1998). "D'Works courts 'Beauty' spec". Variety. “DreamWorks” $250,000 ödəyərək ssenarini alır.Staff (April 14, 1998). "DreamWorks grateful for 'American Beauty. The Hollywood Reporter. Şirkət filmə $6–8 milyon ayırmağı planlaşdırmışdı.
Cinks və Kohen Bolla birlikdə layihənin inkişafı, aktyor və rejissor seçimlərində iştirak etmişlər. Prodüserlər aralarında o zaman “A-siyahı” rejissorların da olduğu bir neçə rejissorla görüşlər keçirirlər. Ball məşhur rejissorlardan hansınınsa layihəyə cəlb olunmasının tərəfdarı deyildi, çünki o düşünürdü ki, bu filmin büdcsinin artmasına səbəb olacaq ki, bu halda da “DreamWorks” filmin məzmununa daha çox diqqət yetirəcək. Buna baxmayaraq, studiya filmi Mayk Nikols və Robert Zemekisə təklif edir, lakin, hər iki rejissor imtina edir. Həmin il hələ ki, teatr rejissoru kimi tanınan Mendes, rejissor Rob Marşalla birlikdə Nyu-Yorkda “Kabare” myuziklını səhnələşdirir. “Creative Artists Agency”dən Bet Svofford studiya nümayəndələrinin Los-Ancelesdə Mendeslə görüşmələrini təşkil edir. Svoffordun evində Mendes səkkiz ssenarinin içindən “Amerikansayağı gözəllik” ssenarisini seçir və başa düşür ki, bu onun çoxdan həyata keçirmək istədiyi işdir; layihənin əvvəlində Mendes, “Amerikansayağı gözəllik” ssenarisinin “Paris, Texas” (1984) kimi müasir Amerikanın mifik landşaftını əks etdirməsindən ilhamlanır, həmçinin öz uşaqlığı ilə paralellər aparırdı. Sonra Mendes Spilberqlə görüşür; Spilberq “Oliver!” və “Kabare” üzərində işlərini nəzərə alaraqFanshawe, Simon (January 22, 2000). "Sam smiles" . The Guardian: 32. ona, “Amerikansayağı gözəllik” üzərində düşünməyi təklif edir.
Mendes başa düşür ki, “DreamWorks” rəhbərliyini filmin öhdəsindən gələ biləcəyinə inandırmalıdır. O, artıq filmi Cinks və Kohenlə müzakirə etmiş və onların dəstəyini hiss etmişdi. Mendes də seçimini onun üzərində etmişdi; “Kabare” tamaşasını izləyən Bol Mendesin “sərt visual hisslərindən” təsirlənmiş və düzgün seçim etdiyinə inanmışdı. Bol hiss etmişdi ki, Mendes hekayənin altına baxmağı sevir, onun bü istedadı “Amerikansayağı gözəllik” filminə yarayırdı. Mendesin keçmiş fəaliyyəti də onu təmin edirdi, belə ki, teatral quruluşda dramaturqun fikri əsas götürülürdü. İki görüşmədən sonra – birincisi Kuper, Ualter Parkes və Lauri MakDonaldla, ikincisi yalnız Kuperlə — Mendes özünü studiyaya qəbul etdirə bildi. Qısa müddət sonra studiya Amerika Rejissorlar Gildiyasının təyin etdiyi minimal məbləğ — —$150,000 qarşılığında filmi ekranlaşdırmağı mendesə təklif edir. Mendes təklifi qəbul edir, sonradan açıqlamasında bildirir ki, vergilər və agentlərin xərclərindən sonra ona cəmi $38,000 məbləğ qalmışdı. 1998-ci ilin iyununda “DreamWorks” filmin ekranlaşdırılması üçün Mendeslə müqavilə bağladığını açıqlamışdı.Hindes, Andrew (June 16, 1998). "Staging a transfer: Legit helmer Mendes makes pic bow with 'Beauty. Variety.
Yazılma