Lamara Çkoniya (; ) — gürcüəsilli opera və kamera müğənnisi, pedaqoq, SSRİ xalq artisti (1976).

Boqrafiya Lamara Çkoniya 27 dekabr 1930-cu ildə indiki Gürcüstanın Batumi şəhərində anadan olmuşdur.

1956-cı ildə Vano Saracaşvili adına Tiflis dövlət konservatoriyasını bitirir. O, Q. M. Qogiçadzenin sinfində dərs alır.

1956–1960-cı illər və 1968-ci ildə Tbilisi Dövlət Opera və Balet Teatrının salisti olur. 1960–1968-ci illərdə isə Kiyev Dövlət Opera və Balet Teatrında çalışır. Dövlət Akademik Böyük Teatr, Mariin teatrının səhnəsində çıxış edir.

Konsert-ifa fəaliyyətinə rəhbərlik etmişdir. Onun kamera repertuarına rus, gürcü və xarici bəstəkarların təxminən 400 əsəri daxildir.

Xarici ölkələrdə qastrol səfərlərində olmuşdur (Rumıniya, Bolqarıstan, Yaponiya, Çexoslovakiya, Finlandiya, İtaliya, Kanada, Portuqaliya, İspaniya, Almaniya, Macarıstan, Avstriya, isveçrə və b.).

1976-cı ildən Tiflis konservatoriyasında dərs deyib (1987-ci ildən professor)Чкония Ламара Григорьевна (1930) // Вокально-энциклопедический словарь.

SSRİ Ali Sovetinin onuncu çağırış deputatı olub (1979–1984).

1996-cı ildən Lamara Çkoniya kiçik qızı, opera müğənnisi Eteri Lamorislə birlikdə Madriddə yaşayır. Böyük qızı Natela Nikoli də opera müğənnisidir.

Ad və mükafatıarı M. İ. Qlinkin adına Beynəlxalq vokalçıların müsabiqəsinin laureatı (3-cü mükafat, Moskva, 1960) Praqa Baharı Beynəlxalq Musiqi Festivalı vokal müsabiqəsinin laureatı (1960) Sofiyada keçirilən Beynəlxalq gənc opera müğənniləri müsabiqəsinin laureatı (3-cü mükafat, 1963) Tokioda keçirilən "Madam Butterfly" Beynəlxalq müsabiqəsinin laureatı. Ukrayna SSR əməkdar artisti (1963) Gürrcüstan SSR xalq artisti (1970) SSRİ xalq artisti (1976) Ukrayna SSR xalq artisti "Şərəf nişanı" ordeni (1974) Parıltı prezident ordeni (Gürcüstan, 2011) Çarişsa Tamara ordeni (Gürcüstan, 2011) Böyük Şəhid Müqəddəs Barbara ordeni (2011) Onikiulduzlu Kredo ulduzu — (2011) "Cigno D'Oro" mükafatı (İtaliya, 2011)

Vokalları "Diasi" Zaxari Paliaşvili — Maro "Abesalom və Eteri]" Z. Paliaşvili — Eteri "Yevgeni Onegin" P. İ. Çaykovski — Tatyana "İolanta" P. İ. Çaykovski — İolanta "Traviata" C. Verdi — Violetta "Madam Baterflay" C. Puççini — Çio-Çio-san "Çar gəlini" N. А. Rimski — Marfa "Sevilya bərbəri" C. Rossini — Rozina "Manon" J. Massne — Manon. "Riqoletto" C. Verdi — Cilda.

İstinadlar

Kateqoriya:Gürcüstan uzunömürlüləri Kateqoriya:SSRİ Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:SSRİ-nin opera müğənniləri Kateqoriya:Ukrayna müğənniləri Kateqoriya:Gürcüstan müğənniləri Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları